Məhkəmə qərarları › İş №2(042)-37/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-37/2023

18.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-37/2023 18.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı xx.xx.2004-cü ildə Rusiya Federasiyasında anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Həsənov Ravil onun oğludur. Oğlu anadan gəlmə pisix qüsurludur. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının Poliklinka şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. Ravilin anası, yəni onun həyat yoldaşı X5 2014-cü ildə vəfat etmişdir. Ona görə də, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, X10 ərizəçinin oğludur. Ərizəçinin oğlu anadangəlmə ruhi xəstədir. X4 anası X3 2014-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Arayışdan görünür ki, Gədəbəy şəhər sakini 2004-cü il təvəllüdlü X6 baş beyinin üzvi xəstəliyi uşaq serebral iflici xəstəliyi var. İşdə olan Gədəbəy Rayon Polikilinkası tərəfindən verilmiş arayışdan görünür ki, X7 inbesillik dərəcəsində oliqofreniya diaqnozu təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X16 Gerilik XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2004-cü ildə Rusiya Federasiyasında doğulmuş və Gədəbəy şəhərində yaşayan X10 ərizəçinin övladıdır. X10 anadangəlmə ruhi xəstədir. O, Gədəbəy Rayon Polikilinkasında İnbesillik dərəcəsində oliqofreniya diaqnozu ilə qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X16 Gerilik XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.2004-cü ildə Rusiya Federasiyasında doğulmuş və ünvan 1 ünvanında yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Rusiya Federasiyasında doğulmuş və ünvan 1 ünvanında yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar