Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-376/2024 11.06.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gədəbəy Rayon İHB-nın nümayəndəsi X3 iştirakları ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İHB-a qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı xx.xx.2002-ci ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və izahat verərək bildirmişdir ki, X16 onun oövladıdır. Onda anadangəlmə ruhi xəstəliik vardır. İkinci dərəcəli əlildir. Ona “Serebral iflic, uşaq serebral iflici qalıq əlamətləri, anadangəlmə lal karlıq, eşitmənin dəqiqləşdirilməmiş itirilməsi” diaqnozu verilmişdir.Eyni zamanda o, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının polikninka şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. Onun bütün işlərində ona yaxından kömək etmək üçün ona qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X6 məhkəmə iclasında ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 Surətindən görünür ki, X12 ilə X13 05 noyabr 2007-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məsimova soyadı verilmişdir. İşdə olan X5 Surətindən görünür ki, X14 ilə X7 ailə münasibətlərindən 21 iyul 2002-ci il tarixdə X16 doğulmuşdur. İşdə olan X1 görünür ki, X16 21 iyul 2002-ci il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuşdur. İşdə olan Arayışdan görünür ki, Gədəbəy rayonu Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan X2 Rayon Mərkəzi Xəstəxanasının Polikninkasında ruhi-əsəb xəstəliklər qeydiyyatında durur. İşdə olan Çıxarışın Surətindən görünür ki, X9 “Serebral iflic, uşaq serebral iflici qalıq əlamətləri, anadangəlmə lal karlıq diaqnozu verilmişdir. İşdə olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsin”dən görünür ki, X16 ikinci dərəcəli əlildir və ona “Serebral iflic, uşaq serebral iflici qalıq əlamətləri, anadangəlmə lal karlıq, eşitmənin dəqiqləşdirilməmiş itirilməsi” diqanozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 X10 Şöbəsi tərəfinən verilmiş rəydən görünür ki,21 iyul 2002-ci il təvəllüdlü X16 yüngül dərəcəli Kəmağıllıq(ifadə olunmuş debillik səviyyəsində), uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2002-ci ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X16 anadangəlmə ruhi xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X11 Şöbəsi tərəfindən verilmiş Rəyə əsasən X16 yüngül dərəcəli Kəmağllıq(ifadə olunmuş debillik səviyyəsində), uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyi keçirməsi səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ona görə də ərizə təmin edilməli, xx.xx.2002-ci ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci ildə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-376/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-376/2024
11.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver