Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-416/2022 06.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum əri X4 miras qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılması, həmin mirasdan onun ½ hissə vərəsəlik payının müəyyən edilməsi və mirasın onun tərəfimdən qəbul edilməsi faktlarının müəyyən edilməsi, Mərhum oğlu X7 miras qalmış, Gədəbəy şəhəri, 20 Yanvar küç, ev 27 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 1/3 hissəsindən və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılması, həmin miras əmlaklardan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsindən 1/3 hissə, 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras qalmış ¼ hissəsindən 1/3 hissə vərəsəlik payının müəyyən edilməsi və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun, qızı Cavabdeh2 və oğlu X9 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bundan başqa, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində mərhum atası X5, onun, qızı Cavabdeh2 və oğlu X9 ümumi birgə mülkiyyətinə 1.00 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Mərhum əri X10 xx.xx.2008-ci ildə vəfat etmişdir. Hazırda evdə o yaşayır. Cavabdeh2 onun qızı olmaqla hal-hazırda ünvan 3 ünvanında yaşayır. X17 xx.xx.2019-cu ildə vəfat etmişdir. Babəkin arvadı Cavabdeh1dır. Onların bir övladı var: X14. Beləliklə, X9 birinci növbə qanuni vərəsələri ana olaraq o, arvadı Cavabdeh1 və övladı X11r. X1 sağ qalan birinci növbə qanun üzrə vərəsələri isə o və qızı Cavabdeh2dır. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsi ərim X4 qalmış miras kütləsinə daxil edilməlidir. Həmçinin, Gədəbəy şəhəri, 20 Yanvar küç, ev 27 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 1/3 hissəsi və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsi oğlum X7 qalmış miras kütləsinə daxil edilməlidir. O, əri və oğlunun ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. O, həmin miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin miras mülklə bağlı vərəsələr arasında mübahisə olduğuna və fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı sənədin əsli qarşı tərəfdə olduğuna görə Gədəbəy Notariat Ofisi tərəfindən ona xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz göndərərək, bildirmişdir ki, həmin evdə iddiaçının payı yoxdur. O, atasının və qardaşının ölümündə günahkardır. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X15 məhkəmə baxış iclasına ərizə göndərərək, cavabdehlərin məhkəmə iclaslarında iştirak etməyəcəkləri halda işə qiyabi icraat qaydasında baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında iyerləşən fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi ümumibirgə mülkiyyət hüququ ilə Cavabdeh2, İddiaçı və X12 məxsusdur. İşdə olan Torpağa Mülkiyyət Hüququna X26 surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində X5, İddiaçı, Cavabdeh2 və X9 ümumi birgə mülkiyyətinə 1.00 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. İşdə olan Çıxarışın surətindən görünür ki, X10 və X18 xx.xx.1978-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki, X17 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X10 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X17 və X6 xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki, X16 xx.xx.2012-ci il tarixdə doğulmuş, Atası qrafasında X17, anası qrafasında Cavabdeh1 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Kontoru tərəfindən verilmiş imtina ayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Avropa Məhkəməsi “X19rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X19rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, İddiaçı və X10 xx.xx.1978-ci il tarixdə nikah bağlamışlar. onların birgə nikahlarından Cavabdeh2 və X17 doğulmuşlar. Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun, qızı Cavabdeh2 və oğlu X9 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Bundan başqa, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Gədəbəy rayonu, Qumlu kəndində mərhum atası X5, onun, qızı Cavabdeh2 və oğlu X9 ümumi birgə mülkiyyətinə 1.00 ha kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Mərhum əri X10 xx.xx.2008-ci il tarixdə , X17 xx.xx.2019-cu ildə vəfat etmişdir. Babəkin arvadı Cavabdeh1dır və onların nikahından X14 doğulmuşdur. Beləliklə, X9 birinci növbə qanuni vərəsələri ana olaraq o, arvadı Cavabdeh1 və övladı X11r. Əri X2 qalan birinci növbə qanun üzrə vərəsələri isə o və qızı Cavabdeh2dır. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsi əri X4 qalmış miras kütləsinə daxil edilməlidir. Həmçinin, Gədəbəy şəhəri, 20 Yanvar küç, ev 27 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 1/3 hissəsi və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsi oğlu X7 qalmış miras kütləsinə daxil edilməlidir. İddiaçı, əri və oğlunun ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini faktiki olaraq qəbul etmişdir. O, həmin miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin miras mülklə bağlı vərəsələr arasında mübahisə olduğuna və fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı sənədin əsli qarşı tərəfdə olduğuna görə Gədəbəy Notariat Ofisi tərəfindən ona xx.xx.2022-ci il tarixdə imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də iddia tələbləri təmin edilməli, mərhum əri X4 miras qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılmalı, həmin mirasdan onun ½ hissə vərəsəlik payının müəyyən edilməli və mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktları müəyyən edilməli, iddiaçının mərhum oğlu X7 miras qalmış, Gədəbəy şəhəri, 20 Yanvar küç, ev 27 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 1/3 hissəsindən və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılmalı, həmin miras əmlaklardan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsindən 1/3 hissə, 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras qalmış ¼ hissəsindən 1/3 hissə vərəsəlik payının müəyyən edilməli və mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçının mərhum əri X4 miras qalmış, Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılsın, həmin mirasdan onun ½ hissə vərəsəlik payı müəyyən edilsin və mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktları müəyyən edilsin. İddiaçının mərhum oğlu X7 miras qalmış, Gədəbəy şəhəri, 20 Yanvar küç, ev 27 ünvanında yerləşən, Azərbaycan Respublikası Əmlak X8 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan, ümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 1/3 hissəsindən və Gədəbəy rayonu, Qumlu kəndində yerləşən, JN-221 KOD 50501004 nömrəli “Torpağa mülkiyyətə hüququna dair” Dövlət aktı əsasında ümumi birgə mülkiyyətdə olan 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ¼ hissəsindən ibarət miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan gecikmiş müddətin üzürlü hesab edilərək uzadılsın, həmin miras əmlaklardan fərdi yaşayış evinin və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin miras qalmış 1/3 hissəsindən 1/3 hissə, 1.00 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin miras qalmış ¼ hissəsindən 1/3 hissə vərəsəlik payı müəyyən edilsin və mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə qiyabi qətnamənin ləğvi üçün şikayət verilə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-416/2022
Gədəbəy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(042)-416/2022
06.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver