Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-428/2021 03.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-752D saylı KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dar” şəhadətnamədə Cəmil adının texniki səhv hesab edilməsi və sənədin ona məxsus olası faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə JN-752D KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dar” şəhadətnamə əsasən ona 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Torpağın mülkiyyətə verilməsinə dar” şəhadətnamədə səhvən ata adı “Cəlil” deyil, “Cəmil” kimi qeyd edilmişdir. Ona görə də hüquqmüəyyənedici sənəddə ata adı texniki səhv hesab edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, onun ata adı qrafasında Cəlil qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-752D saylı KOD 50526018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Cəmil qızına 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə torpaq mülkiyyətçisi kimi Ərizəçi Cəmil qızı qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Gədəbəy rayonu, Zəhmət kəndində doğulmuşdur. Ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-752D saylı KOD 50526018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin JN-752D saylı KOD 50526018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun ata adı “Cəmil” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində ata adı “Cəlil” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “Ərizəçi Cəmil qızı” adında “Cəmil” yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Cəlil” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə olan “Ərizəçi Cəmil qızı” ilə eyni şəxsdir. Ərizəçi ata adının sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-752D saylı KOD 50526018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Ərizəçi Cəmil qızı” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-752D saylı KOD 50526018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “Ərizəçi Cəmil qızı” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-428/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-428/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver