Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-433/2021 04.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-114A saylı KOD 50504005 saylı “Torpağın mülkiyyətə verilməsinə dar” şəhadətnamənin Ərizəçi məxsus olası faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı onun qızıdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında JN-114A KOD 50504005 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında iddiaçıya 0.25 ha pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyət şəhadətnaməsində iddiaçını soyadı texniki səhv olaraq “Bayramov”, adı isə “Məlik”, eləcə də qızı əvəzinə oğlu kimi qeyd etmişlər. Lakin bütün sənədlərdə onun soyadı və adı Ərizəçi kimi qeyd edilmişdir. Onların həmin torpaq sahəsinə dair mülkiyyət şəhadətnaməsi almaq istəyirlər. İddiaçı sənədlərinin rəsimləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsələr də bu mümkün olmamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında JN-114A KOD 50504005 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamədə texniki səhvə yol verildiyi bildrilmişdir. Sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Gədəbəy rayon AİK-nın 27 iyul 1998-ci il tarixli 08 nömrəli qərarı əsasında JN-114A KOD 50504005 saylı qərarında olan texnik səhvlərin aradan qaldırılmasına dair hüququ faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Arabaçı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli, 105 nömrəli arayışdan görünür ki, 02.02.2006-cı il tarixdə onun adına verilmiş JN-114A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 qızının adına və mənsubiyyəti səhvən X1 düşmüşdür. Lakin onun adı və mənsubiyyəti Ərizəçi olmalıdır. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuş, onun soyadı, adı və ata adı qrafasında Ərizəçi kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN-114A saylı KOD 50504005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 və ailə üzvlərinə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X2 ailə üzvlərindən biri kimi X7 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN-114A saylı KOD 50504005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin JN-114A saylı KOD 50504005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun soyadı, adı və ata adı “X7” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində soyadı, adı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “X7” adının yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə olan “X7” ilə eyni şəxsdir. Ərizəçi soyadı, adı və ata adı sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN-114A saylı KOD 50504005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X7” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN-114A saylı KOD 50504005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X7” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-433/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-433/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver