Məhkəmə qərarları › İş №2(042)-448/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-448/2021

02.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-448/2021 02.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1953-cü ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun doğma bacısıdır. Bacısı anadan gəlmə psixi qüsurludur, öz hərəkətlərinin mənasını anlamır. Həmçinin hərəkətlərini idarə edə bilmir. Sürayyə Sadıqova birinci dərəcəli əlildir. Onun çox ağır dərəcəli əqli gerilik davranış pozuntuları vardır. Kənar şəxsin daima qulluğuna və nəzarətinə ehtiyacı var. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu vardır. Özünün yemək içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X2 Zərifə Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. X1 bütün işlərini o həll edir. Bunu yaxın qonşular və eləcə də Çanaqçı kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də təsdiq edə bilərlər. Ona görə də bacım X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Çanaqçı kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş 29 mart 2021-ci il tarixli, 92 saylı arayışdan görünür ki, Ərizəçi halhazırda İƏD üzrə nümayəndəliyin 4 nömrəli təsərrüfatbaşına kitabın 58-ci səhifəsində qeydiyyatdadır və yaşayır. Göstərilən tərkibdə ailə üzvləri var: özü Ərizəçi xx.xx.1969; arvadı X14 02.03.1982; oğlu X17 10.11.1999; qızı X15 20.08.2002; X11 Dəmir 1953; bacısı X16 20.06.1963. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 1953-cü il tarixdə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 06.01.2021-ci il tarixli, 03 saylı arayışdan görünür ki, X3-əsəb xəstəliklər qeydiyyatda durur. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(042)-280/2021 saylı qətnaməsinin surətindən görünür ki, XX.XX.1953-cü il tarixdə anadan olmuş X4 xx.xx.1969-cu ildə Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuş, hazırda Gədəbəy rayonu, Çanaqçı kəndində qeydiyyatda olan Ərizəçi ilə qohumluq münasibətində, yəni Ərizəçi bacısı olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 19 may 2021-ci il tarixli, 262 nömrəli rəydən görünür ki, X6 uşaqlıqdan çox ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F73.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, Gədəbəy rayon poliklinikasının psixiatriya kabinetində qeydiyyatda durması, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə olunaraq “Çox ağır əqli gerilik, davranış pozuntuları ilə kənar şəxsin daimi qulluğuna və nəzarətinə ehtiyacı var F73” diaqnozu qoyulması (TSEK-dən verilmiş 21.08.2020-ci il tarixli şəhadətləndirilmə aktı, Gədəbəy MRX-nın poliklinikasının psixiatriya kabinetindən verilmiş arayış, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 658/20 saylı stasionar xəstənin tibbi kartasından çıxarış), hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi, müayinə zamanı özünü narahat və gərgin aparması, bir yerdə qərar tutmaması, qardaşı tərəfindən otaqda zorluqla saxlanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığım söyləyə bilməməsi, əhvalının davamsız olması, əsəbiliyə meyilli olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması,oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri qalması İQ=22 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X3-əsəb xəstəliklər qeydiyyatda durur. O, uşaqlıqdan çox ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F73.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi XX.XX.1953cü il təvəllüdlü Gədəbəy rayonu, Ağamalı kəndində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. XX.XX.1953-cü il təvəllüdlü Gədəbəy rayonu, Ağamalı kəndində qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar