Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-466/2023 17.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun mülkiyyətində olan, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsindən Cavabdeh yaşamaq hüququna 5000 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə ərizə verərək, kompensasiya məbləğinin artırılaraq 7000 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, ona və azyaşlı uşaqlarına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sonuncuya mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndidə yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən, əl damından, hamamından və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılmasına, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 Mətanət Qəhraman qızı ilə 2002ci ildə ailə qurmuş və nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahdan üç övladları doğulmuşdur. Ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin 2(042)-368/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X15 və xx.xx.2018-ci il tarixdə doğulmuş X20 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, mənə məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan sonra mərhum atası X4 miras qalmış əmlaka vərəsə kimi tanınmış və miras əmlakı qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş çıxarışa əsasən Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Cavabdeh fərdi evinə köçdüyü gündən rahatlığını əlindən almışdır. O, evdə olan bütün əşyalarını sındırmış, onu evindən çıxarmışdır. O, torpaq sahəsinə onu buraxmamış, özü əkmişdir. Məhkəmə qətnaməsində torpaq sahəsinə onun istifadə hüququ tanınmamasına baxmayaraq, onu öz torpaq sahəsinə buraxmamışdır. Ona görə də onun yaşayış hüququna 7000 manat pul ödəyərək, evindən çıxarmasına dair qətnamə qəbul edilməsini istəyir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında ilk iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və ilk iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun həyat yoldaşı X7 xalasıdır. İddiaçı ona qarşı qaldırmış olduğu “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddiasını qəbul etmir. Əksinə, ona qarşı qaldırmış olduğu “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddiasını müdafiə edir. Belə ki, o iddiaçının bacısı oğlu X14 ilə 2002-ci ildə faktiki ailə qurmuşdur. Nikahları 2006-cı ildə rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X19, xx.xx.2005-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X20 adında üç uşaqları doğulmuşdur. X14 ilə el adətincə ailə qurmuşdur. Evləndiyi gün hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona və uşaqlarına məxsus olan bütün əmlakları bu evdədir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və uşaqları hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmüşlər. Onun başqa yerdə yaşamağa evi yoxdur. Lakin iddiaçı heç bir hüquqi əsas olmadan ona qarşı hazırkı iddianı qaldırmışdır. O, iddiaçıya mülkiyyətində olan əmlaka heç bir maneə yaratmır. Əksinə, ilk iddiaçı onun və azyaşlı uşaqlarının bu evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, hamamın və əl damının qapılarını bağlayıb, onların mübahisəli evin həmin hissələrindən sərbəst şəkildə istifadə etmələrinə maneə yaradır. Eyni zamanda evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onların manəsiz istifadələrinə imkan vermir. Bu səbəbdən də hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun və azyaşlı uşaqlarının həmin evin yardımçı sahələrindən-əl damından, hamamdan və evin yerləşdiyi həyətyanı sahədən istifadələrinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini istəyir. Çünki onlar uzun müddət bu evdə yaşamış, cavabdehlə birgə təsərrüfat idarə etmiş və Gədəbəy rayon Məhkəməsinin qətnaməsi ilə həmin evə köçürülmüşlər və onlar evin yardımçı sahələrindən və evin yerləşdiyi həyətyanı sahəsindən istifadə hüquqları yaranmışdır. Bu səbəbdən də o hazırkı qarşılıqlı iddianı verir. Qarşılıqlı iddiasını müdafiə edir. Mülkiyyətçi onun və azyaşlı uşaqlarının mübahisəli evin yardımçı sahələrindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə qaydalarını pozmamalıdır. Hesab edir ki, məhkəmə ona və ailə üzvülərinə - az yaşlı uşaqlarına mübahisə predmeti olan evin hamamından, əl damından və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qərar qəbul etməlidir. Odur ki, o, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdilər və ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********96- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X2 və İddiaçı, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X15 və xx.xx.2018-ci il tarixdə doğulmuş X20 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, X11 məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli 596 saylı arayışdan görünür ki, Cavabdeh 2002-ci ildə X8 ərə gəldiyi gündən mərhum X12 və arvadı mərhum X6 vəfat etdikləri bir günə kimi onlarla bir evdə yaşamışlar və hal-hazırda da Cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayır. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 66/1 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illərə dair 4 nömrəli təsərrüfatbaşına kitabın 340-ci şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla qeyd edilə ailə üzvləri vardır; ailə başçısı X6 1926-cı il, nəvəsi X19 xx.xx.2003-cü il, gəlini Cavabdeh xx.xx.1983-cı il, nəvəsi X16 xx.xx.2005-cı il və əri X13 xx.xx.1981-ci il. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 66 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 2006-2010-cu illərə dair 4 nömrəli təsərrüfatbaşına kitabın 340-ci şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla qeyd edilə ailə üzvləri vardır; ailə başçısı X12 1927-cı il, arvadı X6 1926-cı il, gəlini Cavabdeh xx.xx.1983-cü il, nəvəsi X19 xx.xx.2003-cü il və nəvəsi X16 xx.xx.2005-ci il. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, ev 1 mərtəbə kürsülü 2 otaq və bir şüşəbənddən ibarətdir. Evə bitişik hamam tikilmiş, hamamın qapısı plastik olmaqla örtülü vəziyyətdədir. Həyətdə yardımçı sahə kimi tövlə yerləşir və tövlənin qapısında dəmir qıfıl vardır. Evin həyətyanı sahəsi dəmir torla əhatəyə alınmış və kartof bitkisi əkilmişdir. Cavabdeh həmin sahənin onun tərəfindən əkildiyini bildirmişdir. İddiaçı hamamın onun tərəfindən sonradan tikildiyini bildirdi. Göstərilənlərdən aydın olur ki, iddiaçı cavabdehin onun mülkiyyətində olan evdənyaşayış sahəsinə istifadə hüququna kompensasiya verməklə xitam verilməsini tələb edir. İddia tələbindən aydın olur ki, iddiaçı cavabdehin həmin evdən istifadə hüququnu mübahisəsiz qəbul edir və buna görə də həmin hüquqa kompensasiya ilə xitam verilməsini təklif edir. Eyni zamanda tərəflərin izahatlarından və tədqiq olunan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonunun Arıqıran kəndində yerləşməklə 0.2769 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi. 145.70 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı mülkiyyətindədir. Cavabdeh mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə hüququnun olması Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş və cavabdehin azyaşlı uşaqları ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Odur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.” Odur ki, məhkəmə hesab edir ki, hazır ki iş üzrə cavabdehin mübahisəli iddiaçıya məxsus olan fərdi yaşayış evinə istifadə hüququ müəyyən edildiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan bu hal sübut olunmuş hesab olunmalı və yenidən sübut etmə predmeti olmamalıdır. Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunan qərarda həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni, 2002-ci ildən əvvəl istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mənzil Məcəlləsinin 123-cü və ya 2002-ci ildən sonra istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verilməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçının xüsusi mülkiyyətində olan həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evində istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli evdən uzun müddət istifadə etmişdir. Cavabdeh kompensasiya məbləğindən asılı olmayaraq fərdi yaşayış evindən çıxmayacağını bildirmişdir. Bu isə onu göstərir ki, cavabdeh kompensasiya məbləğindən asılı olmayaraq mübahisəli fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsini istəmir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə istifadə hüququ olan cavabdehin evdən mülkiyyətçisinin iradəsi ziddinə çıxmaması barədə bildirdikləri izahatlar əsassızdır və heç bir hüquqi əsası olmayan şəxsi mülahizələri olmaqla mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Odur ki, məhkəmə cavabdehə verilməsi təklif olunan kompensasiyanın məbləğinin istifadəçinin hüquqlarına xitam verilməsi ilə adekvat və mütənasibliyi ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, 7000 manat kompensasiya məbləği mübahisəli ev üçün ağlabatan məbləğdir. Belə ki, evin yerləşdiyi ərazi üzrə torpaq sahəsinin qiyməti və yaşayış evinin tikilməsi üçün 7000 manat nəzərə alınır. Bu da cavabdehin yaşadığı mühit, yer və şəraitə görə davamlı olaraq yaşaması üçün ağlabatan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-ci il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan kompensasiya məbləği mülkiyyətçinin hüquqlarının və mənafelərin gözlənilməsi, eləcə də yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzilə oxşar şəraitdə davamlı yaşaması üçün kifayət edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə ilk iddia tələbi üzrə cavabdehin fərdi yaşayış evindən kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh həmin evdən istifadə hüquqlarını itirdiyindən onun həmin evdən istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə cavabdehin mübahisəli fərdi yaşayış evindən, yardımçı sahələrdən və torpaq sahəsindən istifadə hüquqları tanınmışdır. İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” tələbinə dair ilk iddiası Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsinə əsaslandığından və ilk iddia tələbi təmin edildiyindən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməməli, ilk iddia tələbi üzrə Cavabdeh Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə İddiaçı mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh İddiaçı məxsus evə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunmalı, Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia, cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılarkən dövlət rüsumları ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumları cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. İlk iddia tələbi üzrə Cavabdeh Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə İddiaçı mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh İddiaçı məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunsun. Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia tələbi üzrə Cavabdeh aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-466/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-466/2023
17.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver