Məhkəmə qərarları › İş №2(042)-468/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-468/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-468/2021 19.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş JN-1011 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X7 yazılan hissədə ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, O, xx.xx.1978-ci ildə Gədəbəy rayonu, Slavyanka kəndində anadan olmuşdur. Hal-hazırda Slavyanka kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001ci il tarixli, 05 saylı qərarı ilə JN-1011 KOD 50526018 saylı “Torpağa mülkiyyət hüququna dair’' Dövlət aktı əsasında anası X2 adına olmaqla, onlara ümumilikdə 0.94 ha pay torpaq sahəsi verilmişdir. Dövlət aktında onun adı səhvən “Namiq’' kimi yazılmışdır. Buna baxmayaraq onun adı Natiqdir və şəxsiyyət vəsiqəsində bu cür qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində olan adı ilə (Natiq) Torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan adı (Namiq) düz gəlmir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X7" yazılan hissədə ona məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuş, onun adı qrafasında Natiq qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.08.2020-ci il tarixli, 575 saylı arayışdan görünür ki, JN-1011 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında Ərizəçi adı texniki səhv olaraq Namiq kimi yazılmışdır. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-1011 saylı KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X1 və onun ailə üzvləri X3 və X5 ümumilikdə 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İİ № 068826 və AZ- İİ № 129314 seriyalı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 08 iyun 2020-ci il tarixdə, X4 isə 01 iyul 2005-ci il tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində ölmüşlər. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1978-ci tarixdə Gədəbəy rayonu, Slavyanka kəndində doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-1011 saylı KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-1011 saylı KOD ********* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun adı “Namiq” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “Natiq” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət Aktındakı “X7” adında “Namiq” yazılışının texniki səhv olması müəyyən edilərək həmin aktda düzəliş aparılmalı və müvafiq olaraq “Natiq” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi dövlət aktında olan “X7” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-1011 saylı KOD ********* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X7” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş JN-1011 saylı KOD ********* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X7” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar