Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-471/2021 01.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı əsasında AN-087578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon X2 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı əsasında AN-087578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ona 499.2 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sənədində onun ata adı “Məmməd” kimi qeyd edilmişdir. Lakin bütün sənədlərdə onun ata adı “Məhəmməd”-dir. O, sənədlərini DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsə də bu mümkün olmamışdır. Ona bildirilmişdir ki, Gədəbəy rayon X2 29 yanvar 2002-ci il tarixli 20 saylı qərarı əsasında AN-087578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində texniki səhvə yol verilmişdir. Ona görə də torpağa dair çıxarış alması mümkün olmamışdır. Sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 710 saylı arayışdan görünür ki, Ərizəçi şəhər İƏD üzrə nümayəndəliyinin 20 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 12-ci səhifəsində qeyd edilmişdir. İşdə olan AZ İV № 407115 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 12.06.1957-ci il tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində anadan olmuşdur. Atası qrafasında X1, anası qrafasında X4 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X6 kitabında 24.12.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış A № 087578 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə torpaq mülkiyyətçisi kimi Ərizəçi Məmməd oğlu qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi 12.06.1957-ci tarixdə Gədəbəy rayonu, İnəkboğan kəndində doğulmuşdur. Ona Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X6 kitabında 24.12.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış A № 087578 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 499.2 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin X6 kitabında 24.12.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış A № 087578 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində onun ata adı “Məmməd” kimi qeyd edilmişdir. Ancaq onun bütün sənədlərində ata adı “Məhəmməd” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni sənəddəki “Ərizəçi Məmməd oğlu” adında “Məmməd” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Məhəmməd” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi sənəddə olan “Ərizəçi Məmməd oğlu” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən şəhadətnaməndə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X6 kitabında 24.12.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış A № 087578 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində “Ərizəçi Məmməd oğlu” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 2002-ci il tarixli, 20 nömrəli qərarı ilə verilmiş, X6 kitabında 24.12.2008-ci il tarixdə 02 nömrə ilə uçota alınmış A № 087578 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində “Ərizəçi Məmməd oğlu” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-471/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-471/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver