Məhkəmə qərarları › İş №2(042)-472/2019

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-472/2019

21.06.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-472/2019 21.06.2019 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsihakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə iddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı miras əmlakın vəsiyyətnamə üzrə qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında 21 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X19 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontoruna X4ndan miras qalmış, Gədəbəy şəhəri, M.Paşayev küçəsində yerləşən, 0,7 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən bimərtəbəli, üçotaqlı, yaşayış sahəsi 87,3 kvm, köməkçi sahəsi 20,7 kvm olan fərdi yaşayış evindən ibarət miras əmlakın vəsiyyətnamə üzrə vərəsə olaraq, tərəfindən faktiki olaraq, qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X19 məhkəməyə ərizə ilə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət etmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə iddiaçı və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə X4 21 iyul 1954-cü ildə rəsmi nikah bağlayaraq, ailə qurmuşlar. Gədəbəy RİK-nin 20 aprel 1956-cı il tarixli, 365 saylı iclasının qərarına əsasən mərhum X3na fərdi ev tikməsi üçün Gədəbəy şəhəri, Lenin küçəsində, hazırkı M.Paşayev küçəsində 0.7 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində valideynləri birmərtəbəli, üçotaqlı, yaşayış sahəsi 87,3 kvm, köməkçi sahəsi 20,7 kvm olan fərdi yaşayış evi inşa etmişlər. X28 anası Rəfiqə Hüseynovanın birgə nikahlarından, o, bacısı Cavabdeh2, qardaşı Cavabdeh1 və digər X6 doğulmuşlar. Ailə qurduqdan sonra onlar öz evlərində, yəni, başqa ünvanlarda yaşamışlar. Evdə yalnız valideynləri yaşamışlar. X3 27 noyabr 1993-cü ildə vəfat etdikdən sonra da evdə yalnız X4 yaşamış, ərindən qalmış əmlakı miras kimi qəbul etmişdir. X6 24 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra, yəni, 29 iyun 2016-cı il tarixdə isə anası Rəfiqə Hüseynova vəfat etmişlər. X23 ölənədək ona iddiaçı və Cavabdeh2 baxmışdır. X4 ölümündən əvvəl, yəni, 12 may 2015-ci ildə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə tərtib edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona və Cavabdeh2 vəsiyyət etmişdir. Lakin həmin əmlakı yalnız o, miras kimi qəbul etmiş, təsərrüfatı idarə etmiş, evin saxlanmasını təmin etmişdir. Digər vərəsələr, yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 miras əmlakı qəbul etməkdən imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etmiş, izahat verərək bildirmişdir ki,X3 ilə X4 21 iyul 1954-cü ildə nikah bağlamışlar. Gədəbəy RİK-nin qərarına əsasən 1956-cı ildə X3na fərdi ev tikilməsi üçün Gədəbəy şəhərində 0,7 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində valideynləri birmərtəbəli, üçotaqlı fərdi yaşayış evi inşa etmişlər. X35 və anası Rəfiqə Hüseynovanın birgə nikahlarından, o, İddiaçı, qardaşları Cavabdeh1 və X25 doğulmuşlar. Ailə qurduqdan sonra onlar öz evlərinə köçmüşlər. Evdə yalnız valideynləri yaşamışlar. X3 27 noyabr 1993-cü ildə vəfat etdikdən sonra da evdə yalnız X4 yaşamış, ərindən qalmış miras əmlakı qəbul etmişdir. X6 24 aprel 2015-ci il tarixdə vəfat etmişdir. 29 iyun 2016-cı il tarixdə isə anası Rəfiqə Hüseynova vəfat etmişdir. X23 ölənədək ona o, və iddiaçı baxmışlar. X4 ölümündən əvvəl, yəni, 12 may 2015-ci ildə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə tərtib edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini ona və iddiaçıya vəsiyyət etmişdir. Həmin əmlakı yalnız iddiaçı miras əmlak kimi qəbul etmiş, təsərrüfatı idarə etmiş, evin saxlanmasını təmin etmişdir. O, və digər Cavabdeh1 miras əmlakı qəbul etməkdən imtina etmişlər. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə çüstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X5 surətindən görünür ki, X16 21 iyul 1954-cü il tarixdə X20 ilə nikah bağlamış, arvad Hüseynova soyadını götürmüşdür. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X2 şəhəri, M.Paşayev küçəsi, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və adına və varsa hamısını övladları Cavabdeh2 və X14 vəsiyyət etmişdir. İşdə olan Arayışdan görünür ki, X16 27 noyabr 1993-cü il tarixdə ölmüşdür. İşdə olan X13 surətindən görünür ki, X17 29 iyun 2016-cı il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİK-nin iclasının 20 aprel 1956-cı il tarixli iclasından 12 avqust 1980-ıcı il tarixli 365 saylı Çıxarışdan görünür ki, Gədəbəy RPŞ-nin işçisi X11 fərdi ev tikmək üçün 0,07 ha tərpaq sahəsi ayrılmışdır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 oktyabr 2016-cı il tarixli 2(042)-1187/2016 saylı qətnaməsindən görünür ki, X8, Gədəbəy qəsəbəsi, Lenin küçəsindəki 18 №-də olan 0.21 ha ölçüdəki torpaq sahəsində yerləşən 2 otaqlı, divarları daşdan olmaqla, damı kirəmitlə örtülmüş, birmərtəbəli, yaşayış sahəsi 60 kvm, əlavə sahəsi 47 kvm-dan ibarət evi tamamilə öz doğma oğlu X21 bağışlamasına dair 21 fevral 1975-ci il tarixli bağışlama müqaviləsi və həmin müqavilə əsasında Gədəbəy şəhəri, Şəhriyar küçəsində yerləşən zirzəmili yaşayış sahəsi 128 kv.m, köməkçi sahəsi 45.0 kv.m, ümumi sahəsi 173.0 kv.m-dan ibarət olan fərdi yaşayış evinin şəxsi mülkiyyət hüququ əsasında X18 adına qeydə alınmasına dair 279 saylı, 30 noyabr 2002-ci il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmişlər. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, X25 24 aprel 2015-ci ildə Gədəbəy rayonunda “kəskin miokard infarktı” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 may 2015-ci ildə 24 №-ilə qeyd edilmişdir. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yerləşən birmərtəbəli, üçotaqlı, yaşayış sahəsi 87.3 kvm, köməkçi sahəsi 20.7 kvm-dən (texniki pasporta əsasən) ibarət olan fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin həmin evə dair onun adına texniki pasport tərtib edilmişdir. “Şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün” Torpaq qeydinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Gədəbəy qəsəbəsi, Lenin küçəsində yerləşən torpaq sahəsi X8 istifadəsinə verilmişdir. Torpaq sahəsi tikinti aldı 142.3 m2, həyət torpağı 2021.3 m2, cəmi 2164 m2-dir. İstifadə növü xüsusi, istifadəsi müddətsizdir. Həmin torpaq registrasiyası 30.10.1964-cü ildə verilmişdir. İşdə olan ərizədən görünür ki, Cavabdeh1 X4ndan miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edildiyini, iddia tələbini etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh2 izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən “mülkiyyətin” təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. “X24” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1166-cı maddəsinə əsaəsn fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9. və 307.2.10-cu maddələrinə əsasən məhkəmə atalığın etiraf edilməsi və mirasın qəbul edilməsi faktlarını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, iddiaçının valideynləri X16 və X17 21 iyul 1954-cü il tarixdə nikah bağlamışlar. Gədəbəy RİK-nin 20 aprel 1956-cı il tarixli qərarı ilə iddiaçının X3na fərdi yaşayış evinin tikilməsi üçün Gədəbəy şəhərində 0,07 ha torpaq sahəsi ayrılmış və iddiaçının valideynləri həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Məhkəmə Avropa Məhkəməsinin presedent hüququna və “X24” Azərbaycan Respublikası Qanununa istinad edərək, belə nəticəyə gəlir ki, iddiaçının valideynləri X16 və X9 qanuni əsaslarla əldə etdikləri torpaq sahəsi və inşa etdikləri fərdi yaşayış evinə mülkiyyət hüququnun qanuni gözləntisi yaranmış, iddiaçının X3nun ölümündən sonra birgə nikah dövründə əldə edilmiş əmlakın ona düşən hissəsinə miras açılmış və mirası yalnız arvadı X17 qəbul etmişdir. Yəni,qanuni əsaslarla əldə edilmiş həmin əmlak X9 mülkiyyətində olmuş, onun ölümündən sonra miras aktivinə daxil olmuşdur. X1 əmlakını vəsiyyətnamə ilə övladları İddiaçı və cavabdehlərdən X12 vəsiyyət etmiş, bununla belə qanun üzrə birinci növbə vərəsə Cavabdeh1 da məcburi pay hüququ yaranmışdır. İddiaçının digər X6 isə miras açılan vaxt sağ olmamışdır. Bununla belə, miras açılan vaxt sağ olmuş vərəsələr, yəni, cavabdehlər miras əmlakı qəbul etməkdən imtina etmişlər. Ona görə də iddia ərizəsi təmin edilməli, iddiaçı tərəfindən X4ndan miras qalmış Gədəbəy şəhəri, M.Paşayev küçəsində olan 0,7 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, yaşayış sahəsi 87,3 kvm, köməkçi sahəsi 20,7 kvm olan fərdi yaşayış evinin miras kimi, qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. X19 tərəfindən X4ndan miras qalmış, Gədəbəy şəhəri, M.Paşayev küçəsində olan 0,7 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, yaşayış sahəsi 87,3 kvm, köməkçi sahəsi 20,7 kvm olan fərdi yaşayış evinin miras kimi, qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar