Məhkəmə qərarları › İş №2(042)-472/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-472/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-472/2021 25.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E saylı KOD 50515018 nömrəli Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələrin və JN-0084 saylı KOD 50515018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair “Dövlət Aktı" nın “Ərizəçi’’ qızına məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X11 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E KOD 50515018 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələr əsasında 0.33 ha həyətyanı və JN-0084 KOD 50515018 saylı “Dövlət Aktı” əsasında 0,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin mülkiyyət şəhadətnamələrində iddiaçının soyadı texniki səhv olaraq “Qurbanova” ata adı isə “Səyyad” kimi qeyd etmişlər. Lakin bütün sənədlərdə onun soyadı və ata adı “Ərizəçi” qızı kimi qeyd edilmişdir. İddiaçının həyat yoldaşı vəfat etmişdir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət şəhadətnaməsi almaq istəyir. İddiaçı sənədlərini rəsmiləşdirilməsi ilə bağlı DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsə də bu mümkün olmamışdır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN- 136D və JN-136E KOD 50515018 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələrdə və JN-0084 KOD 50515018 saylı “Dövlət Aktında texniki səhvə yol verilmişdir. Sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Gədəbəy rayon AİK-nın 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E KOD 50515018 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələrdə və JN-0084 KOD 50515018 saylı “Dövlət Aktı” da olan texnik səhvliklərin aradan qaldırılmasını istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Düzyurd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 84 nömrəli arayışdan görünür ki, Ərizəçi halhazırda Gədəbəy rayonu, Düzyurd kəndində qeydiyyatadır və yaşayır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuş, onun soyadı, adı və ata adı qrafasında Ərizəçi kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarları ilə verilmiş JN-136D və JN-136E saylı KOD 50515018 nömrəli Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X2 və ailə üzvlərinə ümumilikdə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X1 ailə üzvlərindən biri kimi X3 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13/1 nömrəli qərarı ilə verilmiş JN-0084 saylı KOD 50515018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair “Dövlət Aktı" lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və ailə üzvlərinə 0.66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında X1 ailə üzvlərindən biri kimi X3 qeyd edilmişdir. İşdə olan AZ-İ № 129027 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 21 sentyabr 2004-cü il tarixdə Gədəbəy rayonu, Düzyurd kəndində ölmüşdür. İşdə olan AZ-T № 012356 seriyalı nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X5 nikahlarını 24.01.1975-ci il tarixdə Gədəbəy rayonu Dəyəqarabulaq kənd İƏD üzrə nümayəndəlikdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Əliyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E KOD 50515018 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamələr əsasında 0.33 ha həyətyanı və JN-0084 KOD 50515018 saylı “Dövlət Aktı” əsasında 0,66 ha pay torpaq sahəsi verilmişdir. Həmin JN- 136D və JN-136E saylı KOD 50515018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və N-0084 saylı KOD 50515018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktında onun soyadı, adı və ata adı “X3” kimi qeyd edilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamədə və Dövlət aktında “X3” adının yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənədlərdə düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi şəhadətnamədə və Dövlətaktında olan “X3” ilə eyni şəxsdir. Ərizəçi soyadı, adı və ata adı sözügedən sənədlərdə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E saylı KOD 50515018 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamələrdə və JN-0084 saylı KOD 50515018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktıda “X3” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1997-ci il tarixli 13 və 13/1 saylı qərarları əsasında JN-136D və JN-136E saylı KOD 50515018 nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə və JN-0084 saylı KOD 50515018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktıda “X3” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar