Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-474/2021 20.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş JN-192A KOD 50522028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X6” yazılan hissədə Ərizəçi1, “X10” yazılan hissədə Ərizəçi2 və “X11” yazılana hissədə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışdırlar ki, Ərizəçi1 xx.xx.1966-cı ildə Gədəbəy rayonu, Çanaqçı kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə JN-192A KOD 50522028 “Torpağın mülkiyyətə verilməsinə dair"’ şəhadətnamə əsasında əri X1 adına olmaqla, onlara ümumilikdə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onun adı səhvən “Nahidə” kimi yazılmışdır. Buna baxmayaraq onun adı Naidədir və şəxsiyyət vəsiqəsində adı Naidə kimi qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində olan adı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan adı düz gəlmir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X6” yazılan hissədə Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsini istəyir. Ərizəçi2 və Rəhimov X8 rayonu, Çanaqçı kənddə yaşayırlar. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997ci il tarixli, 15 nömrəli qərarı ilə JN-192A KOD 50522028 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ataları X1 adına olmaqla, onlara ümumilikdə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onların soyadları səhvən “İsayev” kimi yazılmışdır. Buna baxmayaraq onların soyadları Rəhimovdur, şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrində soyadları Rəhimov kimi qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqələrində olan soyadları (Rəhimov) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan soyadları (İsayev) düz gəlmir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X10” və “X11” yazılan hissədə onlara məxsus olması faktnın müəyyən edilməsini istəyirlər. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi2 və Ərizəçi3 tərəfindən 19 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqrama əsasən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-ci il tarixdə doğulmuş, onun soyadı, adı və ata adı qrafasında Ərizəçi1 kimi qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci il tarixdə doğulmuş, onun soyadı, adı və ata adı qrafasında Ərizəçi2 kimi qeyd edilmişdir. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1996-cı il tarixdə doğulmuş, onun soyadı, adı və ata adı qrafasında Ərizəçi3 kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş JN-192A saylı KOD 50522028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 və ailə üzvləri X2, X7, X5 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 xx.xx.1966-cı il tarixdə, Ərizəçi2 xx.xx.1995-ci il tarixdə, Ərizəçi3 xx.xx.1996-cı il tarixdə anadan olmuşlar. X4 və ailə üzvləri X2, X7, X5 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş JN- 192A saylı KOD 50522028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin JN-192A saylı KOD 50522028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçilərin soyadları, adları və ata adları “X6”, “X10” və “X9” kimi qeyd edilmişdir. Ancaq ərizəçilərdən Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 bütün sənədlərində soyadları, adları və ata adları “Ərizəçi1”,” Ərizəçi2” və “Ərizəçi3” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnamə “X6”, “X10” və “X9” adlarının yazılışının texniki səhv olması müəyyən edilərək həmin şəhadətnamədə düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi1”,” Ərizəçi2” və “Ərizəçi3” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 şəhadətnamədə olan “X6”, “X10” və “X9” ilə eyni şəxslərdir. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 soyadları, adları və ata adları sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş JN-192A saylı KOD 50522028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X6” yazılan hissədə Ərizəçi1, “X10” yazılan hissədə Ərizəçi2 və “X11” yazılana hissədə Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə verilmiş JN-192A saylı KOD 50522028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin “X6” yazılan hissədə Ərizəçi1, “X10” yazılan hissədə Ərizəçi2 və “X11” yazılan hissədə Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-474/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-474/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver