Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-475/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.09.1971-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, X5 onun doğma qardaşıdır. Qardaşı anadan gəlmə ruhi xəstədir. Ərizəçi öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir. X5 ikinci dərəcəli əlildir. Kənar şəxsin daima qulluğuna və nəzarətinə ehtiyacı var. Özünün yemək içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X2 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “oliqofreniya kəskin debillik dərəcəsi” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. X1 bütün işlərini o həll edir. Bunu yaxın qonşular və eləcə də Arıxdam kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də təsdiq edə bilərlər. Ona görə də X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş 05 aprel 2021-ci il tarixli, 161 saylı arayışdan görünür ki, Gədəbəy rayonu, Arıqdam kəndində 2021-2025-ci illəri əhatə edən 07 nömrəli təsərrüfatbaşına kitabın 56-cı səhifəsinə əsasən qeydiyyatdadır və hal-hazırda Arıqdam kəndində yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 02.09.1971-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuşdur və həmin kənddə qeydiyyatdadır. İşdə olan AZ-İİİ № 178866 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 02.09.1971-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X6, anası qrafasında X8 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 06.04.2021-ci il tarixli, 201 saylı arayışdan görünür ki, X5 “oliqofuniya kəskin debillik dərəcəsində” diaqnozu ilə Ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 11 may 2021-ci il tarixli, 250 nömrəli rəydən görünür ki, X5 davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 Gədəbəy MRXnın poliklinikasında ruhi-əsəb xəstəlikləri kabinetində “Oliqofreniya, kəskin debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda durması, hərbi xidmətə çağırılarkən AR SN Respublika Psixiatriya Xəstəxanasında qısa müddətli müayinədən sonra xəstəliyinə görə hərbi uçotdan silinməklə hərbi xidmətə çağırılmaması, ona əvvəllər xəstəliyə görə müavinət, sonralar isə İİ qrup əlillik təyin edilməsi, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideyinlərinin, sonralar isə qardaşının himayəsi və nəzarəti altında yaşaması, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən sualları nitq pozğunluğu ilə əlaqədar çatdıra bilməməsi, əhvalının davamsız olması, əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, yaddaşında pozğunluq aşkar edilməsi, təfəkkürünün konkret olması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) kobud səhvlər etməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün zəif olması, atalar sözlərinin mənasını düzgün anlamaması və izah edə bilməməsi, tənqidi funksiyalarının pozulması, intellektinin inkişafdan geri qalması, İQ=56 % və s.) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X5 “Kəskin debillik dərəcəsində olan oliqofreniya” diaqnozu ilə Ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. O, davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi 02 sentyabr 1971-ci il təvəllüdlü Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. 02 sentyabr 1971-ci il təvəllüdlü Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-475/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-475/2021
30.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver