Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-479/2021 10.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0005 nömrəli dövlət aktında göstərilən X5 ilə, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 yanvar tarixli 2 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə Gədəbəy rayonunun Hüseynqulular kəndində 1.29 ha pay torpaq sahəsi JN-0005 nömrəli dövlət aktı ilə ayrılaraq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə mülkiyyətinə verilmişdir. İddiaçının doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində adı Kazım olduğu halda dövlət aktında texniki səhvə yol verilərək Nazim yazılmışdır. Bu texniki səhvin düzəldilməsi məqsədilə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin ərazi idarəsi iddiaçının adının dövlət aktında düzəliş edilərək Kazım yazılmasından imtina etmiş və iddiaçıya hüquq müəyyənedici sənəd olan dövlət aktında yazılan adla şəxsiyyətini təsdiq edən sənədlərdə olan adın eyni şəxsə yəni iddiaçı Ərizəçi məxsus olması barədə məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli, 746 saylı arayışdan görünür ki, Rzayev X3 qəsəbəsi V.Vəliyev küçəsi dön 3, ev 3 ünvanında yaşayır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, onun adı qrafasında Kazım qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan JN-0005 KOD 50513048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Hüseynqulular kənd sakini Ərizəçi və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 saylı qərarı ilə 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 qərarı ilə verilmiş JN-0005 KOD 50513048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət akt əsasında 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-0005 KOD 50513048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında onun adı “Nazim” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “Kazım” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət aktındakı “X5” adında “Nazim” yazılışının texniki səhv olması müəyyən edilərək həmin aktda düzəliş aparılmalı və müvafiq olaraq “Kazım” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçi Rzayev X4 aktında olan “X5” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən Dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 qərarı ilə verilmiş JN-0005 KOD 50513048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının “X5” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 08 yanvar 1998-ci il tarixli, 02 qərarı ilə verilmiş JN-0005 KOD 50513048 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı “X5” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-479/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-479/2021
10.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver