Məhkəmə qərarları › İş №2(042)-505/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-505/2022

29.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-505/2022 29.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində xx.xx.2003-cü il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X4 onun doğma oğludur. Oğlu Ruslan anadangəlmə ruhi xəstədir və onu bu yaşadək onlar saxlayıb idarə edirlər. Ruslan özünü idarə etmək iqtidarında deyildir. Özünün idarə etməsini itirmişdir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Özünün hərəkət və davranışlarını bilmir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. O, oğlu Ruslanın bütün işlərini onun yemək-içməyini, əyin-başını və digər işlərini həll edir. Bunu yaxın qonşuları və eləcədə Gədəbəy rayon Dəyəqarabulaq kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslərdə bunları təsdiq edə bilərlər. X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq mərkəzində qeydiyyatdadır və daimi müşahidə altında yaşamasına ehtiyac vardır. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. Eləcə də, Gədəbəy rayon Polikilinkasında ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur. Orta dərəcəli əqli gerilik davranış pozuntuları Daun sindiromu Q90 kimi xəstəlik ilə uçota götürülmüş və qeydiyyatda durur. Ona görə də X2 fəaliyyət qabilliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Dəyəqarabulaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 257 saylı arayışdan görünür ki, X4 01-saylı təsərrüfatbaşına kitabın 96-cı səhifəsinə əsasən Dəyəqarabulaq kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda o Dəyəqarabulaq kəndində yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində anadan olmuşdur. Atası qrafasında X6, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 17 noyabr 2021-ci il tarixli, 505 saylı arayışdan görünür ki, X1-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, X3 qoyulmuş diaqnoz qrafasında “Daun xəstəliyi” qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 472 nömrəli rəydən görünür ki, X4 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları və Daun Sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabilliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 hal-hazırda “fəaliyyət qabilliyyəti olmayan şəxs” hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan xəstə olmaqla daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyac olması, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişləri əldə etməməsi, adi hesablama əməlliyyatlarını belə apara bilməməsi, hazırki ekspertiziya zamanı onda kobud təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi( ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslərlə cavablar verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması, onda narahatlıq, gərginlik müşahidə edilməsi,yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməlliyyatlarını apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərinin mənasını izah edə bilməməsi, tənqidi funksiyalarının kobud pozulması, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=38% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X1-əsəb xəstəliklər qeydiyyatda durur. O, uşaqlıqdan orta dərəcəli kəmağıllıq, ifadə olunmuş davranış pozuntuları və Daun Sindromu ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2003-cü il təvəllüdlü Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar