Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-51/2025 09.09.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Rəsmiyə Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İHB-a qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı Gədəbəy rayonu, Söyüdlü kəndində xx.xx.1989-cu il tarixdə doğulmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş X5 onun övladıdır. Cənnəd anadangəlmə ruhi xəstədir, özünü idarə etmək iqdidarında deyildir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün qəyyum təyin edilməlidir. O, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası PHŞ Polikilinka Şöbəsində ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur. Ona görə də ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X4 surətindən görünür ki, X5 05 fevral 1989-cu iltarixdə doğulmuşdur. Ərizəçi onun atasıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X5 birinci dərəcəli əlildir və ona “Oliqofreniya kəskin debillik dərəcəsi. Psixopotabənzər davranış. Keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri. Aşağı ətrafların parapleqiyası” diaqnozu verilmişdir. İşdə olan Azərbaycan Respublikası Gədəbəy RİHB-nın Söyüdlü kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X1 Razim Novruz oğlunun himayəsində Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. İşdə olan Arayışdan görünür ki, Gədəbəy rayonunda yaşayan X2 Rayon Mərkəzi Xəstəxanasının Polikninkasında ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 X9 Şöbəsi tərəfinən verilmiş rəydən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X5 ağır dərəcəli əqili gerlik,imbesillik dərəcəsində davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. O, öz hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyil və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonun, Söyüdlü kəndində doğulmuş, hazırda həmin kənddə yaşayan X5 anadangəlmə ruhi xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 X10 Şöbəsi tərəfindən verilmiş Rəyə əsasən X5 ağır dərəcəli əqili gerlik,imbesillik dərəcəsində davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. O, öz hərəkətlərinin mənasını başa düşmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyil və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.1989-cu ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, hazırda həmin kənddə yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, hazırda həmin kənddə yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-51/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-51/2025
09.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver