Məhkəmə qərarları › İş №2(042)-514/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-514/2021

26.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-514/2021 26.07.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 03.09.1996-cı ildə Gədəbəy rayonu, Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, X8 onun oğludur. Oğlu anadan gəlmə psixi qüsurludur, öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir. X8 birinci dərəcəli əlildir. Ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, ağır debillik dərəcəsində əqli gerilik” diaqnozu verilmişdir. Özünün yemək içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X8 TƏBİB Gədəbəy rayon X1 şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. X2 bütün işlərini on həll edir. Bunu yaxın qonşular və eləcə də Miskinli kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslər də təsdiq edə bilərlər. Ona görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Orqanının səlahiyyətli nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş 21 aprel 2021-ci il tarixli, 127 saylı arayışdan görünür ki, Ərizəçi 04 saylı təsərrüfat başına kitabın 74-cü səhifəsinə əsasən Gədəbəy rayonunun Miskinli kəndində yaşayır. Heç bir idarədə və müəssisədə işləmir. Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Həmçinin 03.09.1996-cı il tarixdə anadan olmuş İ qrup əlilliyi olan oğlu X6 qulluq edir. İşdə olan Gədəbəy RİHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş 21 aprel 2021-ci il tarixli, 126 saylı arayışdan görünür ki, X8 04 saylı təsərrüfat başına kitabın 74-cü səhifəsinə əsasən Gədəbəy rayonunun Miskinli kəndində yaşayır. Heç bir idarədə və müəssisədə işləmir. Fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Həmçinin 03.09.1996-cı il tarixdə anadan olmuş İ qrup əlilliyi olan oğlu X6 qulluq edir. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 239 saylı arayışdan görünür ki, X8 “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.09.1996-cı il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası qrafasında X7, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 282 nömrəli rəydən görünür ki, X8 uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X3 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup əlillik verilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, Gədəbəy rayon poliklinikasının psixiatriya kabinetində qeydiyyatda durması, Gəncə şəhər Psixiatriya Xəstəxanasında müayinə olunaraq “Ağır dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə” diaqnozu qoyulması, TSEK tərəfindən şəhadətləndirilərək ona İ qrup müddətsiz əlillik təyin edilməsi (TSEK-dən verilmiş 29.01.2021-ci il tarixli şəhadətləndirilmə aktı, Gədəbəy MRX PHŞ-dan verilmiş 20.04.2021-ci il tarixli 239 saylı arayış), hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması, verilən suallara heç bir reaksiya verməməsi,müayinə zamanı özünü narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, əsəbiliyə meyilli olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması,oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, düşdüyü vəziyyətə tənqidinin olmaması, intellektinin inkişafdan geri qalması İQ=35 %. və s. ) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X8 ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. O, uşaqlıqdan ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları ilə XBT- 10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi 03.09.1996-cı ildə Gədəbəy rayonu, Miskinli kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. 03 sentyabr 1996-cı ildə Gədəbəy rayonu, Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar