Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-52/2021 12.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Gədəbəy Rayon Notariat Ofisi və DƏDRX 11 saylı X12rşı çıxarışların və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbləri haqqında mülki işə xx xxxxxx 2021-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Gədəbəy Rayon Notariat Ofisi və DƏDRX 11 saylı X12rşı xx xxx 2015-ci il tarixli 31150025 qeydiyyat nömrəli Çıxarışın, Cavabdeh1 adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 2V-393 nömrəli Vərəsəlik Şəhadətnaməsinin və xx xxxxxxxx 2018-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, atası X8 Gədəbəy rayonu, Qızıltorpaq kəndində 0, 25 ha torpaq sahəsi olmuşdur. Atası xx xxxxxx 1990-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra torpaq sahəsindən o və qardaşı mərhum Vilayət Tomuyev istifadə etmişdir. O, Bakı şəhərində yaşayıb işləməsinə baxmayaraq, həmişə atasına qulluq etmiş, ona kömək göstərmişdir. Atasının vəfatından sonra həyətyanı torpaq sahəsindən istifadə etmiş, atadan qalmış ev köhnə olduğundan, 1977-1978-ci illərdə atasının razılığı ilə sahəsi 204 kvm olan yeni yaşayış evi və 90 kvm olan tövlə tikdirmişdir. Lakin atası vəfat etdikdən sonra qardaşı Vilayət Tomuyev onun xəbəri olmadan yalan məlumatlar verərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1997-ci il tarixli qərarı ilə torpaq sahəsini öz mülkiyyətinə keçirmiş, plan və ölçü sənədi almışdir. Halbuki, bu əmlakın onun mülkiyyətinə keçməsi barədə vərəsəlik işi yoxdur. Bundan başqa Qaraməmmədli Kənd İƏD üzrə Nümayəndəliyi 1979-cu ildə tikilmiş evin Vilayət Tomuyevin şəxsi vəsaiti hesabına tikildiyini bildirmişdir. Cavabdeh DƏDRX 11 saylı X24 isə digər vərəsənin olub-olmamasını araşdırmadan xx xxx 2015-ci il tarixli ********* qetydiyyat nömrəli Çıxarış vermişdir. Vilayət Tomuyev xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun oğlu Cavabdeh1 xx xxxxxxxx 2018-ci il tarixli 2V-393 saylı Vərəsəlik Şəhadətnaməsi əsasında 0,25 ha torpaq sahəsini saxta yolla öz adına keçirmiş və mülkiyyət hüququnun qeydə alınması haqqında xx xxxxxxxx 2018-ci il tarixli Çıxarış almışdır. O, 2019-cu ilin sentyabr-oktyabr aylarında kəndə gəlmiş, heyvandarlıqla məşğul olmağa başlamışdır. Bu işdə dövlətdən yardım almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmiş və yalnız bu zaman həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması məlum olmuşdur. O, atası Nadir Tomuyevin vərəsəsidir. Lakin atasına məxsus olmuş torpaq sahəsindən onun payı verilməmiş, onun hüquqları pozulmuşdur. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, babası Nadir Bayramov 1990-cı ildə vəfat etmişdir. Onun istifadəsində olan torpaqda sahəsi 87 kvm olan yaşayış evi olmuşdur. Onun anası 1983-cü ildə həmin evə gəlin köçmüşdür. Babasının vəfatından sonra həyətyanı torpaq sahəsi və evdə onlar yaşamışlar. İddiaçı isə Bakı şəhərində qeydiyyatda olmuş və yaşamışdır. Ona görə də torpaq islahatı zamanı həmin torpaq sahəsi onun X19in mülkiyyətinə verilmişdir. X19 vəfat etdikdən sonra isə vərəsəlik üzrə ona keçmiş və o torpaq sahəsi və sahəsi 87 kvm olan yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması haqqında çıxarış almışdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqınfa qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı X24 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrini tələblərinə əsasən işə cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı X16 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, iddiaçı ilə 1976-cı ildə nikah bağlayaraq, ailə qurmuş, X15a məxsus Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən evə köçmüşdür. Nadir Bayramov 1990-cı ildə vəfat etmişdir. Nadir Bayramovun dəfn mərasimlərini onlar təşkil etmişlər. X20 məxsus həyətyanı torpaq sahəsuində ev tikmişlər və hazırda da həmin evdə yaşayırlar. Həyətyanı torpaq sahəsinin Vilayət Tomuyev və onun ölümündən sonra Cavabdeh1 adına qeydiyyata alınmasından xəbərləri olmamışdır. İddiaçı atası Nadir Bayramovun vərəsəsi olmuş, miras əmlakda yaşamış, mirası qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirmişdir ki, o, Cavabdeh1 anası, mərhum Vilayət Tomuyevin həyat yoldaşıdır. X15 1990-cı ildə vəfat etmiş, ona məxsus olmuş torpaq sahəsi, ev, iki inək və 5-6 qoyun miras qalmışdı. Həmin vaxt evdə onlar yaşadıqlarına görə həmin əmlakdan da onlar istifadə etmişlər. Həmin əmlakla əlaqədar heç bir başqa qohumun tələbi olmamışdır. Torpaq islahatı zamanı həyətyanı torpaq sahəsi əri Vilayət Tomuyevin adına keçirilmişdir. Vilayət Tomuyev 2018-ci ildə vəfat etmişdir. Bundan sonra, torpaq və ev vərəsəliklə Cavabdeh1 keçmişdir. İşdə olan Ölüm Haqqında Arayışdan görünür ki, X13 xx xxxxxx 1990-cı il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Qaraməmmədli İƏD üzrə Nümayəndəliyindən verilmiş Arayışdan görünür ki, X8 daşınmaz əmlakı və təsərrüfatı barəsində notariat qaydada təsdiq edilmiş heç bir vərəsəlik işi aşkar edilməmişdir. İşdə olan xx xxx 2011-ci il tarixli Arxiv Arayışından görünür ki, X8 adına Qaraməmmədli Kənd Təsərrüfatbaşı Kitabda 0, 25 ha torpaq sahəsi, 1931-ci ildə tikilmiş ümumi sahəsi 45 kvm olan yaşayış evi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı X24 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Arayışdan görünür ki, Gədəbəy Rayon AİKnın xx xxxxxxx 1997-ci il tarixli 11 saylı qərarı ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 2498, 79 kvm həyətyanı torpaq sahəsinə dair X4 adına seriya A, 185962 saylı “X22ı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin sənəd, Gədəbəy rayonu, Qaraməmmədli İƏD üzrə Nümayəndəliyin fərdi yaşayış evini 1979-cu ildə X10 tərəfindən inşa edilməsi barəsində arayışı əsasında X4 adına Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0,2498 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 87 kvm olan fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli xx xxx 2015-ci il tarixli Çıxarış verilmişdir. İşdə olan X22 və Ölçüsü sənədindən görünür ki, Gədəbəy Rayonu AİK-nın xx xxxxxxx 1997-ci il tarixli 11 saylı qərarı ilə Gədəbəy rayonu, Dikdaş kəndindəX4 adına olan 2498, 79 kvm torpaq sahəsi barədə tərtib edilmişdir. İşdə olan RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2015-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli Reyestr Kitabının 2 nömrəli vərəqində Gədəbəy rayonu, Qızıltorpaq kəndində 0.2498 ha torpaq sahəsinə və üzərində yerləşən 87 kvm sahəsi olan fərdi yaşayış evinə X4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli Qanun üzrə X11 Şəhadətnamənin sürətindən görünür ki, X4 vərəsəsi Cavabdeh1 1/1 hissədə pay almalıdır. X7 Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən xx xxx 2015-ci il tarixdə X9 verilmiş Çıxarışa əsasən Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən ümumi sahəsi 87 kvm fərdi yaşayış evi və 0.2498 ha torpaq sahəsi ilə əlaqədar verilmişdir. İşdə olan RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən xx xxxxxxxx 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli Reyestr Kitabının 2 nömrəli vərəqində Gədəbəy rayonu, Qızıltorpaq kəndinin 0.2498 ha torpaq sahəsinə və üzərində yerləşən 87 kvm sahəsi olan fərdi yaşayış evinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1. və 139-1.1.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı atası X2 miras qalmış əmlakın cavabdeh və onun mərhum atası tərəfindən qanunsuz olaraq ələ keçirilməsini bildrirmiş və müvafiq çıxarışlar və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin iddiaçının məhkəmə iclasında verdiyi izahat və onun tərəfindən təqdim edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X5 məxsus torpaq sahəsi və yaşayış evinə daşınmaz əmlakın dövlət reyestr xidmətində mülkiyyət və ya hər hansı bir hüquq qeydə alınmamış, yəni, X5 məxsus olmuş əmlak miras aktivinə daxil olmamışdır. Cavabdeh1 X19in adına həyətyanı torpaq sahəsinin qanuni istifadəçisi kimi, torpaq sahəsinin ölçü və planı tərtib edilmiş və daşınmaz əmlakın dövlət reyestrndə qanunun tələblərinə əməl edilməklə müvafiq qeydiyyatlar aparılmışdır. Vilayət Tomuyevin ölümündən sonra isə həmin əmlak vərəsəlik hüququ ilə Cavabdeh1 mülkiyyətinə keçmiş və ona mülkiyyət hüququnun qeydə alınması haqqında çıxarış verilmişdir. Məhkəmə araşdırmaları zamanı Cavabdeh1 X19, Gədəbəy Rayon Aqrar İslahat Komissiyası, cavabdehlər Cavabdeh1, Gədəbəy Rayon Notariat Ofisi, DƏDRX 11 saylı X16 hərəkətlərində çıxarışların və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsas ola biləcək hallar müəyyən edilmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İşə məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-52/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-52/2021
12.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver