Məhkəmə qərarları › İş №2(042)-54/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-54/2024

06.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-54/2024 06.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gədəbəy Rayon İHB-nın nümayəndəsi X4 iştirakları ilə Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısına qarşı xx.xx.1971cü ildə Gədəbəy rayonu, Söyudlu kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan anası X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 onun anasıdır. O, xəstədir. Öz hərəkətlərinin mənasını başa düşmür və hərəkətlərini idarə edə bilmir. Onun işlərində ona kömək etmək üçün qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi X7 məhkəmə iclasında ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışdan görünür ki, X1 Samirə Şahlar qızının anasıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X13 Stasionar Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş Rəydən görünür ki, X2 ifadə olunmuş üzvi dissosiativ müşayət olunan X12 X10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxışnda kodu F06.5) xəstəliyi var. O, öz hərəkətlərinin mənasını tam anlamaq və onları şüurlu idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.1971-c ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X6 ərizəçinin anasıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X13 Stasionar Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş Rəydən görünür ki, X2 ifadə olunmuş üzvi dissosiativ müşayət olunan X12 X10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxışnda kodu F06.5) xəstəliyi var. O, öz hərəkətlərinin mənasını tam anlamaq və onları şüurlu idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Söyudlü kəndində doğulmuş və hazırda həmin kənddə qeyddiyatda olmaqla yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i : Ərizə təmin edilsin. xx.xx.1971-ci ildə Gədəbəy rayonu, Söyüdlü kəndində doğulmuş, hazırda həmin kənddə qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar