Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-540/2020 21.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi və digər ərizəçi X3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi iştirakı ilə, Ərizəçilər Ərizəçi, X3 və X2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon X8 xx xxxxx 2000-ci il tarixli, 13 saylı qərarı ilə JN-157 saylı KOD 50525018 nömrəli Dövlət Aktında X7 və X6 yazılan hissələrdə “Musayev” soyadının “Məmmədrzayev” kimi düzəliş edilməsi və həmin aktın müvafiq olaraq X5 və X4 məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən məhkəməyə ərizə verərək, onun ailə üzvləri olan X3 və X2 da birgə ərizəçilər kimi işə cəlb edilməsini xahiş etmiş,Ərizəçi, X7 və X1 rayon X8 xx xxxxx 2000-ci il tarixli, 13 saylı qərarı ilə JN-157 saylı KOD 50525018 nömrəli Dövlət Aktında X16 və X14 yazılan hissələrdə “Musayev” soyadının “Məmmədrzayev” kimi düzəliş edilməsi və həmin aktın müvafiq olaraq Ərizəçi, X5 və X4 məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi və digər ərizəçi X3 etibarnamə üzrə nümayəndəsi Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, xx xxxx 1991-ci ildə X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından onların iki övladı – xx.xx.1992-ci il təvəllüdlü X7 və xx.xx.1994-cü il təvəllüdlü X6 anadan olmuşdur. Gədəbəy rayon X8 xx xxxxxxxx 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə JN-229 saylı KOD 50523068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında onun adına olmaqla, onun və övladlarının ümumi mülkiyyətinə 0.55 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsində uşaqlarının soyadı “Məmmədrzayev” əvəzinə səhvən “Musayev” yazılmışdır. Bu isə ona bir sıra hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. Odur ki, həmin texniki səhvlərin düzəldilməsi əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi X4 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı X18 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nin Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 177 nömrəli arayışdan görünür ki, Ərizəçi halhazırda Heriknaz kəndində qeydiyyatdadır və ərazidə yaşayır. İşdə olan JN-229 saylı KOD 50523068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Gədəbəy rayon X8 xx xxxxxxxx 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə Gədəbəy rayonu, Heriknaz kəndində Ərizəçi və onun ailə üzvlərinin adına ümumilikdə 0.55 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktında torpaq mülkiyyətçisi kimi “Ərizəçi”, onun ailə üzvləri kimi “X16” və “X14” qeyd edilmişdir. İşdə olan V-JQ №455326 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi xx xxxx 1991-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədrzayev, arvada Musayeva soyadı verilmişdir. İşdə olan İİ-İE №030235 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamədə onun soyadı İbrahimov yazılmışdır. İşdə olan XVİ-JQ №463006 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Həmin sənəddə onun soyadı qrafasında “Məmmədrzayev” qeyd edilmişdir. İşdə olan XVİİİ-JQ №371237 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Həmin sənəddə onun soyadı qrafasında “Məmmədrzayev” qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında işdəki sübutlarla müəyyən olundu ki, Gədəbəy rayon X8 xx xxxxxxxx 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə Gədəbəy rayonu, Heriknaz kəndində Ərizəçi və onun ailə üzvlərinin adına ümumilikdə 0.55 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktında torpaq mülkiyyətçisi kimi “Ərizəçi”, onun ailə üzvləri kimi “X16” və “X14” qeyd edilmişdir. Buna baxmayaraq ərizəçilər X3 və X2 bütün sənədlərində onların soyadı “Məmmədrzayev” yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni JN-229 saylı KOD 50523068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “X16” və “X14” adında “Musayev” yazılışının texniki səhv olması faktı müəyyən edilərək həmin aktda düzəliş aparılmalı və müvafiq olaraq “Məmmədrzayev” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, X7 dövlət aktında olan “X16” ilə və X6 dövlət aktında olan “X14” ilə eyni şəxsdir. Onların soyadlarının sözügedən dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Gədəbəy rayon X8 xx xxxxxxxx 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-229 saylı KOD 50523068 nömrəli Dövlət Aktının Ərizəçi, X5 və X4 məxsus olması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-540/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-540/2020
21.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver