Məhkəmə qərarları › İş №2(042)-545/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-545/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-545/2020 07.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi, borcun və lizinq obyektinə dəymiş dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC ilə bağlanmış xx xxxxx 2018ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 560 manat əsas, 172.05 manat mükafat və həmin günə hesablanmış 193.68 manat dəbbə pulu, 910 manat dəymiş zərər, ümumilikdə 1835.73 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASC-nin 2013-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534095 ban, 212133512DFCX0621 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389-75 manat, ümumilikdə isə 18707.83 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 910 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxxx 2019-cu il tarixdə 230 manat məbləğində olmuşdur. Lizinq alan Cavabdeh xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 560 manat əsas, 172.05 manat mükafat və həmin günə hesablanmış 193.68 manat dəbbə pulu, cəmi 925.73 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Odur ki, İddiaçı ASC iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı” ASC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Maps arayışından görünür ki, Cavabdeh Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatdadır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli AL- 265 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASC-nin 2013-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534095 ban, 212133512DFCX0621 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən, Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389-75 manat, ümumilikdə isə 18707.83 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Servis mərkəzinin tərtib etdiyi qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 910 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 16937 nömrəli rəyindən görünür ki, nəzərə hesalblama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2013-cü il buraxılışlı Daewoo Gentra” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 910 manat, ö cümlədən dəyişilməli hissələrin qiyməti 1637 manat, təmirbərpa işlərinin qiyməti 540 manat. İşdə olan qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsusdur. İşdə olan Cavabdeh ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq (pretenziya)məktubundan görünür ki, İddiaçı ASC lizinq alanCavabdehyaranmış borcun və lizinq obyektinə dəymiş ziyanın 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi, yaranmış borc və lizinq obyektinə dəymiş ziyanın məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 747-1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən, lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alğı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-ci maddələrinə əsasən, lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Daxili lizinq müqaviləsinin 4.1 -ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 15.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1 -ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1 -ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı ASC-nin 2013-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA534095 ban, 212133512DFCX0621 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389- 75 manat, ümumilikdə isə 18707.83 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 1835.73 manatın 560 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2019-cu il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 910 manat ziyan dəymişdir. Lizinq alan Cavabdeh xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 560 manat əsas, 172.05 manat mükafat və həmin günə hesablanmış 193.68 manat dəbbə pulu, cəmi 925.73 manat borcu yaranmışdır. Eləcə də iş materiallarında olan qüsur aktı ilə müəyyən edilmişdir ki, Daewoo Gentra” minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 910 manat təşkil edir. Odur ki, İddiaçı ASC xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, cavabdehdən əsas borcun, mükafat məbləğinin, dəbbə pulunun və lizinq obyektinə görə dəymiş ziyanın ödənilməsini tələb etməkdə etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, hallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bağlanmış xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 560 manat əsas, 172.05 manat mükafat və 193.68 manat dəbbə pulu, 910 manat dəymiş zərər, ümumilikdə 1835.73 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı” ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233, 360-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış bağlanmış xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxx 2018-ci il tarixli AL-265 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2019-cu il tarixə 560 manat əsas, 172.05 manat mükafat və 193.68 manat dəbbə pulu, 910 manat dəymiş zərər, ümumilikdə 1835 (bir min səkkiz yüz otuz beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı” ASC-yə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar