Məhkəmə qərarları › İş №2(042)-552/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-552/2023

11.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-552/2023 11.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Hüquqların Dövlət Qeydiyyatı Haqqında 02 sentyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda Cavabdeh tam mülkiyyətinə işlənmiş evə vərəsəlik qaydasında payların müəyyən edilməsi və vəsiyyətnamə üzrə miras əmlaka vərəsəlik hüququnun tanınması; mərhum X16 və mərhumə X18 məxsus miras əmlaklara vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçının X10 anası X20 ilə 03 may 1954 il tarixdə nikah bağlamışlar. Onların birgə nikahından səkkiz övladları olmuşdur. İddiaçının X10 16 iyul 2012-ci il tarixdə, anası X30 23 oktyabr 2021-ci il tarixdə ölmüşlər. Atası öldükdən sonra Gülüşən Hümbətova ərinə məxsus miras əmlakı faktiki qəbul edərək, ona sahiblik etmişdir. Bu səbəbdən mərhum Musa Hümbətova məxsus miras əmlaka notariat ofisində vərəsəlik işi açılmamışdır. İddiaçının valideyinləri birgə nikah dövründə fərdi yaşatış evi inşa etmişlər. Gədəbəy RİHB-nın Alnabat Kənd İƏD üzrə Nümayəndəliyin təsərrüfatbaşına kitabda Musa Hümbətovun adına 1950-ci ildə inşa edilmiş bir ədəd yaşayış evi və torpaq sahəsi qeydə alınmışdır. Həmin evdə Gülüşən Hümbətova və iddiaçı yaşamışlar. Digər vərəsələr ailə həyatı qurduqdan sonra ayrı təsərrüfatlarda olmuşlar. İddiaçının anası X26 29 avqust 2020-ci il tarixdə Gədəbəy Rayon Notarizt Ofisində vəsiyyətnamə tərtib etmişdir. Həmin vəsiyyətnaməyə əsasən bütün əmlakını iddiaçıya vəsiyyət edilmiş, vəsiyyətnamə əsasında 17 dekabr 2021-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik işi açılmışdır. X9, X40, X41, X42 və X55 mirasda məcburi paydan iddiaçının xeyrinə imtina etmişlər. Lakin Gədəbəy Rayon Notariat Ofisində cavabdeh valideyinlərindən qalmış miras əmlakın vəsiyyətnamə üzrə bölünməsinə etiraz edərək, mübahisə yaratmışdır. İddiaçının valideyinləri tərəfindən 1950-ci ildə tikilmiş yaşayış evinə məlum olmayan səbəblərdən cavabdehin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yəni, cavabdeh valideyinlərinə məxsus yaşayış evini sənədləri saxtalaşdırma və ya digər qeyri-qanunu yolla tam mülkiyyətinə keçirmişdir. Bununla da digər vərəsələrin miras əmlakda olan pay hüququnu pozmuşdur. Bu səbəbdən ev də vərəsələr arasında məhkəmə qaydasında bölünməlidir.Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X56 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, atası X8 rayonunda yerləşən meşəçilik texnikumunu bitirərək, Bərdə rayonuna meşəbəyi kimi təyinat almışdır və o, gənc yaşında, yəni, 1950-ci ildə keçmiş Əli- İsmayıl, indiki Alnabat kəndində ev tikdirə bilməzdi. O, Alnabat kəndində doğulmuşdur. Atası X4 rayonunun, Novo-İvanovka kəndinə meşəbəyi vəzifəsinə təyin olunmuş və ailəsi ilə Novoivanovka kəndinə köçmüşdür. X3 iki övladı X43, X40, üç qızı X44, X49 və X1 doğulmuşlar. Atasının səkkiz övladı bu kənddə rus dilində təhsil alıb, böyümüşlər Yəni, onların Alnabat kəndi ilə o qədər də əlaqəsi olmamışdır. Alnabat kəndindəki mübahisə predmetinə çevrilmiş ev və həyətyanı torpaqların əsil sahibi atasının atası X6 olmuşdur. X2 tərəfindən tikilmişdir. Allahverdiyev Məhəmmədəli bir nəvə kimi onu yanında saxlamış və xalası qızı X51 ilə evləndirmişdir. Babasına yaxşı baxdığına görə o, evi və həyətyanı torpaqları onun adına sənədləşdirmişdir. Həmin ev və həyətyanı torpaq sahələrinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin11 saylı Şəmkir Ərazi İdarəsində mülkiyyət hüququ qeydə alınmışdır. X12 evi və torpaqları Novoivanovka kəndində yerləşir. Alnabat kəndində yerləşən ev və həyətyanı torpaq sahələrinin qanuni mülkiyyətçisi o, olduğu halda, atası razılığı olmadan gizli olaraq, onun evinə qeydiyyata düşmüşdür. Atasının evi və həyətyanı torpaqları, o cümlədən, pay torpaqları Novoivanovka kəndindədir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən evə Cavabdeh, evin yerləşdiyi 0.3366 ha torpaq sahəsinə Cavabdeh, X51, X45, X46, X27 və X12 ümumi birgə mülkiyyət hüquqları 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən 0.0507 ha torpaq sahəsinə Cavabdeh, X51, X45, X46, X27 və X12 ümumi birgə mülkiyyət hüquqları 02 avqust 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan X15 surətindən görünür ki, X52 və X21 03 may 1954-cü ildə nikah bağlamışlar. İşdə olan X29 surətindən görünür ki, X19 16 iyul 2012-ci il tarixdə ölmüşdür. İşdə olan X29 surətindən görünür ki, X27 23 oktyabr 2021-ci il tarixdə ölmüşdür. İşdə olan X24 surətindən görünür ki, X44 xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. Onun atası X33, anası X17r. İşdə olan X25 surətindən görünür ki, X22 və X44 15 aprel 1990-cı il tarixdə nikah bağlamış, arvad İsmayılıva soyadını götürmüşdür. İşdə olan Vəsiyyətnamənin surətindən görünür ki, X27 bütün əmlakını İddiaçı vəsiyyət etmiş, digər vərəsələri mirasda paydan məhrum etmişdir. İşdə olan Ərizələrdən görünür ki, X22, X55, X42, X41, X40, X35 miras əmlak payından İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin valideynləri X19 16 iyul 2012-ci il tarixdə, anası X27 23 oktyabr 2021-ci il tarixdə ölmüşlər. Hər iki tərəf valideynlərinin Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan torpaq sahələrindəki paylarını miras kimi qəbul etmişlər və valideynlərindən miras qalmış əmlakda payları vardır. Tərəflərin miras qalmış əmlakda payları müəyyən edilərkən nəzərə alınmalıdır ki, X11 miras qalmış əmlaka qanun üzrə, X13 miras qalmış əmlaka isə vəsiyyət üzrə iddiaçının vərəsəlik hüququ yaranmışdır. Paylar müəyyən edilərkən digər vərəsələin mirası qəbul etmədikləri, mirasda paylarından imtina etdikləri də nəzərə alınmalıdır. Məhkəmə qərar çıxararkən o halı da nəzərə alır ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yəni, iddiaçının cavabdehin daşınmaz əmlakın reyesrindəki qeydiyyatdan Çıxarışda qeyd edilmiş hüququnun mübahisələndirməsi və onun mülkiyyətində olan əmlakın mirasqoyanların miras aktivinə daxil edilərək, payların müəyyən edillməsi haqqında tələbi təmin edilməməlidir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, İddiaçı X10ndan miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınmalı və onun həmin paylarda ½ hissədə, anası X13 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahəslərindəki paylarına vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ tanınmalı və cavabdehin məcburi pay hüququnun olması nəzərə alınmaqla, onun həmin paylarda 8/7 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı X10ndan miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınsın və onun həmin paylarda ½ hissədə, anası X13 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahəslərindəki paylarına vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ tanınsın və Cavabdeh məcburi pay hüququnun olması nəzərə alınmaqla, həmin paylarda 8/7 hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar