Məhkəmə qərarları › İş №2(042)-56/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-56/2024

03.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-56/2024 03.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, İddiaçı2, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı vərəsəlik paylarının müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddiaçı Cavabdeh1 qarşılıqlı cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı miras qalmış əmlaka vərəsə tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum qardaşları X6 miras qalmış Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq İddiaçı1 ½ hissə, İddiaçı2 ½ hissə payının müəyyən edilməsi və həmin mirasın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum əmisi X9 miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi tələbləri barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçıların atası X28 ailə qurduğu X23 bir övladı, X13 isə yeddi övladı, cəmi, səkkiz övladı olmuşdur: 1. İddiaçı1 (anası X41); 2. İddiaçı2; 3. X24;

4. X42; 5. X32; 6. Qurbanova (Mamedova) Kimya Məmmədəli qızı; 7. X29; 8. X19. İddiaçı1 anası X41 1933-cü ildə, X43 xx.xx.1972-ci ildə, X30 isə xx.xx.1997-ci ildə vəfat etmişlər. Eləcə də qardaş-bacılardan X24 xx.xx.2000-ci ildə, X42 xx.xx.2004-cü ildə, X32 xx.xx.2000-ci ildə, Qurbanova (Mamedova) Kimya Məmmədəli qızı xx.xx.2006-cı ildə, X29 xx.xx.1995-ci ildə, X19 isə xx.xx.2022-ci ildə vəfat etmişlər. X7 Gədəbəy rayonu, Söyüdlü kəndində 0.25 ha torpaq sahəsi olmuş, o, 1937-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. İddiaçıların valideynlərinin ölümündən sonra həmin torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X8 mülkiyyətinə verilmişdir. Bu barədə X8 adına JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 adına qeyd edilmişdir. Evin mövcudluğu barədə Gədəbəy rayon Dövlət Arxivi və Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən müvafiq arayışlar verilmişdir. Həmin evdən başqa 0.25 ha torpaq sahəsində daha üç ədəd ev vardır. Beləliklə, X6 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Belə ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair X8 adına JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə vardır. Eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mövcudluğu və X8 adına qeydə alınması Gədəbəy Rayon Dövlət Arxivi və Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Həmin əmlakı X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Ona görə də Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi iddiaçıların qardaşları X6 qalmış miras kütləsinə daxildir. X3 ölümündən sonra ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq iddiaçılar qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişlər. İddiaçılar X8 vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmişlər. Lakin mərhum X20 övladı Cavabdeh1 və sonuncunun oğlu Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Hesab edir ki, hazırki cavabdehlər Cavabdeh1, eləcə onun oğlu Cavabdeh2 X6 qalmış miras əmlaka münasibətdə ikinci növbə vərəsəliyi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddəsinə əsasən ikinci növbədə-ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Göründüyü kimi, miras qoyan X8 iki vərəsəsi, yəni iddiaçılar sağ olduğu üçün miras qoyanın digər qardaş-bacılarının uşaqları və onların uşaqlarının vərəsəliyi istisna olunur. Belə olan halda hazırki cavabdehlər Cavabdeh1 və onun övladı Cavabdeh2 X6 miras qalmış əmlaka vərəsə ola bilməz. Həmçinin, hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Ona görə ki, iddiaçılar sağ olduğundan Cavabdeh1 vərəsəliyi istisna olunur. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı idida tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İlkin iddia tələbi üzrə İddiaçı2 eyniməzmunlu izahat verərək, iddia tələblərinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarıılmasını xahiş etmişdir. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə baxış iclasında ona qarşı olan iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdaifə etmiş, izahat verərək bildirmişdir ki, mərhum əmisi X19 xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan miras əmlakı mərhum atası Təhməzin qanuni vərəsəsi olaraq o rəsmi qaydada qəbul etmiş və faktiki olaraq həmin əmlakı idarə etmişdir. Belə ki, mərhum əmisi Sədrəddin evli olmadığı və uşaqları olmadığı üçün onun oğlu, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 faktiki olaraq övladlığa götürmüş və vəfat edən günə kimi onlarla bir ailədə yaşamışdır. X8 vəfatından sonra da o və ailə üzvləri miras mülkdə yaşamış və mərhum atasına münasibətdə, mərhum atasının qanun üzrə birinci növbə vərəsəsi olaraq həmin mülkdə yaşamaqla, notariat kontora rəsmi ərizə verməklə mirası rəsmi olaraq qəbul etmişdir. Onun həm atası, həm də anası vəfat etmişdir. Mərhum əmisinin vəfatından sonra miras əmlakı idarə edir, kommunal xidmət haqlarını ödəyir və miras torpaq sahəsini əkib-becərir. İddiaçılar isə heç vaxt mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etmədikləri üçün hesab edir ki, onlara miras əmlakdan heç bir pay müəyyən olunmamalıdır. Çünki İddiaçı1 ümumiyyətlə, Azərbaycan Respublikasına bir müddət əvvəl gəlib. Hətta İddiaçı1 mərhum Sədrəddinin yas mərasimlərində və dəfnində iştirak etməyib. Digər iddiaçı Asya da mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etmədiyindən onlar mərhum X4 miras qalmış əmlaka vərəsə tanına bilməzlər. X4 Gədəbəy rayonunun Söyüdlü kəndində miras əmlak olaraq 0.25 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Hesab edir ki, həmin torpaq sahəsinə o, qanun üzrə vərəsə tanınmalıdır. Çünki mirası rəsmi olaraq qəbul etmiş və idarə etmiş, eyni zamanda mərhumun bütün dəfn xərclərini o çəkmişdir. Odur ki, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X16 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır. İddiaçı2 onun anasıdır. X5 vəfat etdikdən sonra Cavabdeh1 və onun ailə üzvləri anasını və digər dayısı İddiaçı1 Məmmədli oğlunu Sədrəddinin yaşadığı ev və torpaq sahəsindən istifadə etməyə, bununla da Sədrəddindən miras qalmış əmlakı idarə etməyə imkan verməmişlər. Halbuki, iddiaçılar X10 qanun üzrə vərəsələridir və Sədrəddindən qalmış miras əmlakı qəbul etmişlər. X17 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayır, Cavabdeh1 və onun ailə üzvləri ilə qonşudur. X2 ona Vüsal və onun ailə üzvləri baxıb qulluq etmişdir. Sədrəddinin ölümüdnədn sonra da onun dəfnini Vüsal təşkil etmişdir. Sədrəddinin əmlakını hazırda Vüsal və Röyal idarə edir, torpaq sahəsini onlar əkib-becərir. X34 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, qəbir daşları düzəltməklə məşğul olur. X14 qəbir daşını o, düzəltmişdir. Qəbir daşının düzəldilməsi üçün sifarişi Cavabdeh1 vermiş və pulunu da o, ödəmişdir. X12, X44 və X58 məhkəmə iclasında X17 ilə eyniməzmunlu ifadələr verdilər. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1933-cü il tarixdə anadan olmuş, hazırda Abşeron rayounu, Novxanı bağ sahəsi ünvanında qeydiyyatdadır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1939-cu il tarixdə anadan olmuşdur və hazırda Gədəbəy rayonu, Söyüdlü kəndində qeydiyyatdadır. İşdə olan 180 nömrəli doğum haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.1933-cü il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X41 qeyd edilmişdir. İşdə olan İ-İE 589191 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Mamedova (Məmmədova) Asya Məmmədəli qızı xx.xx.1939-cu il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 441 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin Söyüdlü kənd soveti üzrə 1935-1938-ci illərə dair doğum aktının qeydiyyatı kitabında mərhum X21 21 avqust 1937-ci ildə anadan olması qeyd edilmişdir. İşdə olan 161 nömrəli doğum haqqında arayışdan görünür ki, X26 xx.xx.1952-ci il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan 163 nömrəli doğum haqqında arayışdan görünür ki, X38 xx.xx.1946-cı il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan 180 nömrəli doğum haqqında arayışdan görünür ki, X45 xx.xx.1943-cü il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan 181 nömrəli doğum haqqında arayışdan görünür ki, X24 xx.xx.1931-ci il tarixdə anadan olmuş, atası qrafasında X43, anası qrafasında X30 qeyd edilmişdir. İşdə olan İİ-JQ 396276 nömrəli ölüm haqqında arayışdan görünür ki, X43 xx.xx.1972-ci il tarixdə ölmüşdür. İşdə olan JQ-266229 nömrəli ölüm haqqında arayışdan görünür ki, X30 xx.xx.1997-ci il tarixdə ölümşdür. İşdə olan İV-JQ № 464320 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 217921 nömrəli ölüm haqqında arayışdan görünür ki, X26 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AZ 064425 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan AZ 051716 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva (Məmmədova) Sitarə Məmmədəli qızı xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 129038 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X8 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 49/1 nömrəli arxiv arayışından göürnür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan 1960-1962-ci illərə dair 3 nömrəli təsərrüfatbaşına kitabın 188-ci şəxsi hesabında qeydiyyatda olmaqla X7 adına təsərrüfat qeyd edilmiş, torpaq qrafasında 0.25 torpaq sahəsi və tikili qrafasında 1937-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 774 nömrəli arayışdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 49/1 nömrəli arxiv arayışına əsasən 1937-ci ildə inşa edilmiş ev hal-hazırda Söyüdlü kəndində mövcuddur və mərhum X14 adınadır. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubların təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdən Gədəbəy rayonu, Söyüdlü kəndində X14 evinə qeydiyyata alınmışdır və həmin ünvanda yaşayır. İşdə olan AZ 318284 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X38 xx.xx.1973-ci il tarixdə Məmmədova (Qurbanova) Nasxanım Popur qızı ilə nikaha daxil olmuşdur. İşdə olan İV-JQ 481187 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.1977-ci il tarixdə anadan olmuş, atası qrafasında X38, anası qrafasında X46 qeyd edilmişdir. İşdə olan AZ-İ 839558 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X47 xx.xx.2017-ci il tarixdə ölmüdşür. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 231 nömrəli, xx.xx.2023-cü il tarixli, 528 və 529 nömrəli məktublardan göürnür ki, X9 qalmış mirasın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.2-ci maddələrinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. ... Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. ... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarda göstərilmişdir ki, digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçıların qardaşı X26 10.2022-ci il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Söyüdlü kəndində X8 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmiş, JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də X11 məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evi Gədəbəy RİHB-nın Söyüdlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 774 nömrəli arayışa əsasən X8 adınadır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X11 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi barəsində X8 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X31rşı” iş üzrə qərarlarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir”. Yəni, X8 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlak X8 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxildir. Qanun üzrə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyan evlənməmişdir. Onun birinci növbə qanun üzrə vərəsə ola biləcək valideynləri vəfat etmişdir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən, miras qoyanın bacıları və qardaşları onun ikinci növbə qanun üzrə vərəsəsidir. Miras qoyanın hazərda iddiaçılar olan bir bacısı və bir qardaşı sağdır. Eləcə də iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 miras qoyanın mərhum qardaşı X22 övladıdır. Təhməz Məmmədov xx.xx.1995-ci il tarixdə ölmüşdür. X15 qalmış miras onun ölümü ilə, yəni xx.xx.2022-ci il tarixdə açılmışdır. Həmin vaxt Təhməz Məmmədov sağ olmamışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 1159.2-ci maddəsinin tələbləri baxımından hesab edir ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək qardaşı X18 olmadığından onun oğlu Cavabdeh1 ikinci növbə qanun üzrə vərəsə sayılır və atasına çatası miras payını almalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin qüvvədən düşmüş hesab edilməsinə və həmin qərarda qeyd edilmiş hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, miras qoyanın sağ olan bacısı və qardaşı (iddiaçılar) və qardaşı uşağı (Cavabdeh1) miras qalmış əmlaka ikinci növbə qanun üzrə vərəsə sayılırlar və onların hər biri mirasdan bərabər pay almalıdırlar. Ona görə də ilkin iddia tələbi qismən təmin edilməli, X9 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissə payı müəyyən edilməli və mirasın həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ əsasında onlar tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, X9 miras qalmış, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən, JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın 1/3 hissəsinə iddiaçı Cavabdeh1 qanun üzrə vərəs tanınmalı və mirasın həmin hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. X9 miras qalmış, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissə payı müəyyən edilsin və mirasın həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ əsasında onlar tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İlk idida tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. X9 miras qalmış, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən, JN-373D KOD 50500048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın əmlakın 1/3 hissəsinə Cavabdeh1 qanun üzrə vərəs tanınsın və mirasın həmin hissədə qanun üzrə vərəsəlik hüququ əsasında onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qarşılqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 və İddiaçı2, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar