Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-564/2023 03.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlu, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon 1 Saylı Notariat Ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında reyestr çıxarışının ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon 1 Saylı Notariat Ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında reyestr çıxarışının ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak” tələblərinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, iddia ərizəsindən görünür ki, bağışlanma müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında reyestr çıxarışının ləğv olunması ilə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi,əmlak tələbləri bir-birilə əlaqədar deyildir. Azərbaycan Respublikası MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir Rayon 1 Saylı Notariat Ofisinə qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında reyestr çıxarışının ləğv olunması, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və əmlak” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rüsumun geri qaytarılması hissəsində icra edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-564/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-564/2023
03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver