Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-566/2021 03.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş JN-165A KOD 50518018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “Ərizəçi” oğluna məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy rayon X12 31 oktyabr 1997- ci il tarixli 11 saylı qərarı əsasında JN-165A KOD 50518018-saylı Torpağın Mülküyyətə verilməsinə dair şəhadətnamə əsasında 0,25 ha həyətyanı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sənədində texniki səhvliyə yol verilmişdir. Verilmiş Mülkiyyət Şəhadətnaməsində onun adı “Hümbət” kimi qeyd etmişlər. Lakin onun bütün sənədlərdə adı “Hamlet” kimi qeyd edilmişdir. Onlar sənədlərini DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsələr də bu mümkün olmamışdır. Bildirmişlər ki, Gədəbəy rayon X12 31 oktyabr 1997ci il tarixli 11 saylı qərarı əsasında JN- 165A KOD 50518018-saylı Torpağın Mülkiyyətə verilmiş şəhadətnamədə olan texniki səhvlik neçəki aradan qaldırılmayıb ona çıxarışın verilməsi mümkün hesab edilə bilməz. Odur ki, sənəddə olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mülkiyyət şəhadətnaməsində olan texniki səhvliyin aradan qaldırılmaqla adı “Hamlet” kimi qeyd edilməsinə dair hüququ faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuş, onun adı qrafasında Hamlet qeyd edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli, 88 saylı arayışdan görünür ki, Ərizəçi Gədəbəy RİH başçısının Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyin 03№-li təsərrüfatbaşına kitaba əsasən Gədəbəy rayonu, Qaraməmmədli kəndində yaşayır. İşdə olan X10 görünür ki, vətəndaş X6 05.01.2021-ci ildə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuş, atası qrafasında X8, anası qrafasında X13 qeyd edilmişdir. İşdə olan JN-165A Kod50518018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair şəhadətnamədən görünür ki, Gədəbəy rayonu Qaraməmmədli kənd sakini X1, X4, X9, X2, X3 və X5 Gədəbəy rayon X12 31 oktyabr 1997-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş 0.25 ha sahə ölçülü fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Gədəbəy rayonu, Qaraməmmədli kəndində doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş JN-165A saylı KOD 50518018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 0.25 ha kənd fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-165A saylı KOD 50518018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun adı “Hümbət” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “Hamlet” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət Aktındakı “X7” adında “Hümbət” yazılışının texniki səhv olması müəyyən edilərək həmin aktda düzəliş aparılmalı və müvafiq olaraq “Hamlet” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi dövlət aktında olan “X7” ilə eyni şəxsdir. Ərizəçi adının sözügedən dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş JN-165A saylı KOD 50518018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X7” yazılan hissədə Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş JN-165A saylı KOD 50518018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X7” yazılan hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-566/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-566/2021
03.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver