Məhkəmə qərarları › İş №2(042)-570/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-570/2023

29.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-570/2023 29.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun vəkili X5 və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Şəmkir 1 saylı Notariat Ofisi, üçüncü şəxslər X8 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, Çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakda payının müəyyən edilməsi, əmlak və ya dəyəri, borc, maddi zərər və məhkəmə xərcləri tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh, Şəmkir 1 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Cavabdeh ilə arasında Şəmkir Rayon 1 saylı Notariat Ofisində bağlanmış 15 iyul 2022-ci il tarixli 4Ə-787 reystr saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında cävabdeh Cavabdeh adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş 21 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, Cavabdeh ilə birgə nikah müddətində əldə edilmiş VAZ-21074 markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomaşının və Şəmkir şəhəri, F.Hüseynov küçəsi, 12 saylı binada yerləşən 43 saylı mənziln 2/3 hissəsinə payının müəyyən olunması, 7200 (yeddi min iki yüz) manat dəyərində qızıl ziynət əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin Cavabdeh alınıb ona verilməsi, 4000 (dörd min) manat pulun Cavabdeh alınıb ona verilməsi, 5300 manat kredit məbləğinin ½ hissəsinin Cavabdeh alınıb ona verilməsi, 688 (altı yüz səksən səkkiz) manat maddi zərərin (bura daxildir 500 manat hüquqi yardıma görə qanorar, 50 manat mediasiya xərci, 17 manat 25 qəpik etibarnaməyə görə ödənilmiş rüsum, 9 manat notariat xərci, 91 manat dövlət rüsumu və sair) Cavabdehdan alınıb ona verilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əlavə ərizə verərək, X3 üçüncü şəxs qismində işə cəlb edilməsini və eyni zamanda Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasını, Cavabdeh və X8 arasında Şəmkir Rayon 1 saylı Notariat Ofisində 14 mart 2023-cü il tarixdə qeydə alınmış 4Ə-342 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X3 adına tərtib olunmuş 12 aprel 2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Cavabdeh ilə 2011-ci ilin sentyabr ayının 4-də faktiki ailə qurmuş,nikahlarını 24 yanvar 2012-ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Münasibətləri hər zaman yaxşı olmuşdur. Hazırda da bir ailədə bir evdə yaşaylar. Lakin cavabdeh onu aldadıb, onu öldürməklə hədələyərək mülkiyyət hüququ qeydə alınmış, Şəmkir şəhəri, F.Hüseynov küçəsi, 12 saylı binanın 43 saylı mənzillə əlaqədar bağışlama müqaviləsi bağlamağa məcbur etmişdir. Həmin bağışlama müqaviləsi Şəmkir Rayon 1 saylı Notariat Ofisində 15 iyul 2022-cı il tarixdə qeydə alınmışdır. Həmin bağışlama müqaviləsi əsasında Cavabdeh evə mülkiyyət hüququ 21 iyul 2022-ci il tarixdə qeydə alınmış və müvafiq Çıxarış verilmişdir. Bağışlama müqaviləsini cavabdehin qısqanclıq zəminində ona hədə-qorxu gəlməsi, həyatı üçün təhlükə hiss etdiyi səbəbdən bağlamışdır. Ona görə də həmin müqavilə və ondan sonra Cavabdeh anası olan üçüncü şəxslə bağladığı bağışlama müqaviləsi etibarsız hesab edilməli və bu müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilmiş qeydiyyatlar ləğv edilməlidirlər. Bundan başqa cavabdehlə birgə nikah müddətində VAZ 1074 markalı ** ME *** qeydiyyat nişanlı avtomaşın əldə etmişlər. Həmin avtomaşın mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınıb. Hesab edir ki, həmin avtomaşının 2/3 hissəsinə onun mülkiyyət hüququ tanınmalıdır.Çünki o, işləyir, evə əməkhaqqı gətirir və uşaqlar onun himayəsində yaşayırlar. Həmçinin Cavabdeh ona məxsus qızıl -ziynət əşyalarını, yəni, ümumi dəyəri 7200 manat olan, 4000 manat dəyərində brilyantgaşlı sırğaüzük dəsti, gül formalı, 583 əyarlı, 18 qram çəkidə, Rusiya istehsalı; 2000 manat dəyərində moruq formalı qızıl qolbaq 583 əyarlı, 25 qram çəkidə; 1200 manat dəyərində bır cüt qızıl sırğa, üzük dəsti, sadə, qaşsız, 583 əyarlı 15 qram çəkidə Rusiya istehsalı, onun iradəsinin ziddinə olaraq ondan almış və satmışdır. Bundan başqa cavabdehin təkidi ilə anasından 4000 manat borc alıb, Cavabdeh vermişdir. Cavabdeh həmin 4000 manatı Şəmkir Bələdiyyəsindən aldıqları həyətyanı torpaq sahəsində birgə nikah müddətində inşa etdikləri fərdi yaşayış evinin tikintisinə sərf etmişdir. Ev yaşayış üçün tam yararlıdır. Hazırda da cavabdeh və uşaqlarla həmin evdə yaşayırlar. Uşaqlara və ona məxsus bütün əşyalar həmin evdədir. Kommunal xidməthaqları cavabdehin adından ödənilir. Eyni zamanda işlədiyi üçün cavabdehin təkidi ilə öz adına 5300 manat kredit götürmüşdür. Hesab edir ki, cavabdeh həmin kreditin ½ hissəsini ödəməlidir. Həmin kreditin aylıq ödənişlərini Şəmkir şəhərində yerləşən birgə nikah dövründə əldə etdikləri və hazırda kirayə verdikləri evin kirayəhaqqısı hesabına ödəyirlər. Eyni zamanda hesab edir ki, Cavabdeh ona vurduğu maddi ziyanı ödməlidir. Belə ki, cavabdeh onunla birgə nikah müddətində əldə etmiş olduğu əmlakı könüllü olaraq, bölsəydi, onun qızıl-ziynət əşyalarını, anasından alıb ona vermiş olduğu borc pulu, onun adına götürdüyü krediti vaxtında ödəsəydi, o, vəkil xidmətindən istifadə etməzdi, notariat xərcləri, mediasiya və dövlət rüsumu ödəməzdi. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Vəkil eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələblərinə qismən etiraz etmiş, izahat verərək, bildirmişdir ki, İddiaçı ilə əvvəlcə ailə qurmuş, 2012-ci ildə nikahı bağlamışdır. Ailə münaisbətlərindən üç övladları olmuşdur. Hazırda münasibətləri pozulmuşdur. Lakin iddiaçı ilə birlikdə hazırda Şəmkir rayonu, “Kraz yolu” adlanan ərazidə valideynlərinə məxsus sənədsiz evdə yaşayırlar. İddiaçı Şəmkir şəhəri, F.Hüseynov küçəsi, bina 12-də yerləşən 43 nomrəli mənzilə dair 15 iyul 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini istəyir. İddiaçı ilə ailə qurduqdan 1 il sonra işləmək üçün Rusiya Federasiyasına getmiş, Rusiyada olarkən Afət ona məxsus olan pul vəsaiti ilə Şəmkir şəhərində həmin evi almışdır. 2021-ci ildə o, Rusiyadan Azərbaycana gəlmiş, iddiaçının əxlaqsızlıqla məşğul olmasını aşkar etmişdir. Bundan sonra ayrılmaq qərarına gəlmiş, lakin əvvəlcə evi öz adına sənədləşdirmək qərarına gəlmişdir. O, Afətə təklif etmişdri ki, evi ona bağışlasın. O da razı olmuş, Şəmkir şəhəri, F.Hüseynov küçəsi, bina 12-də yerləşən 436 nömrəli mənzili ona bağışlamışdır. Həmin bağışlama müqaviləsini imzalayarkən iddiaçıya heç bir təzyıq olmamış, müqaviləni hədə-qorxu altında bağlamamışdır. Ona görə də həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Sonra da o, evi anası X6 bağışlamışdır. X16 mülkiyyətində olduğu üçün evə iddiaçının payı da müəyyənləşdirilə bilməz. “VAZ 21074” markalı **-ME-*** qeydiyyat nömrə nişanlı avtomaşına isə iddiaçının ½ hissədə payının müəyyən edilməsinə etiraz etmir. Bundan başqa, iddiaçının həqiqətən qızıl əşyaları olmuşdur ki, həmin qızıllar da məhz elə iddiaçı ilə birgə yaşadıqları dörvdə iddiaçının öz razılığı ilə 1620 manata satılmış, ailə ehtiyacları üçün xərclənmişdir. Bundan başqa, iddiaçının 4000 manat pul tələbi də əsassızdır. İddiaçının özünün razılığı ilə anasının ona cehiz mebel almaq üçün verdiyi həmin pul evin tikintisinə xərclənmişdir. Bundan başqa, 5300 manat kreditin ödənişlərini də özü etmişdir. Hazırda isə aylıq ödənişlər Şəmkir şəhərindəki evin kirayəhaqqı ilə ödənilir. Yəni, iddiaçının yalnız bir tələbi qismən təmin edilməli, digərləri təmin edilməməlidir. Ona görə də maddi ziyan kimi tələb etdiyi məhkəmə xərclərinin alınıb ona verilməsi tələbi də təmin edilməməlidir. Məhkəmə baxışı iclasında üçüncü şəxs X8 bağışlama müqavilələrinin etibarsız hesab edilməsi haqqında tələbə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçı könüllü olaraq, Şəmkir şəhərindəki evi Cavabdeh bağışlamış, Cavabdeh isə ona bağışlamışdır. Həmin ev Cavabdehla onun birgə vəsaiti hesabına əldə edilmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsini xahiş edir. Cavabdeh Şəmkir 1 saylı Notariat Ofisinə, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iclasda iştirak etməyən cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışı iclasında şahid kimi dindirilmiş X15 ifadə verərək, bildirmişdir ki, Şəmkir Rayon 1 saylı Notariat Ofisində işləyir. İş üzrə tərəflər bağışlama müqaviləsi bağlanmaq üçün birinci dəfə notariat ofisinə gəlmiş, onlara bağışlama müqaviləsinin hüquqi nəticələri izah edilmiş, bundan sonra İddiaçı müqavilə bağlamaqdan imtina etmişdir. Bundan bir müddən sonra, yəni, 15 iyul 2022-ci il tarixdə onlar yenidən bağışlama müqaviləsi bağlamağa gəlmiş, onlara yenidən izahlar verilmiş və tərəflər etiraz etmədiklərinə görə bağışlama müqaviləsi notarius tərəfndən təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid kimi dindirilmiş X1 ifadə verərək, bildirmişdir ki, iddiaçının qohumudur. İddiaçı ona demişdir ki, əri Cavabdeh onun qızıllarını satmışdır. Tərəflər arasında münasibətlər pozulduqdan sonra dəfələrlə onlara öyüd-nəsihət verib ki, barışsınlar. Məhkəmə baxışı iclasında şahid kimi dindirilmiş X9 ifadə verərək, bildirmişdir ki, iddiaçını əvvəllər tanıyıb. İddiaçı onunla telefon söhbəti zamanı deyib ki, əri Cavabdeh onun qızıllarını satıb. Məhkəmə baxışı iclasında şahid kimi dindirilmiş X10 ifadə verərək, bildirmişdir ki, iddiaçının anasıdır. Barəsində mübahisə edilən evi Afət almış, öz adına sənədləşdirmişdir. Cavabdeh ev alınanda Rusiyada olub. Cavabdeh özü Afətə deyib ki, ev almasını onun ata-anasına deməsin. Sonradan Afət evi Cavabdeh bağışlamışdır. O, səbəbini soruşmuş, Afət demişdir ki, Vüsal ona təzyiq göstərmiş, hədə-qorxu gəlmişdir.O, Afətə cehiz almaq üçün 4000 manat saxlamışdır. Lakin Afətin xahişi ilə cehiz əvəzi pulu ona vermişdir. Afətin qızıllarını da Vüsal satmışdır. Afətin götürdüyü krediti isə bildiyinə görə evin tikintisinə xarcləyiblər. Kredit Şəmkirdəki evin kirayəhaqqı ilə ödənilir. İşdə olan X4 surətindən görünür ki, Cavabdeh və İddiaçı 24 yanvar 2012-ci il tarixdə nikah bağlamışlar. İşdə olna X2 surtələrindən görünür ki, tərəflərin birgə nikahından 18 avqust 2012-ci il tarixdə X11, 17 iyul 2015-ci il tarixdə X12 və 15 noyabr 2022-ci il tarixdə X13 doğulmuşlar. İşdə olan Çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12 ünvanında yerləşən 43 saylı mənzilə 27 fevral 2014-cü il tarixdə İddiaçı mülkiyyət hüququ alınmışdır. İşdə olan 15 iyul 2022-ci il tarixdə bağlanılmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. İşdə olan 14 mart 2023-cü il tarixdə bağlanılmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzili X6 bağışlamışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsi, ev 12 ünvanında yerləşən 43 saylı mənzilə 12 aprel 20123-cü il tarixdə X3 mülkiyyət hüququ alınmışdır. İşdə olan portaldan Çıxarışdan görünür ki, 12 fevral 2022-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Vaz 21074 markalı avyomobili əldə etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini və işdə olan sənədləri təhqiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1 və 668.1.1-ci maddələrinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər 2012-ci ildə nikah bağlamışlar. Birgə nikah dövründə Şəmkir şəhəri, Füzuli Hüseynov küçəsində mənzil və nəqliyyat vasitəsi əldə etmişlər. İddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra, özünün də etiraf etdiyi kimi, iddiaçını əldə edilmiş əmlaka hər hansı bir hüquqdan məhrum etmək məqsədilə, Cavabdeh zorakılıq və ya hədələmə yolu ilə iddiaçını bağışlama müqaviləsi bağlamağa məcbur etmişdir. Ona görə də iddiaçı və Cavabdeh arasında 15 iyul 2022-ci il tarixdə bağlanılmış bağışlama müqaviləsi etibarsız hesab edilməli və müqavilənin hüquqi nəticələri kim daşınmaz əmlakın dövlət reyestrində olan qeydlər ləğv edilməldir. Məhkəmə bu zaman o halı da nəzərə alır ki, Cavabdehla onun anası olan üçüncü şəxs Sənubər Məmmədova arasında 14 mart 2023-cü il tarixdə bağlanılmış bağışlama müqaviləsi də ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilədir. Bundan başqa, iddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri və ümumi mülkiyyətdə olan nəqliyyat vasitəsinə və mənzilə iddiaçının ½ hissədə payı müəyyən edilməlidir. Payları müəyyən edərkən məhkəmə nəzərə alır ki, tərəflər hazırda bir evdə yaşayırlar və uşaqların saxlanılması xərclərini birlikdə çəkirlər. Digər tələblər üzrə iddiaçı tələblərinin əsasları kimi istinad etdiyi faktiki halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Ona görə də iddia tələbləri qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh Akif oğlu arasında 15 iyul 2022-ci il tarixdə və Cavabdeh ilə X8 arasında 14 mart 2023-cü il tarixdə bağlanılmış bağışlama müqavilələri etibarsız hesab edilməli, həmin müqavilələr əsasında Cavabdeh və X3 DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində mülkiyyət hüquqlarının qeydləri və tərtib olunmuş Çıxarışılar ləğv edilməli, İddiaçı birgə nikah müddətində əldə edilmiş VAZ-21074 markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomaşına və Şəmkir şəhəri, F.Hüseynov küçəsi, 12 saylı binada yerləşən 43 saylı mənzilə ½ hissədə payı müəyyən edilməlidir. İddia tələbləri qismən təmin edildiyi üçün Cavabdeh cəmi, 70 manat məhkəmə xərci alınaraq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 15 iyul 2022-ci il tarixdə və Cavabdeh ilə X8 arasında 14 mart 2023-cü il tarixdə bağlanılmış bağışlama müqavilələri etibarsız hesab edilsinlər, həmin müqavilələr əsasında Cavabdeh və X3 DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində mülkiyyət hüquqlarının qeydləri və müvafiq Çıxarışılar ləğv edilsinlər. İddiaçı birgə nikah müddətində əldə edilmiş VAZ-21074 markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomaşına və Şəmkir şəhəri, F.Hüseynov küçəsi, 12 saylı binada yerləşən 43 saylı mənzilə ½ hissədə payı müəyyən edilsin. Cavabdeh cəmi, 70 manat məhkəmə xərcinin əvəzi alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar