Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-570/2024 05.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə Gədəbəy rayonunda anadan olmuş, hazırda Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun oğludur. Oğlu anadan gəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir, öz hərəkətlərinin mənasını anlamır, həmçinin hərəkətlərini idarə edə bilmir. X8 birinci dərəcəli əlildir. Ona “Serebral iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, hiperkinezlərlə. Hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkət funksiyasının pozulması” diaqnozu verilmişdir. O, özünün yemək-içmək işlərini bacarmır, paltarlarını soyunub-geyinə bilmir. Bir sözlə, özünə aid olan işləri görə bilmir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. X2 bütün işlərini o həll edir. Bunu yaxın qonşular da təsdiq edə bilərlər. X8 TƏBİB Gədəbəy rayon X1 şöbəsində ruhi-əsəb xəstəlikləri qeydiyyatında durur. Ona görə də X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası qrafasında X3, anası qrafasında Hüseynova (Məmmədova) Kamalə Əli qızı qeyd edilmişdir. İşdə olan müayinə vərəqindən görünür ki, X6 “Serebral iflic, keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, hiperkinezlərlə. Hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsiz olması qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquq şəxsi X10 Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 567 nömrəli rəydən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X8 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10cu baxış) F72.1” xəstəliyindən əziyyət çəkir və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X8, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10cu baxış) F72.1” xəstəliyindən əziyyət çəkir. Öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2005-ci il təvəllüdlü Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü Gədəbəy rayonu, Slavyanka kəndində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-570/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-570/2024
05.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver