Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-577/2022 21.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında keçmiş DT və XK tərəfindən tərtib edilmiş A № 143541 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X5” yazılan hissədə mərhum X2na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, xx.xx.1964-cii ildə Gədəbəy rayonunda anadan olmuşdur. Hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. X2, anası X9 olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə X2na Gədəbəy rayonu, Qarıkənd kəndində 2497.54 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu barədə DT və XK tərəfindən A № 143541 saylı “Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmişdir. X2 xx.xx.2012-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra o atasından miras qalmış əmlakı adıma sənədləşdirmək istəyir. Bununla bağlı sənədlərini toplayan zaman məlum olmuşdur ki, həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində atasının soyadı səhvən “Sarıyeva" kimi yazılmışdır. Buna baxmayaraq atamın soyadı Sarıyevdir. Atasının ölüm haqqında şəhadətnaməsində də soyadı Sarıyev kimi yazılmışdır. Hazırda atasının şəxsiyyətini təsdiq edən sənəddə olan soyadı (Sarıyev) ilə "Torpaq sahəsinin planı və ölçüsü" sənədində olan soyadı (Sarıyeva) düz gəlmir. Bu isə onun həmin torpaq sahəsi ilə bağlı hüquqlarımın həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona imtina verilərək “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındə səhv yazılmış soyadına düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X5” yazılan hissədə mərhum atam X4 məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1964-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında X7, anası qrafasında X9 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu, Qarıkənd kəndində vədat etmişdir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş A № 143541 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin sənəddə torpaq mülkiyyətçisi kimi X6 qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsində atasının adı “Taftıq”, atasının soyadı isə “Sarıyeva” kimi yazılmışdır. Lakin, mərhum X3 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş A № 143541 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində soyadı “Sarıyeva”, adı “Tapdıq” kimi qeyd edilmişdir. Odur ki, qeyd olunan texniki səhv, yəni Torpaq sahəsinin planı və ölçüsü” sənədində “X6” adında “Sarıyeva” və “Tapdıq” yazılışlarının texniki səhv olması faktı müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “Sarıyev” və “Taftıq” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, mərhum X7 həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan “X6” ilə eyni şəxsdir. X1 və ata adının sözügedən sənəddə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş A № 143541 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X6” yazılan hissədə Ərizəçi mərhum X2na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş A № 143541 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X6” yazılan hissədə Ərizəçi mərhum X2na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-577/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-577/2022
21.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver