Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-587/2022 09.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 09 sentyabr 2022-ci il tarixdə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Yanında Qəyyum və Himayəçilik Komissiyasına qarşı 18 fevral 2003-cü il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X9 övladıdır. O, anadangəlmə psixi qüsrludur. Hərəkətlərinin mənasını anlamır və özünü idarə etmir. O, Gədəbəy Rayon Poliklinikasında ağır dərəcəli əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. O, kənar kömək olmasa yaşaya bilməz. Ona qəyyum təyin edilməlidir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, X5 həqiqətən əqli gerilik var. Ona görə də ərizənin təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X1 surətindən görünür ki, X9 18 dekabr 2003-cü il tarixdə doğulmuşdur. Onun atası X6 anası X7r. İşdə olan X2 surətindən görünür ki, X6 və X10 16 mart 2006-cı il tarixdə nikah bağlamış, arvad Hüseynova soyadını götürmüşdür. İşdə olan Arayışlardan görünür ki, X5 ağır dərəcəli əqli gerilik xəstəliyi var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının 13 iyul 2022-ci il tarixli Rəyindən görünür ki, X9 ağır dərəcəli əqli gerilik nəticəsində anadangəlmə nitqin olmaması, davranış pozuntuları ilə xroniki xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X9 ağır dərəcəli əqli gerilik nəticəsində anadangəlmə nitqin olmaması, davranış pozuntuları ilə xroniki xəstəlik keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, 09 avqust 2001-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Gədəbəy rayonunun Böyük Qaramurad kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358-360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 18 dekabr 2003-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Gədəbəy rayonu, Qumlu kəndində yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-587/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-587/2022
09.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver