Məhkəmə qərarları › İş №2(042)-591/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-591/2020

01.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-591/2020 01.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlu, Səmədzadə Xəyal Natiq oğlunun katibliyi ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək Gədəbəy rayon Aqrar islahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli, 26 saylı qərarı ilə verilmiş, JN-2xx xxx 50523068 seriyalı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının ona və X2 məxsus olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, ərizəçinin JN-2xx xxx 50523068 seriyalı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının özünə məxsus olması ilə bağlı müraciət etmək hüququ olsa da,X2 məxsus olması ilə bağlı müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan hüquq normalarının məzmunundan aydın olur ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, o cümlədən hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə buna hüququ olan şəxs tərəfindən verilə bilər. Hazırki ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, JN-2xx xxx 50523068 seriyalı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktında qeyd olunanX3 oğlu sağdır. Belə olan halda həmin dövlət aktınınX2 məxsus olmasıfaktının müəyyən edilməsi barədə ərizə yalnız onun özləri tərəfindən verilə bilər. Buna baxmayaraq ərizədə ərizəçi kimi Ərizəçi qeyd edilsə də, ərizənin “xahiş edirəm” hissəsində X1 hüquqları ilə bağlı tələb öz əksini tapmışdır. MPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-4-cü fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, belə olan halda ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə izah edir ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar