Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-592/2020 29.07.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X10 məhkəməyə ərizə ilə müraciət edərək, Gədəbəy rayon X4 xx xxxx 1999cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının ona məxsus olması hüquq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, ona və ailə üzvlərinə Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əsasında 2.78 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-277 saylı KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun ata adı səhvən “Əhməd” kimi qeyd edilmişdir. Ancaq onun bütün sənədlərində ata adı “Əli” kimi yazılmışdır. O, sənədlərini DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edərək torpaq sahəsinə çıxarış almaq istədikdə bu mümkün olmamış, ona bildirilmişdir ki, Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı sənədində texniki səhvə yol verilmiş və onun ata adı “Əhməd” kimi qeyd edilmişdir. Onun ata adının həmin dövlət aktında müxtəlif olması hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də məhkəmyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı X11 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 1951-ci il tarixdə Tovuz rayonunda doğulmuş, onun ata adı qrafasında Əli qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 və onun ailə üzvlərinə ümumilikdə 2.78 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında torpaq mülkiyyətçisi kimi X6 qeyd edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Gülşən Əli qızı ilə nikahlarını xx.xx.1978-ci il tarixdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, ərizəçi X10 1951-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur. Ona və ailə üzvlərinə Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında 2.78 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin JN-277 saylı KOD ******* nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında onun ata adı “Əhməd” kimi qeyd edilmişdir. Ancaq X5 bütün sənədlərində ata adı “Əli” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni Dövlət Aktındakı “X6” adında “Əhməd” yazılışının texniki səhv olması müəyyən edilərək həmin aktda düzəliş aparılmalı və müvafiq olaraq “Əli” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçi X10 dövlət aktında olan “X6” ilə eyni şəxsdir. X5 ata adının sözügedən dövlət aktında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X6” yazılan hissədə ərizəçi X8 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: X5 ərizəsi təmin edilsin. Gədəbəy rayon X4 xx xxxx 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş JN-277 saylı KOD ******* nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının “X6” yazılan hissədə ərizəçi X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-592/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-592/2020
29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver