Məhkəmə qərarları › İş №2(042)-593/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-593/2020

12.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-593/2020 12.08.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra İddiaçı MMC-nin) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1 047.10 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borc və məhkəməyə müraciət üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 məhəllədə yerləşən ev 68/1, 58 saylı mənzilin alqı-satqısına dair Cavabdehla binanın inşasını həyata keçirmiş “xxx” MTK arasında xx.xx.2007-ci il tarixdə müqavilə imzalanmışdır. Sözügedən Müqaviləyə 1 saylı əlavənin 5-ci bəndinə əsasən bina təhvil veriləndən sonra onun istismarı sakinlərin vəsaiti hesabına ancaq bu binaya xidmət edən istismar müəssisələrinin hesabına həyata keçiriləcəyi təsbit olunmuşdur. Mənzil əldə etmək üçün ödəniş etdiyinə görə cavabdehin də payçısı (üzvü) olduğu “xxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən Cavabdeh məxsus ünvan 1 məhəllədə yerləşən 58 saylı mənzilə kommunal xidmətlər göstərilmişdir. Lakin bəzi az sayda sakinlərin, o cümlədən cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. 01.01,2017-ci il tarixindən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da, bunun müsbət nəticəsi olmadığı üçün məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. cavabdehin iddiaçıya vaxtında ödəmələri həyata keçirməməsi, iddiaçının məhz kommunal xidmətlərlə bağlı üçüncü şəxslər (dövlət orqanları, işçilər və s.) qarşısında əlavə xərclər yaranması və bununla da MMC-yə zərər vurulması ilə nəticələnmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı MMC məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olamdan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. İşdə olan “xxx” MTK (icraçı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, “xxx” MTK ünvan 1 məhəllədəki ünvanda tikintisini həyata keçirdiyi 16 mərtəbəli şox mənzilli yaşayış binasındakı mənzillərdən 5-ci blok, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 122.99 kvşm olan 58 №-li mənzili 63955 manata Cavabdeh satmışdır. İşdə olan “xxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 01 nömrəli müqavilədən görünür ki, “xxx” MTK ona məxsus olan Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə ünvanında yerləşən yaşayış binalarını sakinlərə xidmət etmək üçün İddiaçı” MMC-ə təhvil vermişdir. Müqaviləyə əsasən, binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə və müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.30 manat, qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0.25 manat müəyyən edilmişdir. İşdə olan “Detallı hesabat” vərəqələrindən görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən ev 68/1, 58 saylı mənzilin kommunal xidmətlərinə görə Cavabdeh cəmi 1062.4 manat borcu yaranmış və həmin borcun ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, “xxx” MTK ünvan 1 məhəllədəki ünvanda tikintisini həyata keçirdiyi 16 mərtəbəli şox mənzilli yaşayış binasındakı mənzillərdən 5-ci blok, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 122.99 kvşm olan 58 №-li mənzili 63955 manata Cavabdeh satmışdır. “xxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən, “xxx” MTK ona məxsus olan Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllə ünvanında yerləşən yaşayış binalarını sakinlərə xidmət etmək üçün İddiaçı” MMC-ə təhvil vermişdir. Müqaviləyə əsasən, binaların həyətinin, bloklarının təmiz saxlanılması, yük və sərnişin liftlərinin fasiləsiz işləməsi, sakinlərin 24 saat soyuq su ilə təmin edilməsi, binanın həyətində abadlıq, yaşıllaşdırma işlərinin aparılması, mərtəbələrin və həyətin işıqlandırılması, lazım gəldikdə təmir-bərpa işlərinin aparılması, lift mexanizminə texniki xidmət göstərilməsi, binaların mühafizəsinin təmin olunması, kommunal xidmət haqqının yığılması, xərclərin ödənilməsi və sair xidmətlərin göstərilməsi icraçı İddiaçı MMC-yə həvalə edilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə və müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən, kommunal xidmətlərə görə xidmət haqqı yaşayış sahələrinin hər bir kvadrat metri üçün 0.30 manat, qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 0.25 manat müəyyən edilmişdir. İş materiallaırnda olan “Detallı hesabat” vərəqələrinə əsasən, Xətai rayonu, M.Hadi küçəsi 2945-ci məhəllədə yerləşən ev 68/1, 58 saylı mənzilin kommunal xidmətlərinə görə Cavabdeh cəmi 1062.4 manat borcu yaranmışdır. Cavabdehdən kommunal xidmətlərə görə yaranmış borcu ödəməsi tələb olunsa da, cavabdeh borcu ödəmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı kommunal xidmətlərə görə yaranmış borcuncavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh abunə və internet xidmətlərindən yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşıdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cu maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iddia tələbini əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1 047.10 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcvə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar