Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-599/2021 30.06.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.04.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın “Ərizəçi1 Əlrza oğlu" yazılan hissədə Ərizəçi1, “X5" yazılan hissədə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə atası Ərizəçi2 Gədəbəy şəhərində 0.0699 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə atasının adına X9 kitabında 14.02.2011-ci il tarixdə 390 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evləri vardır. Evin və torpaq sahəsinin sənədləri vardır. Atası torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında ünvan 1 ünvanında yerləşən 0.0699 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.04.2021 -ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında atası Ərizəçi2, anası X1, onun, Ərizəçi3 və X3 adına qeydə alınmışdır. Bu barədə onlara çıxarış verilmişdir. Lakin həmin çıxarışda onun ata adı səhvən “Əlrza” kimi, Ərizəçi3 isə soyadı “Məmmədova” ata adı “Əlrza” kimi yazılmışdır. Belə ki, onların şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrində ata adları Qalib kimi, Ərizəçi3n soyadı “Səfərova” kimi yazılmışdır. Bu barədə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də də, oradan onlara imtina məktubu verilmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Hazırda çıxarışda olan adlarının onların şəxsiyyətini təsdiq edən sənədlərdəki adları ilə düz gəlmir. Bu isə onların həmin mülklə bağlı hüquqlarını həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak X4 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.04.2021 -ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın “Ərizəçi1 Əlrza oğlu” yazılan hissədə ona “X5” yazılan hissədə isə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1985-cil tarixdə, Ərizəçi3 xx.xx.1982-cı il tarixdə anadan olmuşdur. Atasının adı qrafalarında “Qalib” kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nın Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli, 949 saylı arayışdan görünür ki, Ərizəçi2 şəhər İƏD üzrə nümayəndəliyinin 28 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 45-ci səhifəsində qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1985-cil tarixdə, Ərizəçi3 xx.xx.1982-cı il tarixdə anadan olmuşdur. Ataları qrafasında Ərizəçi2, anaları qrafasında X6 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0699 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi2, X1, Ərizəçi1 Əlrza oğlunun, X2 və X3 adına qeydə alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Ərizəçi2 ərizəsinə cavab olaraq verilmiş 06 may 2021-ci il tarixli məktubdan görünür ki, onun və ailə üzvlərinə məxsus 0.0699 ha həyətyanı torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” əsasında tərtib edilmiş 21.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda yazılmış adların düzəldilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə Ərizəçi2 Gədəbəy şəhərində 0.0699 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə X9 kitabında 14.02.2011-ci il tarixdə 390 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanında yerləşən 0.0699 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi2, X1, Ərizəçi1 Əlrza oğlunun, X2 və X3 adına qeydə alınmışdır. Bu barədə onlara çıxarış verilmişdir. Həmin çıxarışda ərizəçilər Ərizəçi1 və Ərizəçi3 soyadları, adları və ata adları “Ərizəçi1 Əlrza oğlu” və “X5” kimi qeyd edilmişdir. Ancaq onların bütün sənədlərində soyadları, adları və ata adları “Ərizəçi1” və “Ərizəçi3” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni çıxarışda “Ərizəçi1 Əlrza oğlu” və “X5” adlarının yazılışının texniki səhv olması müəyyən edilərək həmin çıxarışda düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi1” və “Ərizəçi3” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 çıxarışda olan “Ərizəçi1 Əlrza oğlu” və “X5” ilə eyni şəxslərdir. Ərizəçi1 və Ərizəçi3 soyadları və ata adları sözügedən çıxarışda müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.04.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın “Ərizəçi1 Əlrza oğlu" yazılan hissədə Ərizəçi1, “X5" yazılan hissədə Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21.04.2021ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarışın “Ərizəçi1 Əlrza oğlu" yazılan hissədə Ərizəçi1, “X5" yazılan hissədə Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-599/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-599/2021
30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver