Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-609/2023 18.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması üçün aşağıdakı əsaslar müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsi ilə müəyyən edilmiş forma və məzmununa riayət etməmişdir. İddiaçı iddia ərizəsində tələbini aydın şəkildə göstərməmişdir. Belə ki, iddiaçı ərizədə cavabdehin yerləşdiyi yeri və ya poçt ünvanını, eləcə də, özünün eyniləşdirmə məlumatlarını qeyd etməmiş, həmçinin, ərizənin “xahiş edirəm” hissəsində ona vurulmuş ziyanın nədən ibarət olması, məbləği, hansı əsasla hesablanması aydın şəkildə göstərməmişdir. Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; [169] 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə hesab edir ki, mübahisələrə baxılarkən çəkişmə prinsipinə əməl olunmalıdır. Çəkişmə prinsipinin arqumentlərindən biri də iddia ərizəsinin cavabdehə göndərilməsidir. Belə bir ərizənin icraata qəbul olunması, cavabdehə göndərilməsi çəkişmə prinsipinin pozulmasına və gələcəkdə cavabdehin etiraz və mülahizələrini hazırlamaq imkanından məhrum edilməsinə səbəb olar. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa iddiaçı ərazi aidiyyəti qaydalarına əməl etməmiş və ərizəni hüquqi şəxsin olduğu yerin məhkəməsinə verməmişdir. Belə ki, iddia ərizəsindən məlum olur ki, cavabdeh "xxxx" ASC hüquqi şəxsdir və Baki şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2.-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Elektrik Şəbəkəsi "xxxx" ASC-nin tabeçiliyində olan idarədir. Ona görə də, vurulmuş maddi ziyana görə Gədəbəy rayon EŞ yox, idarəni yaratmış hüquqi şəxs kimi "xxxx" ASC məsuliyyət daşıyır. Gədəbəy rayon EŞin cavabdeh kimi göstərilməsində məqsəd işə Gədəbəy rayon Məhkəməsində baxılmasına nail olmaq olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Gədəbəy rayon EŞ hüquqi şəxs olmadığından cavab verməli şəxs deyildir və iş üzrə cavabdeh kimi göstərilməsi lüzumsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.3-ci maddəsinə əsasən, idarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh "xxxx" ASC-nin Gədəbəy rayon Elektrik Şəbəkəsinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi verildiyi gündən 1* (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-609/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-609/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver