Məhkəmə qərarları › İş №2(042)-61/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-61/2021

10.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-61/2021 10.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxx 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan oğlu X5 uşaqlıqdan xəstədir və birinci qrup əlildir. Oğlu nevroloji xəstəlikdən əziyyət çəkir. 4 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxxxx 2000-ci il tarixli müayinəsində Arzuya “davranış patoloji forması, debillik dərəcəsində ağıl zəifliyi” diaqnozu qoyulmuşdur. Həmçinin növbəti müayinə zamanı xx.xx.2002-ci il tarixdə verilmiş arayışda ona “oliqotreniya kəskin imbesillik dərəcədə” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olması göstərilmişdir. X5 öz hərəkətlərini idarə etmək qabiliyyəti yoxdur. X1 öz hüquqlarını sərbəst həyata keçirmək imkanlarına malik deyildir. Oğlu nevroloji qüsuru nəticəsində öz hərəkətlərini idarə edə bilmir. Hal-hazırda oğluna özü qulluq edir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, gələcəkdə oğluna qəyyum təyin edilməsi, X2 hüquqlarını onun tərəfindən sərbəst şəkildə həyata keçirilməsi vacibdir. X3 qəyyum təyin edilməsi barədə o Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, komissiya tərəfindən ona oğlunun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi xx.xx.2021-ci il tarixdə məhkəməyə teleqram vuraraq xx xxxxxx 2021-ci il tarixə saat 14:30-a təyin edilmiş məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs yanında fəaliyyət göstərən Qəyyum və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Miskinli kənd İƏD üzrə nümayəndəliyi tərəfində verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 246 saylı arayışdan görünür ki, X5 09 saylı təsərrüfat başına kitabın 13-cü səhifəsinə əsasən Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu Mərkəzi rayon xəstəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 369 saylı arayışdan görünür ki, X5 “oliqofuniya kəskin debillik dərəcəsində” diaqnozu ilə Ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Pisxonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 129 nömrəli rəydən görünür ki, X5 davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 2000-ci ildə Gəncə şəhər Psixonevroloji dispanserində ambulator şəraitdə müayinə olunaraq “Kəskin debillik dərəcəsində olan oliqofreniya “diaqnozu qoyulması, həmin diaqnozla Gədəbəy MRX-nın poliklinikasında psixiatriya kabinetində qeydiyyata götürülməsi xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətə çağırılmaması, uşaqlıqdan müavinət, sonralar isə qrup əlillik təyin edilməsi, orta ümumtəhsil və yardımçı məktəblərdə oxuya bilməməsi, ev dərsi keçsə də oxumaq və yazmaq vərdişlərini tam əldə etməməsi, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara qısa və konkret cavablar verməsi, əhvalının davamsız olması, yaddaşında pozğunluq aşkar edilməsi, yeni məlumatları pis qavraması, təfəkkürünün konkret olması, ilə oxumaq, yazmaq vərdişlərinin zəif qrammatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb əməliyyatlarda səhvlər etməsi, maraq dairəsinin daralması, abstrakt və məntiqi təfəkkürünün zəif olması, atalar sözlərinin mənasını tam düzgün anlamaması və izah edə bilməməsi, tənqid funksiyalarının pozulması, intellektinin inkişafdan geri qalması, İQ=55 % və s.) və davranışımı mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. MPM-in 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyətli qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X5 “Kəskin debillik dərəcəsində olan oliqofreniya” diaqnozu ilə Ruhi-əsəb xəstəliklər qeydiyyatda durur. O, davranış pozuntuları ilə müşayət olunan yüngül dərəcəli əqli gerilik XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Yuxarı şərh olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi xx xxx 1986cı il təvəllüdlü Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-306, 317, 318, 321, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx xxx 1986-cı il təvəllüdlü Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar