Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-629/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi və pay bölgüsü tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi və pay bölgüsü tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası 29 may 2024-cü il tarixə, saat 1500-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o, Gədəbəy Rayon Məhkəməsinə hazırki iş üzrə ərizə verməmiş və həmin ərizənin olmasından məlumatsızdır. Həmin ərizə onun tərəfindən imzalanmamışdır. Ona görə də ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən etiraz daxil olmamışdır. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxayaraq, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinin tələbinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2v Novruz qızı və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi və pay bölgüsü tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etməmişdir və ərizə onun tərəfindən imzalanmamışdır. Ona görə də ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 259.0, 259.0.3, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-629/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-629/2024
29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver