Məhkəmə qərarları › İş №2(042)-638/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-638/2022

14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-638/2022 14.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X21 oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-053A KOD 50525018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin "X13" yazılan hissədə o - Ərizəçi1, “X16” yazılan hissədə o - Ərizəçi2, "X3" yazılan hissədə mərhum X8 və "X17” yazılan hissədə mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışdır ki, O, Ərizəçi1 xx.xx.1980-ci ildə Gədəbəy rayonu, Moruxlu kəndində anadan olmuş, hal-hazırda Gədəbəy rayonu, Qoşabulaq kəndində yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə JN-053A KOD 50525018 "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında atası X8, anası X9, qardaşı Ərizəçi2 və ona ümumilikdə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onun soyadı Quliyev əvəzinə səhvən "Quluyev”, ata adı Stambul əvəzinə səhvən “İstanbul” kimi yazılmışdır. Buna baxmayaraq onun soyadı Quliyev, ata adı isə Stambuldur. Həmçinin, atası X1 Quliyev əvəzinə səhvən “Quluyev”, ata adı Nəsib əvəzinə səhvən “Müslüm” kimi, anası X2 Quliyeva əvəzinə səhvən “Quluyeva” kimi yazılmışdır. Hazırda onun şəxsiyyət vəsiqəsində olan soyadı (Quliyev) və ata adı (Stambul), atasının ölüm haqqında şəhadətnaməsində olan soyadı (Quliyev) və ata adı (Nəsib), anasının ölüm haqqında şəhadətnaməsində olan soyadı (Quliyeva) JN-053A KOD 50525018 "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə də olan ad, soyad və ata adları ilə düz gəlmir (üst-üstə düşür). Bu isə ona həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona imtina verilərək bildirildi ki, “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə səhv yazılmış soyad, ad və ata adlarına düzəliş edilməsi İdarənin səlahiyyətləri xaricindədir. Atası xx.xx.2013-ci ildə, anası isə xx.xx.2012-ci ildə vəfat etmişdir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X13” yazılan hissədə o - Ərizəçi1, “X14” yazılan hissədə mərhum atası X8 və “X17” yazılan hissədə mərhum anası X9 məxsus olması faktının müəyyən edilməsini istəyir. Eləcə də, o - Ərizəçi2 xx.xx.1990-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə JN-053A KOD 50525018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında atası X8, anası X9, qardaşı Ərizəçi1 və ona ümumilikdə 0.32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamədə onun soyadı Quliyev əvəzinə səhvən “Quluyev”, ata adı İstambul əvəzinə səhvən “İstanbul” kimi yazılmışdır. Buna baxmayaraq onun soyadı Quliyev, ata adı isə İstambuldur. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin "X16" yazılan hissədə o Ərizəçi2, “X10" yazılan hissədə mərhum atası X8 və “X17' yazılan hissədə mərhum anası X9 məxsus olması faktını müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə ərizə verərək, işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1980ci il tarixdə doğulmuş, onun soyadı qrafasında Quliyev, ata adı qrafasında Stambul kimi qeyd edilmiş, Ərizəçi2 isə xx.xx.1990-cı il tarixdə doğulmuş, onun soyadı qrafasında Quliyev, ata adı qrafasında isə İstambul kimi qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində doğulmuş, atası qrafasında X18, anası qrafasında isə X19 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1980-ci il tarixdə Gədəbəy rayonu, Moruxlu kəndində doğulmuş, atası qrafasında X18, anası qrafasında isə X19 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X18 ilə X15 nikahlarını xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonu, Samanlıq kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadları verilmişdir İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə, X19 isə xx.xx.2012-ci il tarixdə Gədəbəy rayonu, Samanlıq kəndində ölmüşdür. İşdə olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, məktubdan görünür ki, Ərizəçi1 İstambul oğluna və ailə üzvlərinə məsus olan Gədəbəy rayonu, Samanlıq kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-053A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv yazılmış soyada, ada və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İşdə olan Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-cı il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-053A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 və onun ailə üzvləri X11, X7 və X12 0.32 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 xx.xx.1980-ci il tarixdə, Ərizəçi2 xx.xx.1990-cu il tarixdə doğulmuşlar. X8 və onun ailə üzvləri X9, Ərizəçi1 və Ərizəçi2 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-053A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.32 ha torpaq sahəsi verilmişdir. Həmin JN-053A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 soyadı Quliyev əvəzinə səhvən "Quluyev”, ata adı Stambul əvəzinə səhvən “İstanbul” kimi, Ərizəçi2 soyadı Quliyev əvəzinə səhvən “Quluyev”, ata adı İstambul əvəzinə səhvən “İstanbul” kimi, ərizəçilərin ataları X1 Quliyev əvəzinə səhvən “Quluyev”, ata adı Nəsib əvəzinə səhvən “Müslüm” kimi, ərizəçilərin anaları X2 Quliyeva əvəzinə səhvən “Quluyeva” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni şəhadətnaməndə “X20” adında “Quluyev” və “İstanbul oğlu” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və müvafiq olaraq “Quliyev” və “Stambul oğlu” kimi qeyd edilməli, “X16” adında “Quluyev” və “İstanbul oğlu” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və müvafiq olaraq “Quliyev” və “İstambul oğlu” kimi qeyd edilməli, “X14” adında “Quluyev”, “İstanbul” və “Müslüm oğlu” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və müvafiq olaraq “Quliyev”, “İstambul” və “Nəsib oğlu” kimi qeyd edilməli, “X17” adında “Quluyeva” yazılışının səhv olması müəyyən edilərək düzəliş aparılmalı və müvafiq olaraq “Quliyev” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi1 ilə şəhadətnamədə olan “X13”, Ərizəçi2 ilə şəhadətnamədə olan “X16”, mərhum X18 ilə şəhadətnamədə olan “X14”, mərhum X19 ilə şəhadətnamədə olan “X17” eyni şəxslərdir. Onların soyadları, adları və ata adlarının sözügedən şəhadətnaməndə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-053A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X13” yazılan hissədə Ərizəçi1, “X16” yazılan hissədə Ərizəçi2, "X14" yazılan hissədə mərhum X8 və "X17” yazılan hissədə mərhum X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə verilmiş JN-053A saylı KOD 50525018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X13” yazılan hissədə Ərizəçi1, “X16” yazılan hissədə Ərizəçi2, "X14" yazılan hissədə mərhum X8 və "X17” yazılan hissədə mərhum X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar