Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-642/2023 03.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X14 iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən X12 adına Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə 699.49 kv olan həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2010-cü il tarixli, A №274915 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin Ərizəçi məxsus olması və subyekt siyahısında "Hцкbцrov Nizami M№seyib oElu" kimi qeyd edilmiş adın, X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 3 nömrəli qərarı ilə ayrılmış həyətyanı torpaq sahəsinə dair onun adına xx.xx.2010-ci il tarixli, A №274915 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək verilmişdir. Lakin, "Torpaq sahəsinin planı və ölçüsü" sənədində, adının Ərizəçi olmasına baxmayaraq, atasının adı ilə onun adının yerləri səhv yazılaraq "X20" kimi qeyd olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsində saxlanılan subyekt siyasında adı qeyd edilən arvadı X4 adı, səhvən "Hцкbцrov Nizami M№seyib oElu" kimi qeyd edilmişdir. X9 adında şəxs qeyd edilən ünvanda heç vaxt qeydiyyatda olmayıb və yaşamayıb. Həmçinin, ümumiyyətlə belə bir adda şəxs Gədəbəy şəhərində mövcud deyil. Bunu ərizəyə əlavə etdiyi Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışındanda görmək olur. Qeyd edilən plan və ölçü sənədində göstərilən torpaq sahəsinin sahibi odur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınıb və buna dair dövlət reyestrindən çıxarış almaq fikrindədir. Göründüyü kimi, daşınmaz əmlaka dair əşya hüququnun olmasına dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Hazırda ərizə ilə sənədin ona məxsus olması faktını məhkəmə tərəfindən tanıtdırmaq istəyir və məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Adının İsa, atasının adının Məsim olduğu mübahisəsiz haldır. Bu halı ona məxsus olan sənədlərdə təsdiq edir. Həmin sənədlərə baxdıqda adının həqiqətən İsa, atasının adının isə Məsim olduğu müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də həmin sənədin üzərində adının Ərizəçi olması və sənədin həqiqətən ona verilməsinin həqiqiliyi təsdiqlənmişdir. Həmçinin subyekt siyahısında göstərilən arvadının adının səhv yazılması şübhəsizdir, texniki olaraq səhv yazılmışdır. Arvadının adı ona məxsus sənədlərlə də uyğun gəlmir. Hazırkı halda torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdə tərtib edilmiş A №274915 saylı torpaq sahəsinin plan və ölçü sənədi və subyekt siyahısı hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, torpaq sahələrinə münasibətdə keçmiş Azərbaycan Respublikasının Dövlət və Xəritçəkmə Komitəsi tərəfindən verilən plan və ölçü sənədi həyətyanı torpaq sahəsinin üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. Həmçinin, subyekt siyasıda hüququnun tanıtdırılması üçün lazımlı sənəddir. İnzibati orqan həmin subyekt siyahısında göstərilən ada görə qeydiyyatın aparılmasından imtina edir. Göründüyü kimi, 2010-cu ildə tarixdə tərtib edilmiş A №274915 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin subyekt siyahısı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olduğundan, hüquqmüəyyənedici sənədlərdir və hər iki halda onun hüquqi əhəmiyyətli faktın tanınması ilə bağlı ərizəsi qəbulediləndir. A №274915 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində səhv yazılmış ada və ata adına düzəliş edilməsi və subyekt siyasında texniki səhvin düzəldilməsi ilə bağlı maraqlı şəxsə ərizə ilə müraciət edilmiş, müraciətlə əlaqədar ərizəsinin icrasından imtina edilərək, düzəlişin edilməsinin idarənin səlahiyyətləri xaricində olması və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Göründüyü kimi sənədlərdəki səhvin düzəldilməsi başqa cür mümkün deyil və həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması və subyekt siyahısında göstərilən adın arvadına məxsus olmasının hüquqi fakt kimi tanıtdırmaqda məqsədi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaqdır. Lakin, sənədlərdəki qeydlərin düzgün yazılmaması onun bu hüququnun reallaşdırılmasına mane olur. Maraqlı şəxs olan inzibati orqan isə bunu əsas gətirməklə ərizənin icrasından imtina edir. Hesab edir ki, həyətyanı torpaq sahəsinə dair xx.xx.2010-ci il tarixdə tərtib edilmiş A №274915 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən ad və ata adı ona məxsus sənədlərdəki adla eynilik təşkil etmədiyi, eyni zamanda subyekt siyasında göstərilən adla, arvadına aid olan sənədlərdəki adla düzgün gəlmədiyi, torpaq sahəsinə dair sənədlərini qaydasına qoya bilmədiyi səbəbindən, bu sənədlərin eyni şəxsə məxsus olması hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X23 məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1926-cı il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuşdur. İşdə olan AZE seriyalı 03362891 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 1932-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 1932-ci il tarixdə anadan olmuşdur. İşdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 927 saylı arayışın surətindən görünür ki, Ərizəçi 1960-cı ildən Gədəbəy şəhəri, C.Abdullayev küçəsində fərdi yaşayış evində hazırda arvadı X8 ilə birlikdə yaşayır. X9 adlı vətəndaş Gədəbəy şəhərində yoxdur. İşdə olan Gədəbəy RİHB-nin Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 930 saylı arayışın surətindən görünür ki, Ərizəçi ailə üzləri kimi özü və arvadı X8 qeyd edilmişdir. Torpaq sahəsinin subyekt siyahısı sənədində Ərizəçi adı və ata adı X21, X1 və adı texniki səhv olaraq X3 yazılmışdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X10 nikahlarını 1951-ci il tarixdə bağlanmışlar. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 133 nömrəli arayışın surətindən görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin 1936-cı ilə dair doğum-bərpa aktı qeydiyyatı kitabında 26 dekabr 1936-cı ildə tərtib edilmiş 1096 nömrəli aktla Ərizəçi 1926-cı ildə anadan olması qeyd edilmişdir. İşdə olan X24 kitabında xx.xx.2010-cu il tarixdə 722 nömrə ilə uçota alınmış A №274915 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, X15 (Ərizəçi) Gədəbəy şəhəri ərazisində Gədəbəy rayon X11 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə verilmiş 699.49 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayədəsinin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Ərizəçi 1926-cı il tarixdə, ərizəçinin arvadı X8 isə 1932-ci il tarixdə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuşlar. Ərizəçi X24 kitabında xx.xx.2010-cu il tarixdə 722 nömrə ilə uçota alınmış A №274915 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Gədəbəy şəhəri ərazisində Gədəbəy rayon X11 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə 699.49 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ərizəçinin adının əvəzinə ata adı, ata adının əvəzinə isə adı qeyd edilmişdir. Yəni ərizəçinin adı “Məsim”, ata adı isə “İsa oğlu” kimi qeyd edilmişdir. Ancaq Ərizəçi bütün sənədlərində adı “İsa”, ata adı isə “Məsim oğlu” kimi yazılmışdır. Eləcə də, ərizəçinin arvadı X4 adı daşınmaz əmlakla bağlı subyekt siyahısında səhvən "Hцкbцrov Nizami M№seyib oElu" kimi qeyd edilmişdir. Ancaq onun bütün sənədlərində adı “X8” kimi qeyd edilmişdir. Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da Gədəbəy şəhəri ərazisində subyekt siyahısında qeyd edilmiş ada uyğun gələn X9 adında şəxsin olmadığı qeyd edilmişdir. Odur ki, qeyd olunan texniki səhvlər, yəni “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki “X20” adında, adı kimi qeyd edilmiş “Məsim” və ata adı kimi qeyd edilmiş “İsa oğlu” yazılışının texniki səhv olması müəyyən edilərək həmin sənəddə düzəliş aparılmalı və müvafiq olaraq “İsa” və “Məsim oğlu” kimi qeyd edilməlidir. Bundan başqa daşınmaz əmlakla bağlı subyekt siyahısında qeyd edilmiş "Hцкbцrov Nizami M№seyib oElu" adının yazılışının texniki səhv olması müəyyən edilməklə həmin subyet siyahısında düzəliş aparılmalı və müvafiq olaraq X2 qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, Ərizəçi sənəddə olan “X20” ilə, X8 isə subyekt siyahısında qeyd edilən "Hцкbцrov Nizami M№seyib oElu" ilə eyni şəxsdir. Ərizəçi və X4 adının sözügedən sənəddə və subyekt siyahısında müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş X24 kitabında xx.xx.2010-cu il tarixdə 722 nömrə ilə uçota alınmış A №274915 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X20” yazılan hissədə Ərizəçi və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarına əlavə edilmiş subyekt siyahısının “755 2” sayında "Hцкbцrov Nizami M№seyib oElu" yazılan hissəsində X7 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş X24 kitabında xx.xx.2010-cu il tarixdə 722 nömrə ilə uçota alınmış A №274915 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin “X20” yazılan hissədə Ərizəçi və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli, 03 nömrəli qərarına əlavə edilmiş subyekt siyahısının “755 2” sayında "Hцкbцrov Nizami M№seyib oElu" yazılan hissədə X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-642/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-642/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver