Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-659/2022 18.07.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Ərizəçi və digər ərizəçilər Ərizəçi3 və Ərizəçi4 etibarnamə üzrə nümayəndəsi Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, hüquq müəyyənedici sənəd olan, Azərbaycan Respublikası Əmlak X3 yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışın "X5" yazılan hissədə Ərizəçi1, "X2" yazılan hissədə Ərizəçi2, "X4" yazılan hissədə Ərizəçi3 Səyval' qızına və "X6" yazılan hissədə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 27 nömrəli qərarı ilə ona və ailə üzvləri Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Gədəbəy rayonu, Çaldaş kəndində 0.3796 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi ayrılmış, bu barədə onun adına keçmiş DTXK Gədəbəy rayon şöbəsi tərəfindən X7 kitabında xx.xx.2009-cu il tarixdə 232 nömrə ilə uçota alınmış ''Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilmişdir. Torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Müraciət əsasında Gədəbəy rayonu, Çaldaş kəndində 0.3796 ha ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ümumi birgə mülkiyyət hüququ əsasında onun Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 adına qeydə alınmışdır. Bu barədə bizə hüquq müəyyənedici sənəd olan daşınmaz əmlakın dövlət reyestrindən **********05 reyestr nömrəli çıxarış verilmişdir. Lakin həmin çıxarışda onların soyadı səhvən "İliyev" kimi yazılmışdır. Lakin onların şəxsiyyət vəsiqələrində soyadları "Əliyev" kimi yazılmışdır. Onların həmin sənəddə göstərilən soyadı (İliyev) şəxsiyyətlərini təsdiq edən sənəddəki soyadları (Əliyev) ilə düz gəlmir (üst-üstə düşmür). Bu isə onların həmin mülklə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışın "X5" yazılan hissədə ona, "X2" yazılan hissədə Ərizəçi2, "X4" yazılan hissədə Ərizəçi3 Səyval' qızına və "X6" yazılan hissədə Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsini istəyir. Odur ki, o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci ildə, Ərizəçi3 xx.xx.1982-ci ildə, Ərizəçi4 xx.xx.1985-ci ildə, Ərizəçi2 xx.xx.1978-ci ildə anadan olmuşlar. Soyadları qrafasında müvafiq olaraq “Əliyev” və Əliyeva” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Çaldaş kəndində yerləşən 0.3796 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında “X5”nun, “X2”nın, “X4”nın və “X6”nun adına qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdəki sübutlarla müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Çaldaş kəndində yerləşən 0.3796 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 adına qeydə alınmışdır. Həmin çıxarışda ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 soyadları, adları və ata adları “X5”, “X2”, “X4” və “X6” kimi qeyd edilmişdir. Ancaq onların bütün sənədlərində soyadları, adları və ata adları “Ərizəçi1”, “Ərizəçi3”, “Ərizəçi4” və “Ərizəçi2” kimi yazılmışdır. Odur ki, qeyd olunan texniki səhv, yəni çıxarışda X5”, “X2”, “X4” və “X6” adlarının yazılışının texniki səhv olması müəyyən edilərək həmin çıxarışda düzəliş aparılmalı və müvafiq olaraq “Ərizəçi1”, “Ərizəçi3”, “Ərizəçi4” və “Ərizəçi2” kimi qeyd edilməlidir. Eləcə də, məhkəmədə müəyyən olundu ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 çıxarışda olan “X5”, “X2”, “X4” və “X6” ilə eyni şəxslərdir. Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 soyadlarının sözügedən çıxarışda müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-i hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Çıxarışın "X5" yazılan hissədə Ərizəçi1, "X2" yazılan hissədə Ərizəçi2, "X4" yazılan hissədə Ərizəçi3 Səyval' qızına və "X6" yazılan hissədə Ərizəçi4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi2 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Çıxarışın "X5" yazılan hissədə Ərizəçi1, "X2" yazılan hissədə Ərizəçi2, "X4" yazılan hissədə Ərizəçi3 və "X6" yazılan hissədə Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-659/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-659/2022
18.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver