Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-66/2023 19.01.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, uzadılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Gədəbəy Rayon Notariat Ofisinə qarşı, X4 məxsus Gədəbəy rayonu, Novoivanovka kəndində, 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kvadratmetrdən ibarət ikiotaqlı fərdi yaşayış evi ilə bağlı mirasın qəbuluna buraxdığı müddətin bərpa edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə vermiş, Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbuluna buraxdığı müddət üzürlü hesab edilərək, uzadılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi üzərində yerləşən 40 kvadratmetrdən ibarət ikiotaqlı fərdi yaşayış evi atası mərhum X18 məxsus olmuşdur. Atası xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra o, anası X3 ilə birlikdə qeyd edilən daşınmaz əmlakda yaşamışlar. Anası xx.xx.2012-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra həmin əmlakda bir müddət yaşamış, lakin sonradan qardaşı oğlu X20 onu həmin evdən qovmuş və valideynlərinə məxsus həmin fərdi yaşayış evində yaşamağa başlamışdır. 2019-cu ildə o, cavabdeh Gədəbəy Rayon Notariat Ofsinə müraciət edərək atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin ona məktubla mirasın qəbuluna dair müddətin ötürülməsi əsas gətirilməklə şəhadətnamə verilməsindən imtina edilmişdir. O, hüquqi savadsızlığı səbəbindən 6 ay ərzində notariat ofisinə ərizə verilməli olduğunu bilməmiş, bu səbəbdən də üzrlü səbəbdən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Gədəbəy Rayon Notariat Ofisinin notariusu məhkəməyə ərizə göndərərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6. və 259.0.6-cı maddələrinin tələblərinin nəzərə alaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(042)- 1019/2019 qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X19 qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)1195 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(042)-1019/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)5970/2021 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)1195 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, X21 və X5 xx.xx.1961-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə olan X7 surətindən görünür ki, X11 xx.xx.1960-cı il tarixdə doğulmuş, atası qrafasında X21, anası qrafasında X3 qeyd edilmişdir. İşdə olan X10 Şəhadətnamənin surətindən görünür ki, X13 və X11 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 437 nömrəli arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivi mühafizəsində olan 1991-1995-ci illərə dair Novoivanovka kənd İƏD üzrə nümayəndəliyin 04 saylı təsərrüfatbaşına kitabın 281 şəxsi hesab nömrəsinə əsasən X14 ailə tərkibi özü, arvadı X3 və X8 ibarət olmuşdur. Onun adına 0.25 ha torpaq sahəsi və 1975-ci ildə tikilmiş 40 kvm yaşayış evi qeyd edilmişdir. İşdə olan JN-303D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X14 və onun ailə üzvləri olan X2 və X15 ümumi mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X12 görünür ki, X21 xx.xx.2006-cı il tarixdə, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 447 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, iddiaçı Gədəbəy Rayon Notariat Ofisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, valideynləri X21 və X1 qalmış əmlakın miras kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilərək, uzadılmasını xahiş etmişdir. Məhkəmə araşdırması ilə iddiaçının atası X14 2006-cı ildə, anası X2 isə 2012-ci ildə öldükləri və onlardan miras qalmış əmlakın nəvələri X20 tərəfindən vəsiyyətnamə üzrə qəbul etdildiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı atası X6 ölümündən 16 ildən, anası X2 ölümündən isə 10 ildən artıq müddət keçmişdir. İddiaçı bu kifayət qədər böyük müddət ərzində mirası qəbul edə bilməməsinin ağlabatan və məntiqi səbəblərini göstərə bilməmiş, eyni zamnda, bu səbəbləri əsaslandıran halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Bu nəticəyə gələrkən məhkəmə həm də o halı nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248ci maddəsinə əsasən mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair mübahisə yalnız vərəsələr arasında yarana bilər. Yəni, iş üzrə cavabdeh qismində mirası qəbul etmiş vərəsə cəlb edilməli olduğu halda, məhkəmə tərəfindən iddiaçıya müvafiq təklif edilsə də, o, mirası qəbul etmiş vərəsəni işə cavabdeh kimi cəlb etməkdən imtina etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinin tələblərini nəzərə alaraq, işə baxmışdır. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsiniə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-66/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-66/2023
19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver