Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-67/2024 17.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi və sədri X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin Cavabdeh qarşı “bələdiyyə mülkiyyətində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsi məhkəmədə iddia qaldıraraq, Gədəbəy şəhər Bələdiyyəsinin mülkiyyətində olan 65 kv.m torpaq sahəsində yerləşən, Cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-224/2022 saylı qətnaməsi ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-964/2020 saylı qətnaməsi "Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən iddiaçılar X9 və X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün servitut verilməsinin təmin olunmaması" hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, iddiaçılar X9 və X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsindən servitut verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanunu qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin qətnamə üzrə Gədəbəy bələdiyyəsi borclu şəxs qismində cəlb edilmişdir. İcra tədbirləri zamanı müəyyən edilmişdir ki, Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsi Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Eyni zamanda Cavabdeh tərəfindən həmin torpaq sahəsində tikili aparılmış, bu səbəbdən X6 və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün servitut qaydasında yol açılması həmin tikili sökülmədən mümkün deyildir. Ona görə də Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan 65 kv.m torpaq sahəsində yerləşən, Cavabdeh tərəfindən aparılmış tikilinin sökülməsi zərurəti yaranmışdır. İddiaçı Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi və sədri X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 4 ünvanında özlərinə məxsus fərdi yaşayış evində yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)- 224/2022 saylı qətnaməsi ilə onların mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsindən servitut verilməsi qət edilmişdir. Lakin Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsində Cavabdeh tərəfindən tikinti inşa edildiyindən servitut qaydasında avtomobil yolunun açılması mümkün olmamışdır. Onların yaşadığı evə gediş-gəliş yolu yoxdur. Odur ki, onun evinə gedən avtomobil yolunun açılmasını tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(104)-224/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9 və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsindən servitut verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-219/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X7 və X6 Cavabdeh qarşı servitut qaydasında yolun açılması və qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1920/2023 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-219/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-819/2024 saylı qərardadının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(104)-1920/2023 saylı qətnaməsindən iş üzrə iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. İşdə olan Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(104)-224/2022 saylı icra sənədinin icrası məqsədi ilə cəlb edilmiş mühəndis-mütəxəssis İlqar Məmmədov tərəfindən icra sənədində qeyd edilən şəxsi və bələdiyyə mülkiyyətində olan və mübahisə edilən yolun torpaq sahəsinin sərhədləri mövcud olan xüsusi texniki vasitə ilə ölçülərək kordinantları və sərhədləri tərəflərə və icra məmuruna göstərilmiş və məlum olmuşdur ki mübahisəli yolda tikili mövcuddur və həmin tikilinin bir hissəsi şəxsi mülkiyyətdir. Az bir hissəsi isə (təxminən 65 kv.m) bələdiyyət mülkiyyətindədir. Həmin ərazi icra sənədində qeyd edilməyən (cavabdeh kimi) üçüncü şəxsin istifadəsindədir və tikili mövcuddur. Ona görə də icra sənədini icra etmək mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy şəhəri N.Nərimanov küçəsi ünvanda yerləşən Cavabdeh məxsus 36.69 kv.m-dək mübahisəli tikilinin 27.37 kv.m-dək hissəsi Gədəbəy rayonu Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə düşür. 27.37 kv.m-dək tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4 və 180.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı tərəfindən tikilinin sökülməsi tələb edilən torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı və həmin tikili qanunsuz tikili olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(104)-224/2022 saylı qətnaməsinə əsasən, iddiaçılar X9 və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsindən servitut verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən icra sənədinin icrası ilə əlaqədar mübahisəli yerdə olmuşlar və Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(104)-224/2022 saylı icra sənədinin icrası məqsədi ilə cəlb edilmiş mühəndis-mütəxəssis İlqar Məmmədov tərəfindən icra sənədində qeyd edilən xüsusi və bələdiyyə mülkiyyətində olan, mübahisə edilən yolun torpaq sahəsinin sərhədləri mövcud olan xüsusi texniki vasitə ilə ölçülərək kordinantları və sərhədləri tərəflərə və icra məmuruna göstərilmiş, məlum olmuşdur ki mübahisəli yolda tikili mövcuddur və həmin tikilinin bir hissəsi xüsusi mülkiyyətdir. Bir hissəsi isə (təxminən 65 kv.m) bələdiyyə mülkiyyətindədir. Həmin ərazi icra sənədində qeyd edilməyən (cavabdeh kimi) üçüncü şəxsin istifadəsindədir və tikili mövcuddur. Ona görə də icra sənədini icra etmək mümkün olmamışdır. İddiaçı Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsi məhkəmədə iddia qalıdıraraq, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən tikinti inşa edildiyini iddia etmiş və həmin tikilinin cavabdehin hesabına sökülməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən mütəxəssis cəlb edilmiş və verilmiş mütəxəssis rəyinə əsasən, Gədəbəy şəhəri N.Nərimanov küçəsi ünvanda yerləşən Cavabdeh məxsus 36.69 kv.m-dək mübahisəli tikilinin 27.37 kv.m-dək hissəsinin Gədəbəy rayonu Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə düşməsi, yəni 27.37 kv.m-dək tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Bu da onu göstərir ki, Cavabdeh Gədəbəy rayonu Gədəbəy bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində qanunsuz olaraq tikinti inşa etmişdir. Eləcə də, həmin tikili iddiaçılar X9 və X2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu üçün Gədəbəy şəhər bələdiyyəsinin mülkiyyətində olan 65 kv. m torpaq sahəsindən servitut qaydasında yol açılması barədə Gəncə Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(104)-224/2022 saylı qətnaməsinin icrasına maneə yaradır. Beləliklə cavabdeh tərəfindən bələdiyyə mülkiyyətində qanunsuz tikilinin inşa edilməsi iddiaçının və üçüncü şəxsin hüquqlarının pozulması ilə nəticələnir. Eləcə də, cavabdeh mübahisələndirilən torpaq sahəsində qanunla müəyyən edilmiş qaydada tikinti inşa etməsi barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etmədi. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Gədəbəy rayonu Gədəbəy bələdiyyəsi Cavabdeh sonuncu tərəfindən inşa edilmiş tikilinin bələdiyyə mülkiyyətinə düşən hissəsinin sökülməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh məxsus Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən 36.69 kv.m tikilinin Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə düşən 27.37 kv.m hissəsi Cavabdeh hesabına sökülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus Gədəbəy şəhəri, N.Nərimanov küçəsi ünvanında yerləşən 36.69 kv.m tikilinin Gədəbəy rayonu Gədəbəy Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə düşən 27.37 kv.m hissəsi Cavabdeh hesabına sökülsün. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-67/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-67/2024
17.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver