Məhkəmə qərarları › İş №2(042)-676/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-676/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-676/2025 17.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında doğumun qeyd edilmə faktı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Şəmkir rayon X7 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı əsasında verilmiş JN-1480A KOD 50402016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin mərhum əri “X4” məxsus olması hüququ faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2na Şəmkir rayon X7 23 fevral 1999-cu il tarixli 60 saylı qərarı əsasında JN-1480A KOD 50402016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. X2 ilə onun rəsmi nikahı vardır. Əzim xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ə.Zülfüqarovun vəfatından sonra ondan miras qalmış əmlakları öz adına rəsimləşdirmək qərarına gəlmişdir. Ə.Zülfüqarova Şəmkir rayon X7 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı əsasında verilmiş JN-1480A KOD 50402016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhvliyə yol verilmiş əri Ə.Zülfüqarovun ata adı “Əşrəf’ qeyd olunmalı olduğu halda “Əmrah” kimi qeyd etmişlər. Lakin bütün sənədlərdə mərhum ərinin ata adı “Əşrəf’ kimi kimi qeyd edilmişdir. O, sənədlərini DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edib torpaq sahəsinə dair çıxarış almaq istəsə də bu mümkün olmamışdır. DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Məktubda ona bildirilmişdir ki, mərhum X2na Şəmkir rayon X7 23 fevral 1999-cu il tarixli, 60 saylı qərarı əsasında JN-1480A KOD 50402016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan texniki səhvlik aradan qaldırılmadığı təqdirdə ona çıxarışın verilməsi mümkün olmayacaqdır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPMin) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzürsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir.

7. Belə ki, mülki iş materiallarında olan; - nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 və X5 nikahlarını xx.xx.2005-ci il tarixdə bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadları verilmişdir. - ölüm haqqında şəhatənamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2024cü il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 məxsus olan torpaq sahəsinə dair tərtib edilmiş JN-092A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılmış soyada və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. - Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarı ilə verilmiş JN-1480A saylı KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, “X6” Şəmkir rayonu, Çinarlı qəsəbəsində 0,06 ha torpaq sahəsi verilmişdir.

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X4 Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarı ilə verilmiş JN-1480A saylı KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin JN- 1480A saylı KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə X3 ata adı “Əmrah” kimi qeyd edilmişdir. X1 bütün sənədlərində ata adı isə “Əşrəf” kimi yazılmışdır. Odur ki, sözgedən şəhadətnamədə səhvliyə yol verilmişdir.

9. Eləcə də, X8 şəhadətnamədə olan “X9” ilə eyni şəxsdir. X3 ata adının sözügedən şəhadətnamədə müxtəlif olması texniki səhvlə əlaqədar olmuşdur.

10. Azərbaycan Respublikası MPM-in; - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

11. Beləliklə, məhkəmə hesab edir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarı ilə verilmiş JN-1480A saylı KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X9” yazılan hissədə 13 oktyabr 2024-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarda, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

V. Nəticə:

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Ərizə təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli, 60 nömrəli qərarı ilə verilmiş JN-1480A saylı KOD 50402016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “X9” yazılan hissədə 13 oktyabr 2024-cü il tarixdə vəfat etmiş X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar