Məhkəmə qərarları › İş №2(042)-690/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-690/2022

01.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-690/2022 01.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X23 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı “mirasıni qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X3ndan qalmış, ünvan 1 ünvanında yerləşən birmərtəbəli, 4 otaq və bir şüşəbənddən ibarət fərdi yaşayış evindən və 0.15 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib izahatında göstərdi ki, iddiaçı 08.01,1971-ci il tarixdə anadan olmuşdur. xx.xx.1977-ci il tarixdə iddiaçının atası X15 anası X16 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X3, nənəsi X19 olmuşdur. Onların iddiaçının atası Rasimdən başqa övladları olmamışdır. X4 1914-cü il təvəllüdlü olmuşdur. Babası X41nə getmiş və 1942-ci ilin yanvar ayında itkin düşmüşdür. Hərbi əməliyyatlar 1945-ci ilin sentyabr ayında keçmiş SSRİ-nin qələbəsi ilə başa çatmışdır. İddiaçının babasının adı 1941-1945-ci illərdə X41ndə itkin düşən vətəndaşların 12 №-li qeydiyyatı kitabında qeyd edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-381/2022 saylı qətnaməsi ilə X8 1941-1945-ci illərdə "Böyük Vətən” müharibəsi zamanı 1942-ci ilin yanvar ayında itkin düşdüyündən ölmüş elan edilməsi qət edilmişdir. İddiaçının X3nun adına Gədəbəy şəhərində və 0.15 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş birmərtəbəli, 4 otaq və bir şüşəbənddən ibarət yaşayış evi olmuşdur. İddiaçı həmin evdə yaşamışdır. Evdə iddiaçının atası Rasim İsmayılov, anası X16 və X6 yaşamışdır. İddiaçının atasının övladları İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin evdə dünyaya gəlmiş və orada böyümüşlər. Həmçinin, iddiaçının Cavabdeh4 adında bir ögey bacısı vardır. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi isə 0.15 hektardır. Həmin mülkə həmişə iddiaçının atası X15 nəzarət etmiş, evə faktiki sahibliyi və istifadəni o həyata keçirmişdir. X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İddiaçının nənəsi vəfat etdikdən sonra da həmin mülkdə iddiaçı ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçının atası X15 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İddiaçının babası Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-381/2022 saylı qətnaməsi ilə ölmüş elan edilmiş, onun ölüm tarixi qətnamənin qanuni qüvvəsini aldığı gün hesab edilmişdir. Qətnamə 31 may 2022-ci ildə qanuni qüvvəsini almışdır. Beləliklə, iddiaçının X3nun 31 may 2022-ci ildə ölüm ilə ondan qalmış miras açılmışdır. Mirasın açıldığı vaxt iddiaçının babasının qanun üzrə vərəsə ola biləcək övladı Rasim İsmayılov sağ olmadığından onun uşaqları X7 qalmış mirasa vərəsə sayılırlar. X7 qalmış miras ünvan 1 ünvanında yerləşən ümumi sahəsi birmərtəbəli, 4 otaq və bir şüşəbənddən ibarət fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsidir. Həmin əmlakın mövcudluğuna dair Azərbaycan Respublikası Dövlət X34 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1021 nömrəli arxiv arayışını ərizəsinə əlavə etmişdir. Sözügedən miras əmlakı faktiki olaraq iddiaçı qəbul etmiş və miras əmlak üzərində faktiki sahiblik və istifadə hüquqlarını həyata keçirməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Evin faktiki mülkiyyətçisi o olmuşdur. Hal-hazırda iddiaçı X3ndan miras qalmış əmlakı adına sənədləşdirmək istəyir. Lakin qardaşı Cavabdeh1 ilə aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Digər cavabdehlər olan iddiaçının bacıları babasından qalmış miras əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum X3ndan qalmış miras əmlakı faktiki qəbul etdiyini bildirmiş və bu səbəbdən də həmin miras əmlaka vərəsə tanınmasını istəmişdir. O, iddia tələbini qəbul etmir. Belə ki, mərhum babasından miras olaraq heç nə qalmamışdır. Nə də ki, iddiaçı həmin miras əmlakı qəbul etməmişdir. Qardaşı İddiaçı ailə qurandan sonra çıxıb Gəncə şəhərinə getmiş və daimi olaraq öz ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Bu səbəbdən o, heç bir miras əmlak qəbul etməmişdir. Eyni zamanda iddiaçı 2022-ci ildə mərhum X3nu məhkəmə qaydasında ölmüş elan etdirmişdir. X9 heç bir miras əmlak qalmamışdır. İddiaçı bununla bağlı sübut olaraq arxiv arayışı təqdim etmişdir. Lakin, arxiv arayışı hüquq müəyyənedici sənəd deyildir. X1 miras olaraq heç bir əmlak qalmamışıdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X38 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gədəbəy rayon Notariat Kontoruna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X20 xx.xx.1996-cı il tarixdə, X18 isə xx.xx.2005-ci il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İşdə olan cavabdehlərə aid şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İsmayılova X35 şəhəri, Sabir küçəsi, ev 15 ünvanında, Cavabdeh3 Gədəbəy rayonu, Maarif kəndində, Cavabdeh1 isə ünvan 1 ünvanında qeydiyyatdadırlar. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 oktyabr 2017-ci il tarixli, 60 saylı arayışdan görünür ki, X15 20 fevral 1938-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. Atası qrafasında X14, anası qrafasında X20 qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon İHB-nın xx.xx.2017-ci il tarixli, 1613 saylı arayışının surətindən görünür ki, İddiaçı mərhum X6 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. X13 bir oğlu olmuşdur. X15 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X2 aşağıda qeyd edilən ailə üzvləri qalmışdır:

1. X5 1952.

2. Oğlu İddiaçı 1971.

3. Oğlu Cavabdeh1 1978.

4. X21 1973.

5. Qızı Cavabdeh3 1974. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-381/2022 saylı qətnaməsinin surətindən görünür ki, X14 1941-1945-ci illərdə X41 zamanı 1942-ci ilin yanvar ayında itkin düşdüyündən ölmüş elan edilməsi qət edilmiş və X8 ölüm tarixinin qətnamənin qanuni qüvvəsini aldığı gün hesab edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət X34 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1021 saylı arayışdan görünür ki, X42 Filialında mühafizə olunan Gədəbəy qəsəbə XDSİR kəndinin təsərrüfatbaşına kitabında 1945-1947-ci illərdə X8 adına 139 nömrəli təsərrüfat qeyd edilmişdir və aşağıda göstərilən ailə üzvləri vardır:

1. X14 ailə başçısı 1915.

2. X20 yoldaşı 1920.

3. X15 1938. Torpaq qrafasında 100 kv.m həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X7 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Məhkəmə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən mərhum X8 adına mübahisəli əmlaklara dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmədi və belə bir sənədin olmadığı bildirildi. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə mərhum X8 mübahisəli əmlaklara mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Məhkəməyə təqdim edilmiş arxiv arayışında isə torpaq sahəsi barədə məlumat qeyd edilsə də, fərdi yaşayış evi barədə heç bir məlumat qeyd edilməmişdir. Eləcə də, həmin arayışa əsasən, torpaq sahəsinin X12 məxsus olunması qənaətinə gəlinə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi miras kütləsinə daxil edilə bilməz. Miras kütləsinə daxil olan əmlak olmadığından və mübahisələndirilən əmlaklara münasibətdə vərəsəlik hüquq münasibətləri yaranmadığından iddiaçının iddia tələbi də təmin edilməməlidir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı “mirasıni qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı qarşı “mirasıni qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumun İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar