Məhkəmə qərarları › İş №2(042)-691/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-691/2024

03.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-691/2024 03.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər X13, Cavabdeh2, Gədəbəy Rayon Dövlət Notariat Ofisi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi və X7 qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alğı-satqı muqaviləsinin etibarsız hesab olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsə tanınması tələbləri haqqında iddia ərizəsinə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X13, Cavabdeh2, Gədəbəy Rayon Dövlət Notariat Ofisi, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi və X7 qarşı Gədəbəy Rayon Notariat Ofisində mərhum atası X10 qalan miras əmlaka görə cavabdeh Gədəbəy Rayon Notariat Ofisində cavabdehlər Cavabdeh1 və X20 adına tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli 2V-20 və 2V-21 reyestr saylı X39 şəhadətnamələrinin etibarsız hesab olunması, həmin vərəsəlik şəhadətnamələri əsasında cavabdehlər X14 və Cavabdeh2 adına tərtib olunmuş 14 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, 20 iyun 2023-cü il tarixli 4Ə-147 reysetr saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması və miras əmlaka qanun üzrə vərəsə tanınması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki cavabdehlər X15 onun ögey anası, Cavabdeh2 isə ögey bacısıdır. Mərhum atası X23 ilə mərhum X3 1964-cü ildə nikah bağlamışlar. Onların nikahından xx.xx.1960 ci il tarixdə o, xx.xx.1962-ci il tarixdə X16, xx.xx.1964-ci il tarixdə X24, xx.xx.1970-ci il tarixdə X21 və xx.xx.1971-ci il tarixdə X25 doğulmuşlar. X3 21 fevral 1978-ci ildə vəfat etmişdir. Anası vəfat edəndən bir müddət sonra atası cavabdeh X13 ilə evlənmiş, onların nikahlarından Cavabdeh2 doğulmuşdur. X35 xx.xx.1990-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış evdə bacısı Gülşən və cavabdehlərlə bir yerdə yaşamişlar. Atasının dəfn xərclərini o, çəkmiş, ondan miras qalmış fərdi yaşayış evində yaşamış, həyətyanı torpaq sahəsini əkib becərmişdir.Lakin cavabdehlərlə bir ailədə yaşaya bilmədikləri üçün atasının vəfatından bir il sonra o, evdən çıxmişdır. Bir müddət əvvəl ona məlum olmuşdur ki, cavabdehlər onlardan xəbərsiz miras əmlakı bütövlükdə öz adlarına keçirmiş, həmin miras əmlaka özlərini qanun üzrə vərəsə tanıtdırmış və miras əmlakı alğısatqı müqaviləsi əsasında üçüncü şəxs X6 adına özgəninkiləşdirmişlər. Hesab edir ki, mərhum atasından qalmış miras əmlaka görə cavabdeh Gədəbəy Rayon Notariat Ofisi tərəfindən tərtib olunmuş X39 şəhadətnamələri etibarsız hesab olunmalıdır. Çünki miras əmlaka vərəsəlik düzgün müəyyən olunmamışdır. Mərhum atasının vərəsələri yalnız cavabdehlər deyildir. O da qanun üzrə vərəsədir və mərhum atasından qalmış miras əmlaka o da vərəsə kimi tanınmalı idi. Lakin cavabdehlər olan anası və bacısı onun varlığını gizlətmiş, bununla da onun mərhum atasından qalan miras əmlakına qanun üzrə vərəsə kimi tanınmağına maneə yaratmışlar. Cavabdeh Gədəbəy Rayon Notariat Ofisi isə onların təqdim etdiyi saxta arayışı yoxlamadan mərhum atasından qalan miras əmlaka onun vəfatından 33 il sonra onları vərəsə tanımaqla, onun qanun üzrə vərəsə kimi hüquqlarını pozmuşlar. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, o və digər cavabdeh X13 qanunda nəzərdə tutulmuş qaydada, heç bir pozuntuya yol vermədən atası X17 miras qalmış əmlakı X39 hüququ ilə əldə etmiş, hüquqularını qeydə aldırmış və daha sonra miras qalmış əmlakı üçüncü şəxs X1. İddiaçının mirasqoyanın övladı olması onlar mirası qəbul etdikdən və bu barədə X39 hüququ haqqında şəhadətnamələr aldıqdan sonra, yəni, 2024-cü ildə müəyyən edilmişdir. Notariat Ofisində onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, iddiaçı vərəsələr siyahısında olmamışdır. Yəni, notariat orqanı vərəsəlik şəhadətnamələrini düzgün vermişdir. Bundan başqa, iddiaçı mirası qəbul etməmişdir. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Gədəbəy Rayon Notariat Ofisi, X13 və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 Saylı Şəmkir Ərazi İdarəsi və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinə əsasən işə cavabdehlərin, üçüncü şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X12 Surətindən görünür ki, X23 19 sentyabr 1990-cı il tarixdə ölmüşdür. İşdə olan X19 Şəhadətnamənin surətindən görünür ki, X23 və X4 20 oktyabr 1964ci il tarixdə nikah bağlamışlar. İşdə olan Arxiv Arayışından görünurki X42 Deputatları Sovetinin 1977-1979-cu illərə dair 2 nömrəli Təsərfatbaşına X2 adına 0.25 ha torpaq sahəsi və 1962-ci ildə insa edilmiş ev qeyd edilmişdir. İşdə olan X9 surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-ci ildə doğulmuşdur.Atası qrafasında X23 anası qrafasında X11 qeyd edilmişdir. X22 03 may 2024-cü il tarixdə verilmişdir. İşdə olan X12 Surətindən görünür ki, X23 xx.xx.1990-cı il tarixdə ölmüşdür. İşdə olan 19 yanvar 2023-cü il tarixli X39 X5 surətlərindən görünür ki, X18 vərəsələri kimi Cavabdeh1 və Cavabdeh2dır. İşdə olan qeydiyyat nömərsi **********, reyestr nömrəsi **********53-10301 nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2897 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmışdır. İşdə olan Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 və X27 xx.xx.2023-cü il tarixdə Gədəbəy rayonu, Arıqıran kəndində yerləsən ümumi sahəsi 62.2 kvm olan fərdi yaşayış evni X7 satmişlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən X39 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən X39 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 1146cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən X39 zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birnici növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mirasqoyanın iddiaçının atası olması faktı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras əmlak qəbul edildikdən və Gədəbəy Rayon Notariat Ofisi tərəfindən onlara mirasın qəbulu ilə əlaqədar vərəsəlik şəhadətnamələri verildikdən sonra müəyyən edilmişdir. Cavabdeh Gədəbəy Rayon Notariat Ofisi tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X39 hüququ haqqında şəhadətnamələr verilərkən iddiaçı, mirasqoyan X18 vərəsəsi olmamış, notariat orqanı tərəfindən cavabdehlərə qanun üzrə şəhadətnamələr verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş, X39 şəhadətnamələrinin etibarsız hesab edilməsi üçün əsaslar yaranmamışdır. X39 hüququ haqqında şəhadətnamələr verildikləri anda qanuni olduqları üçün onların əsasında verilmiş Çıxarışlar ləğv edilə bilməz və və daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edillə bilməz. Ona görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, vərəsəlik münasibətləri 1990-cı ildə yaranmışdır və iddiaçının üzərinə mirası qəbul etməsini sübutetmə vəzifəsi də düşür. Lakin o, mirası qəbul etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi : İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar