Məhkəmə qərarları › İş №2(042)-692/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-692/2023

07.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-692/2023 07.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, İddiaçı Zülfüqar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X1 vərəsəsi tanınması, ondan miras qalmış, Gədəbəy rayonu Qurudərə kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30 kv.m ümumi sahəsi olan miras evi qəbul etməsi və miras əmlakda tam pay hüququ ilə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki o, 1984-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində nənə-baba mülkündə anadan olmuş, orta məktəbi həmin ünvanda yaşamaqla bitirmişdir. Həmin müddətdə Gədəbəy rayonu, Qurudərə kəndində X2, atası X13, anası və digər bacı-qardaşları yaşamışdır. X18 2007-ci ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra 2010-cu ildə atası Məmmədov Zakir vəfat etmişdir. Nənəsinin və atasının vəfatından sonra yenə də mülkdə o yaşamışdır. X18 ilə babası Həsənov Qasımın nikahları olmamışdır. O, doğulmamışdan əvvəl babası vəfat etmişdir. Atasından başqa nənəsinin X6 adında bir övladı da olmuşdur. Bənövşə bibisi ailə qurmuş və Qurudərə kəndində ayrı yaşamışdır. Bənövşə bibisi 1974-cü ildə vəfat etmişdir. X12 vəfatından sonra Gədəbəy rayonu, Qurudərə kəndində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 30 kv.m olan ev qalmışdır. Miras ev onun tərəfindən qəbul edilmişdir. Miras evin açarları Ondadır. Həyət-bağçaya da o baxır. İşi ilə bağlı bəzi hallarda Gəncə və Bakı şəhərlərində qalsa da faktiki olaraq mirası o sahiblənmişdir. Cavabdeh bacısı ailə həyatı qurmaqla Gəncə şəhərində yaşayır. Nikahdan əvvəl də 1999-cu ildən Gəncə şəhərində olan evlərində yaşamışdır. Cavabdeh mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmişdir. Ancaq miras mülkün onun adına keçirilməsinə etiraz edir və ümumiyyətlə notariusa getməkdən imtina edir. Bu səbəbdən də vərəsəlik məsələsini həll etmək mümkün olmur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, O, Gədəbəy rayonu, Qurudərə kəndində yaşayır. X2, atası X13 olmuşdur. Nənəsi 2007-ci il tarixdə vəfat etmişdir. Nənəsi vəfat etdikdən sonra ondan qalmış evdə atası X13, o, qardaşı X15, bacısı Cavabdeh oğlu və anası X14 yaşamışdır. Atası 2010-cu il tarixdə vəfat etmişdir. Torpaq sahəsinə və evə dair sənədlər ondan mövcud deyildir. Qeyd edilən fərdi yaşayış evi təxminən 1992-ci ildə evi yanmışdır. Ev yanarkən sənədlərdə yanmışdır. X1 atası X13 və bibisi X7 olmaqla iki övladı olmuşdur. Bibisi B.Məmmədova 1974-cü il tarixdə vəfat etmişdir. B.Məmmədovanın övladları olmamışdır. Həmin torpaq sahəsini o istifadə edir. Miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Arayışda qeyd edilən 30 kv.m sahəsi olan fərdi yaşayış evi yanmışdır. Hazırda həmin ev mövcud deyildir. Onlar ev yandıqdan sonra yeni ev inşa etdirmişdir. Cavabdeh iddia tələbini etiraf etdi və izahat verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Digər qardaşı A.X3 yaşayır. A.Məmmədov iddiaçıya etibarnamə vermişdir. Onun nənəsində qalmış miras əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə etirazı yoxdur. O, 2011-ci il tarixdə ailə qumuşdur və hazırda Gəncə şəhərində yaşayır. Nənəsindən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Nənəsindən qalmış ev yanmışdır. Bundan sonra onlar başqa fərdi yaşayış evi inşa etdirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 112 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Dəyirmandağ kənd X10 Qurudərə kəndi üzrə 1991-1995-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabın 485-ci şəxsi hesabında qeydiyyatda olmaqla İddiaçı mərhum X1 adına təsərrüfat qeyd edilmiş və qeyd edilən ailə üzvləri vardır; ailə başçısı X9 1929, oğlu X13 1956, gəlini X14 xx.xx.1960, nəvəsi Cavabdeh xx.xx.1983, nəvəsi İddiaçı xx.xx.1984, nəvəsi X15 xx.xx.1986. Torpaq qrafasında 0.10 ha torpaq sahəsi və tikili qrafasında 1966cı ildə inşa edilmiş ümumi sahəsi 30 kv.m olan ev qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1956-cı il tarixdə anadan olmuş, atası qrafası boş saxlanılmış, anası qrafasında X11 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuş, atası qrafasında X13, anası qrafasında X14 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.2007cı il tarixdə, X13 xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİHB-nın Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 77 saylı arayışın surətindən görünür ki, X11 ölən bir günə kimi Gədəbəy rayonu, Qurudərə kəndində yaşamışdır və 15 may 2007-ci il tarixdə vəfat etmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi nəvəsi İddiaçı, nəvəsi X15 və Nəvəsi Cavabdeh qeyd edilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 98 nömrəli məktubdan görünür ki, vərəsəliyin qəbulu müddətini keçirdiyinə görə İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X4 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, X5 adına Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında şəxsi hesab açılmış, onun həmin təsərrüfatbaşına kitabda adına 30 kv.m fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdeh qeyd edilən fərdi yaşayış evinin yandığını və hazırda həmin evin mövcud olmadığını bildirdilər. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi fərdi yaşayış evinin qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Məhkəmədə işin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, X5 adına Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında sahəsi 30 kv.m olan fərdi yaşayış evi qeyd ediləsə də, həmin fərdi yaşayış evi tərəflərin bildiridiyinə görə Cavabdeh sağlığında yanaraq məhv olmuşdur və hazırda həmin fərdi yaşayış evi mövcud deyildir. Yəni Cavabdeh öldüyü zaman həmin fərdi yaşayış evi mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən fərdi yaşayış evi miras kütləsinə daxil edilə bilməz və iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə Cavabdeh miras qalmış torpaq sahəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həmin torpaq sahəsi ilə bağlı X5 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onun X8 məxsusluğu və hazırda mövcudluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, 0.10 ha torpaq sahəsindən ibarət əmlaka dair X5 mülkiyyətə qanuni gözləntisi vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mərhum X5 Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən torpaq sahəsindən ibarət əmlaka dair mülkiyyət hüququnun gözləntisi olmuş və həmin əmlak X5 mülkiyyəti kimi qiymətləndirilməlidir. X11 oğlu xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Gədəbəy rayonu, Qurudərə kəndində torpaq sahəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi X4 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyan Səlmi Məmmədova vəfat etdiyi zaman onun birinci növbə yeganə vərəsəsi oğlu Zakir Məmmədov olmuşdur. Səlmi Məmmədova vəfat etdiyi zaman ondan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq Zakir Məmmədov faktiki qəbul etmişdir. Zakir Məmmədov isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Zakir Məmmədovun qanun üzrə vərəsəsi ola biləcək uşaqlarından Cavabdeh və X15 başqa təsərrüfata köçmüşlər və hazırda da başqa təsərrüfatda yaşayırlar. Həmçinin, iddiaçının bacısı- iş üzrə Cavabdeh nənəsindən qalmış miras əmlakın iddiaçının adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə də təqim etmişdir. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən mərhum Zakir Məmmədovdan miras qalmış əmlaka vərəsə olmaq hüququnu itirmişlər. İddiaçı mərhum X4 miras qalmış və X13 tərəfindən faktiki olaraq qəbul edilmiş mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Hazırda mübahisəli torpaq sahəsini İddiaçı idarə edir və onun nəzarətindədir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X5 ölümündən sonra qalmış mərhum X13 tərəfindən faktiki olaraq qəbul edilmiş Gədəbəy rayonu Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin Qurudərə kəndində yerləşən 0.10 ha torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X5 ölümündən sonra qalmış mərhum X13 tərəfindən faktiki olaraq qəbul edilmiş Gədəbəy rayonu Dəyirmandağ kənd İƏD üzrə nümayəndəliyinin Qurudərə kəndində yerləşən 0.10 ha torpaq sahəsindən ibarət miras əmlaka İddiaçı qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar