Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-701/2020 14.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ GədəbəyRayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğаоğlunun sədrliyi, məhkəmə iclаs kаtibi Orucov Anar Möhübbət oğlunun kаtibliyi Ərizəçi iştirakıilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕТDi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon X3 xx xxxxxx 2009-cu il tarixli 03 saylı qərarı ilə verilmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin mərhum atası X6 məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum atası X6 Gədəbəy rayon X3 xx xxxxxx 2009-cu il tarixli 03 saylı qərarı ilə Gədəbəy şəhərinin ərazisində 499.62 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mərhum atasının adına tərtib olunmuş A-274984 saylı torpaq sahəsinin plan ölçü sənədində atasının soyadı Məmmədov kimi qeyd olunmuşdur. Atası X11 2013-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış əmlakla bağlı vərəsəlik şəhadətnaməsi almaq istəsə də soyadında olan yanlışlıq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi almağıma mane olur. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn mахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirmişdir ki, ərizəçi ilə yaxın qonşudur. Ərizəçinin atası və əmiləri 7 qardaş olmuş onlardan beşi Məmmədov soyadını daşımış, ikisi isə Əsədov soyadında olmuşdur. Ərizəçinin atasına torpaq sahəsi verilərkən şəhadətnamədə onun soyadı digər qardaşlarının soyadı kimi, yəni, Məmmədov yazılmış, ərizəçinin və onun atasının soyadı Əsədov olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 eyniməzmunlu ifadə vermişdir. İşdə olan X10 görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə doğulmuş, atası qrafasında X11, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan X8 görünür ki, X11 və X5 xx.xx.1967-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İşdə olan Ölüm Haqqında Arayışdan görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Ölüm Haqqında Arayışdan görünür ki, X12 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşdə olan X1 surətindən görünür ki, X11 xx.xx.1935-ci il tarixdə doğulmuş, atası qrafasında X15, anası qrafasında X13 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon X3 xx xxxxxx 2009-cu il tarixli 03 saylı qərarının surətindən görünür ki, X4 499.62 kv.m torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçilərin izahatlarınıvə işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və işdə olan sənədlərlə Gədəbəy Rayon X3 xx xxxxxx 2009-cu il tarixli 03 saylı qərarı ilə verilmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin Ərizəçi Cəmşid qızının mərhum atası X6 məxsus olması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdirlər. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ЕTDİ: Ərizə təmin еdilsin. Gədəbəy Rayon X3 xx xxxxxx 2009-cu il tarixli 03 saylı qərarı verilmiş Torpaq sahəsinin Planı və Ölçüsü sənədinin Ərizəçi Cəmşid qızının mərhum atası X6 məxsus olması fakı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv
Məhkəmə qərarları › İş №2(042)-701/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-701/2020
14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver