Məhkəmə qərarları › İş №2(042)-71/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-71/2023

08.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-71/2023 08.02.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi və Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasın nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi maraqlı şəxs Gədəbəy RİHB Aparatının Qəyyum və Himayəçilik Komissiyasına qarşı xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində doğulmuş və hazırda Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, izahat verərək bildirmişdir ki, X6 onun övladıdır. X6 anadangəlmə ruhi xəstədir. O, özünü idarə etmək iqtidarında deyildir. X4 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. İQ 20 diaqnozu təyin edilmişdir. Ona bütün işlərində yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. Ona görə də, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qəyyum və Himayəçilik Komissiyasının nümayəndəsi X8 məhkəmə iclasında ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətindən görünür ki, X6 xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində doğulmuş, anası qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Polikilinkası tərəfindən verilmiş arayışdan görünür ki, X4 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. İQ 20 diaqnozu təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X11 Gerilik XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində doğulmuş və hazırda Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan X6 ərizəçinin oğludur. X6 anadangəlmə ruhi xəstədir. O, Gədəbəy Rayon Polikilinkasında ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. İQ 20 diaqnozu ilə uçota götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Rayonlararası Psixonevroloji Dispanserində keçirilmiş məhkəmə psixiatrik ekspertizasının Rəyindən görünür ki, X1 Pozuntuları ilə müşayət olunan X11 Gerilik XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təfsilatı 10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ona görə də ərizə təmin edilməli, xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində doğulmuş və hazırda Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində doğulmuş və hazırda Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar