Məhkəmə qərarları › İş №2(042)-720/2020

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-720/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-720/2020 09.09.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hаkim Mirzəquliyеv Fizuli Bаlаğаоğlunun sədrliyi, məhkəmə iclаs kаtibi Orucov Anar Möhübbət oğlunun kаtibliyi Ərizəçi1 iştiraklarıilə, Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕТDi: Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı ilə JN 251, KOD 50523068 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1 və X3 məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi1məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar islahat Komissyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı əsasında JN-2xx xxx 50523068-saylı Torpağın Mülküyyət hüququna dair “Dövlət Aktı” əsasında 0,85 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sənədində texniki səhvliyə yol verilmiş, Dövlət Aktında adı “Bəsdi” kimi, oğlu X6 isə X2 qeyd edilmişdir. O, sənədləri DƏDRX-nin 11 saylı Ərazi idarəsinə təqdim edərək torpaq sahəsinə dair Çıxarış almaq istəsə də bu mümkün olmamışdır. Ona Gədəbəy rayon Aqrar islahat Komissyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı əsasında JN-2xx xxx 50523068-saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktında olan texniki səhvin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edimişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn mахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirmişdir ki, Gədəbəy Rayon Aqrar islahat Komissyasının qərarına əsasən ərizəçi və ailə üzvlərinə 0,85 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sənədində texniki səhvliyə yol verilmiş, ərizəçinin adı “Bəsdi” kimi, oğlu X6 isə X2 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Elnur Abbas oğlunun ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Gədəbəy rayon Aqrar islahat Komissyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı əsasında JN-2xx xxx 50523068-saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10, X9, X5, Ərizəçi2 qızına və X4 0.85 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 XX.XX.1944-cü il tarixdədoğulmuş və Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. İşdə olan Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci tarixdə doğulmuş və Gədəbəy rayonu, Heriknaz kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kii istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçilərin izahatlarınıvə işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Bеləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və işdə olan sənədlərlə Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı ilə JN 251, KOD 50523068 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsusolması faktı sübut edilmişdir və bu fakt ərizəçinin mülkiyyət və vərəsəlik hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada almaları mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 216-220, 358-360 və 362-ci mаddələrini rəhbər tutаrаq, QƏT ЕTDİ: Ərizə təmin еdilsin. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2002-ci il tarixli 26 saylı qərarı ilə JN 251, KOD 50523068 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının digər ailə üzvləri ilə birlikdə Ərizəçi1 və X3 məxsus olması faktı müəyyən еdilsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gədəbəy Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpеllyаsiyа Məhkəməsinə apеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik еdən: Fizuli Mirzəquliyеv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar