Məhkəmə qərarları › İş №2(042)-720/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-720/2022

14.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-720/2022 14.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil, İddiaçı2 Rahib oğlunun, İddiaçı3 Rahib qızının nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Rahib oğlu və İddiaçı3 Rahib qızının Cavabdeh qızına, üçüncü şəxslər X15 və Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin bərpası və sənədlərin ləğv edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Rahib oğlu və İddiaçı3 Rahib qızının Cavabdeh qızına, üçüncü şəxslər X10 və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin altındakı torpaq sahəsi iddiaçının mərhum atası X16 və mərhum anası X12ma məxsus olmuşdur. İddiaçının atası öldükdən sonra ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80 kvm olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərəflərin mərhum atası X13 adından mərhum anası X2 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçının mərhum anası X7 xx.xx.2004-cü il tarixdə ölmüş, övladları İddiaçı1, X17, Cavabdeh X14 vərəsələri olmuşlar. X17 2001-ci ildə vəfat etmişdir. İddiaçı1 Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. O, mərhum anası X2 birinci növbə vərəsələrindən biridir. Mərhum anası öldükdə dəfndə iştirak edib və dəfn xərclərinin ödənilməsinə köməklik edib. Hazırda miras əmlakda yaşayan, iddiaçının qardaşı Cavabdeh xx.xx.1984-cü il tarixdə Gədəbəy dövlət notariat kontoruna ərizə yazaraq atası vəfat etdikdən sonra qalmış evin və torpaq sahəsinin kiçik qardaşı İddiaçı1 adına kecirlməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının digər mərhum qardaşı X17 da atasından miras qalmış evdən onun payına düşən hissəsindən İddiaçı1 xeyrinə imtina etməsi barədə ərizə vermişdir. İddiaçının mərhum anası X7 da xx.xx.1984cü il tarixdə ərizə verərək miras əmlakdan payını kiçik oğlu İddiaçı1 bağışladığını bildirmişdir. Cavabdeh faktiki olaraq miras əmlakda yaşamasına baxmayaraq, iddiaçı uzun müddət elə zənn etmişdir ki, miras əmlak ona qalıb. O, Rusiya Federasiyasında yaşadığına və Azərbaycana gəlib-gedə bilmədiyinə görə miras əmlakı sənədləşdirə bilməmişdir. İddiaçı miras əmlakı öz adına sənədləşdirilmək üçün müraciət etdikdə, ona Cavabdeh, mərhum X8 və mərhum anası X2 mirasdan imtina ərizələrinin notariusda təsdiq edilmədiyi bildirilmiş və mirasdan yalnız pay almaq hüququnun olması izah edilmişdir. O, Notariat Kontoruna ərizə ilə müraciət etdikdə ona 05 mart 2020-ci il tarixdə 89 saylı imtina cavabı verilmişdir. O, mirası qəbul etmək üçün müddətin bərpa edilməsi tələbi haqqında Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Cavabdeh 2021-ci il tarixdə notariat Ofisinə müraciət etmiş, notarius hansı səbəbdənsə vərəsələrin dairəsini müəyyən etmədən və onların mirası qəbul edibetmədiklərini müəyyən etmədən, ona vərəsəlik şəhadətnaməsi vermiş və həmin şəhadətnamə əsasında cavabdeh miras əmlaka mülkiyyət hüququnu qeydə aldırmış və müvafiq Çıxarış almışdır. Çıxarış qanunsuz əsaslarla əldə edildiyi üçün ləğv edilməlidir. Həmin Çıxarışın verilməsinə əsas olmuş sənədlər də ləğv edilməlidir. Bundan başqa əgər mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab edilərsə, iddiaçılar da mirasdan pay ala bilər. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 Rahib oğlu və İddiaçı3 Rahib qızının nümayəndəsi Nümayəndə eyniməzmunlu izahatlar verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X11 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçılar yalnız 2020-ci ildə, yəni, X2 xx.xx.2004-cü ildə ölümü ilə mirasın açıldığı vaxtdan 16 il sonra mirası qəbul etmək fikrinə düşmüşlər. İddiaçı Cavabdeh anası, digər iddiaçıların nənəsi X2 ölümündən məlumatları olmuş, lakin bu müddət ərzində miras əmlakla bağlı nə notariat orqanına ərizə vermək, nə də mirası faktiki qəbul etməklə öz iradələrini ifadə etməmişlər. Yəni, Ədalət Ələkbərovanın ölümü ilə mirasın açıldığının iddiaçılara bəlli olmasına və mirası qəbul etmək üçün hər hansı bir maneənin olmamasına baxmayaraq, iddiaçılar notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi barədə ərizə verməmişdir. Hazırda isə iddiaçılar belə bir ərizənin verilməməsinin, mirasın faktiki olaraq, qəbul edilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan başqa İddiaçı1 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır, Rusiya vətəndaşıdır. Bu fakt onun özünün iddia ərizəsində də göstərilmişdir. O, həmçinin sözügedən evin aid olduğu təsərrüfatda qeydiyyatda deyildir. Mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir. Mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət göstərir. İddiaçılar mirasın qəbul edilməsi müddətini ötürmüşlər və onun uzadılması üçün heç bir üzrlü səbəb yoxdur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. İddiaçılar vaxtında bu hüququndan könüllü və iradəvi şəkildə istifadə etmədiklərindən və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən onun tələbi təmin edilə bilməz. Həmçinin, X7 xx.xx.2004-cü ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsi cavabdehin anasından miras qalmış, mirası Cavabdeh başqa heç bir vərəsə qəbul etməmişdir. Sözügedən əmlaka dair notariat orqanı tərəfindən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********59-10301 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə tam olaraq, Cavabdeh adına qeydiyyata alınmış, bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Çeyestrindən Çıxarış verilmişdir. Çıxarışın verilməsi tam qanuni əsaslarla olmuş, miras əmlakın qəbulu zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. X1 qalmış miras əmlakın qəbulu üçün iddiaçıların gecikmiş müddətin üzrlü sayılaraq uzadılması, qeydiyyatın və ona əsas olmuş sənədlərin ləğv edilməsi barədə iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Üçüncü şəxslər X9 və Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 80.0 kv.m olan 3 yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X13 adından X2 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X13 və X5 adına torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. İşdə olan X20 surətindən görünür ki, İddiaçı1 18 avqust 1960-cı il tarixdə doğulmuşdur. İşdə olan X6 surətindən görünür ki, X22 xx.xx.1979-cu ildə ölmüşdür. İşdə olan X6 surətindən görünür ki, X7 xx.xx.2004-cü ildə ölmüşdür. İşdə olan imtina arayışından görünür ki, iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının mərhum anası X7 xx.xx.2004-cü il tarixdə öldükdən sonra X18 və digər vərəsələr ondan qalmış əmlakı miras kimi qəbul etməmişlər. İddiaçı1 Rusiya Federasiyasında yaşayır və anasının dəfn mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Yəni, o, və digər iddiaçılar mirasqoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan keçən 16 il ərzində mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək uzadılması, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatdan Çıxarışın və qeydiyyata əsas olmuş sənədlərin, o cümlədən, qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək halları təsdiq edən heç bir sübutu təqdim etməmiş, ləğv edilməsini tələb etdikləri sənədlərin siyahısını belə dəqiqləşdirməmişlər. Ona görə də iddia tələbləri təmin edilməməlidirlər. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddiaçılar İddiaçı3 Rahib qızı və İddiaçı2 Rahib oğlu mirasqoyanın daha əvvəl vəfat etmiş övladı X8 övladlarıdırlar və onların valideyni X17 mirasqoyan X3 daha əvvəl vəfat etdiyi üçün Azərbyacan Respublikası Mülki Məscəlləsinin 1134.1-ci maddəsinə əsasən vərəsə deyillər. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsiniə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar