Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-753/2022 23.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi,məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizəçi X5 iştirakı ilə, ərizəçi X6 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X12 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənəd olan Gədəbəy Rayon Aqrar islahat komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi X13 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 20 saylı Dövlət Aktına əsasən ona və digər ailə üzvlərinə 999.24 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmçinin, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, həmin plan və ölçü sənədinə Çıxarış almaq istəsə də “Torpaq sahəsinin plan və ölçü” sənədində o “X4” kimi yazıldığı üçün bu mümkün olmamışdır. Bu isə ona həmin torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Мəhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsının MPM-nin 185.6-cı mаddəsini rəhbər tutаrаq, işə maraqlı şəxsin nümаyəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün sаymışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadə verərək, bildirmişdir ki, ərizəçi. Ərizəçi uzun müddətdir həmin əraziyə sahiblik edir və ərazidə təsərrüfatla məşğul olmuşdur. Ona verilmiş torpaq sahəsinin sənədlərində texniki səhv olaraq, X1 yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X7 eyniməzmunlu ifadələr vermişlər. İşdə olan Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 saylı Dövlət Aktının surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə X3 999.24 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonun Yenikənd kəndində yaşayır. İşdə olan X25 görünür ki, X13 xx.xx.1963-ci il tarixdə Gədəbəy rayonunun Yenikənd kəndində doğulmuşdur. İşdə olan X26 görünür ki, X14 və X17 xx.xx.1982-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra arvada Bayramalıyeva soyadı verilmişdir. İşdə olan Arayışdan görünür ki, Gədəbəy şəhəri ərazisində X9 qeydiyyatda yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini,təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimaibirliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəməninqətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonunun Yenikənd kəndində X4 adlı şəxs yaşamır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin Ərizəçi məxsus olması faktı təsdiq edilmişdir və bu fakt ərizəçinin mülkiyyət hüquqlarının təmin edilməsi ilə əlaqədar hüquqi əhəmiyyətə malikdir. Ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2002-ci il tarixli, 20 saylı qərarı ilə verilmiş AN-087923 “Torpaq sahəsinin plan və ölçü” sənədinin X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinəapellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-753/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-753/2022
23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver